Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


15.11.2022  17:09 

Aİ-nin Ukraynaya 16 milyon avroluq yardımı təsdiqləndi





A+  A-

Avropa İttifaqı Ukraynaya Hərbi Yardım Missiyası üçün 16 milyon avro ayırıb.

XəzərNews.az xəbər verir ki, Aİ Şurasının bəyanatına əsasən, Ukraynanın əməliyyat ehtiyacları nəzərə alınaraq müvafiq qərarlar qəbul edilib.

Oktyabrın 17-də rəsmi olaraq fəaliyyətə başlayan missiyanın məqsədi Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini qorumaq üçün Ukrayna Silahlı Qüvvələrinin hərbi potensialını gücləndirməkdir.

Eyni zamanda, Aİ Şurası bu gün Hərbi Yardım Missiyasının iştirakı ilə Ukrayna Silahlı Qüvvələrinin potensialının artırılmasına dəstək məqsədilə Avropa Sülh Fondu çərçivəsində 16 milyon avro məbləğində yardım tədbirlərini təsdiqləyib.

Pul Aİ-yə üzv dövlətlər tərəfindən ölümcül silahların çatdırılması üçün sursat, hərbi texnika və platformalar ilə təmin olunmasının maliyyələşdirilməsinə, həmçinin bu yardım çərçivəsində maliyyələşdirilən texnikanın daşınması, mühafizəsi, texniki xidməti və təmiri üçün istifadə olunacaq.

Lalə
XəzərNews.az


Xəbər 583 dəfə oxunub.



29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +