Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


18.11.2022  12:17 

Deputatlar parlamentdə bahalaşmadan danışdılar





A+  A-

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı qeyd edib ki, Azərbaycanda ərzaq və dərman məhsullarının qiyməti durmadan artır.

“Bunun da qarşısının alınmasının müxtəlif yolları var. Hökumət bu sahədə mümkün olan fəaliyyətini davam etdirir. Təklif edərdim ki, müvəqqəti olaraq qida və dərman məhsulları üçün tələb olunan ƏDV və dövlət rüsumu müvəqqəti olaraq dondurulsun” - deyə F.Ağamalı bildirib.

O, eyni zamanda uşaqpulu məsələsinin ictimai rəydə aktual olduğunu da xatırladıb: “Biz əlimizdə olanın üzərində düşünüb mümkün addımları atmalıyıq. Ünvanlı sosial yardım üçün ayrılan vəsaitin uşaqpulu ilə əvəz olunması yaxşı olardı. İki nəfərli ailəyə ünvanlı sosial yardım düşmür. O ailəyə düşür ki, ata- ana ilə yanaşı ailədə iki və daha çox uşaq var. Ailənin biri işləyirsə, ona bu yardım təyin edilir. Olmaz ki həmin yardım elə uşaqpulu formasında ödənilsin və məsələyə bir yolluq son qoyulsun”.

XəzərNews.az xəbər verir ki, bahalaşma məsələsində F.Ağamalını deputat həmkarı Razi Nurullayev də dəstəkləyib:

“Son beş ildə məhsul, material və xidmətlərdən asılı olaraq qiymətlər ən azı 3-5 dəfə artıb. Baxaq görək pensiya, müavinət və digər sosial paketlər nə qədər artıb? Bu artım gündən-günə daha da geniş vüsət alan bahalıq fonunda cüzidir. Bir gün supermarketə daxil olursan, bazarlıq edirsən, deyək ki, 50 manat ödəyirsən. Bir həftə sonra gedirsən, eyni məhsulları alırsan, 55-60 manat ödəyirsən. Ay ərzində isə artım 15, bəzən 20 faiz təşkil edir. Elə məhsullar var ki, fantastik qiymətə qalxır və sonra bir az aşağı salınır. Bir kq mal ətinin qiyməti 14-16 manat, qoyun əti isə 18 manatdan başlayır. Əgər daha keyfiyyətli ət almaq istəsən, üzərinə 4-5 manat də gəl. Bizdən asılı olmayan və bütün dünyadan qaynaqlanan bahalıq fonunda vətəndaşların sosial durumu ağırlaşıb. Təbii ki, hökumət də bu dediklərimi bilir, narahatdır və yüngülləşdirici addımlar atır. Bunu bilir və qiymətləndirirəm. Amma gərək daha çox gözlə görünə bilən, real və dərhal rahatlıq yaradan addımlar da ataq”.

R.Nurullayev vurğulayıb ki, Avropa ölkələrində kritik ərzaq məhsulları Azərbaycandakından xeyli ucuzdur: “Hərçənd ki orada əmək qüvvəsi də, maaşlar da, xidmətlər də bizdən qat-qat yuxarıdır. Bəs ərzaq məhsullarının ucuz olması, kasıblar üçün təşkil olunan market və bazarlarda isə məhsulların az qala bizdən 3-4 dəfə ucuz olmasının səbəblərini bilirikmi? Bəlkə bu, logistika, daşınma, gömrük, vergi və digər məsələlərlə bağlıdır?! Biz niyə bu təcrübəni öyrənib tətbiq etməyək? İkincisi, qarşıdan soyuq qış gəlir, insanların elektrik enerjisinə, təbii qaza daha çox ehtiyacı yaranacaq. Təyin etdiyimiz yaşayış minimumu və ehtiyac meyarı təbii qazla elektrik enerjisinin aylıq ödənişinə kifayət edir. Burada iki yanaşma ola bilər, ya qış ərzində təbii qaz və elektrik enerjisinin limiti götürülsün və fərqini büdcə ödəsin, ya da vətəndaşlara daha ucuz alternativ təklif edilsin. Odun, daş kömür və digər yanacaq materialları. Yəni, vətəndaş 5-10 manatını qoruya bilsin ki, elə aldığını da təzədən geri ödəməsin”.

Xəbər 400 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb


BÜTÜN XƏBƏRLƏR +