Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


21.11.2022  21:14 

Jurnalist Qadınlar Assosiasiyası növbəti Dəyirmi masa keçirib





A+  A-

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Jurnalist Qadınlar Assosiasiyasının “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsinin davamı olaraq növbəti “Dəyirmi masa” keçirilib.

“Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid ailələrinə dəstək ictimai birliyinin ofisində baş tutan tədbirdə şəhid ailələri, qazilər və müharibə veteranları iştirak edib.

Tədbiri giriş sözü ilə açan ev sahibi “Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid ailələrinə dəstək ictimai birliyinin rəhbətri Qalib Əliyev görüş iştirakçılarına hökümətin yürütdüğü sosial siyasət barədə məlumat verib. O Jurnalist Qadınlar Assosiasiyasının fəaliyyətini-sosial qruplara hüquqi yardımın təşkili işini yüksək qiymətləndirib.



Tədbirdə çıxış edən Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova da öz növbəsində ev sahiblərinə minnətdarlığını bildirib. Dəyirmi masada iştirak edən dinləyiciləri Zəfərimizin ikinci il dönümü münasibətilə təbrik edib. Xanım Yusifova Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin milli məsələrə həssas yanaşdığını və son illər qurumun prioritet mözvuları sırasında məhz sosial qrupların maarifləndirilməsi məsələsinin olduğunu dilə alıb.

Sonra o “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsinin məqsəd və vəzifələri bardə məlumat verib. S.Yusifova o cümlədən indiyə kimi görülən işlər barədə də danışıb. O bildirib ki, ölkədə həyata keçirilən sosial islahatlar və sosial dəstək proqramları müharibə iştirakçılarını əhatə edir. Məhz Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə Azərbaycan Respublikasının qanunlarından bir qisminə dəyişikliklər edilib. Bu dəyişikliklər müharibə iştirakçılarının, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması məqsədi ilə görülüb.



S.Yusifova sosial mediyada rast gəldiyimiz narazılıqlar haqqında da söhbət acdı. O dedi ki, bir qisim insanlarımızın məlumatsızlığı, qanunvericiliklə onlara verilən hüquqlardan xəbərsiz olması cəmiyyətdə çaşbaşlıq yaradan informasiyaların yayılmasına gətirib çıxarır. Bəzi vətəndaşlarımız öz hüquqlarını bilməməsi səbəbindən üzləşdiyi “maneələrin” həlli yollarını sosial mediyada ictimailəşdirməkdə görür. Bu və digər səbəbləri analiz etdikdə o nəticəyə gəlirik ki, toplumda həssas qrupların maarifləndirilməsi zərurəti mövcuddur. Biz hüquqi yardımların təşkili ilə cəmiyyətə töhfə verə bilərik.

Toplantıda çıxış edən Qazi Şirinov Ramin bir neçə istiqamətdə hökümətin apardığı uğurlu fəaliyyətdən, qazi və şəhid ailələrinə göstərdiyi yardımlardan, ev və maşınların təqdim olunması, torpaq sahələrinin verilməsi, xırda sahibkarlıq üçün yradılan şəraitdən danışdı.



Dəyirmi masada iştirak edən qazi Şəkərov Qadir, Hüseynəliyev Həmzə, Əhmədov Emil, Qurbanov Rauf, Cavadov Mətin bildirdilər ki, onların həm ev problemləri var, həm də işsizdilər. Müxtəlif təşkilatlara ünvanladıqları müraciətlər həllini tapmır. Çıxış edənlər ən çox işsizlikdən əziyyət çəkdiklərini və əlillik təqaüdlərinin dayandırılmasından danışdılar. Əksər müharibə iştirakçıları bəzi məmurların biganəliyindən və bəzi şavadsız kadrların yarıtmazlıqlarından da gileyləndilər.

Müfəttiş Hüquq Mərkəzinin sədr müavini, “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsinin eksperti Mobil Vəkiloğlu sosial qruplara verilən güzəştlərdən, imtiyazlardan danışdı. Toplantıda müzakirələrə qatılan hüquqşünas Azər Səfərov çıxış edərək, hər bir döyüşçünün probleminin hüquqi müstəvidə həlli üçün tövsiyyələrini verdi. Dövlətimizin, xalqımızın hər zaman qazi və şəhid ailələrinin yanında olduğunu söylədil. Azər Səfərov və Mobil Vəkiloğlu iştirakçıların suallarını cavablandırdılar və problemlərin həlli yollarını izah etdilər.



Dəyirmi masanın sonunda “Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid ailələrinə dəstək ictimai birliyinin sədr müavini Məcid Məmmədov təmsil olunduğu qurum adından bir sıra təkliflər verdi. O bu cür platformlarda müzakirələrin faydalı olduğunu və layihənin icra müddəti bitdikdən sonar da birgə əməkdaşlığın faydalı olacağından danışdı.
Müzakirələrə bitdikdən sonar şair-publisist Zərəngiz Dəmirçi Qayalı bacısı, Milli Ordunun könüllü döyüşçüsü Vəfa Dəmirçioğlunun məşəqqətli ömür yolundan danışdı, bacısına və şəhidlərə həsr etdiyi şeirləri oxudu.

Xəbər 561 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +