Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


12.11.2022  17:42 

İranda ETİRAZ: Xalq küçələrə sahiblənir





A+  A-

Sentyabrın 16-dan bəri İranı son 40 ilin ən miqyaslı hökumət əleyhinə etiraz dalğası bürüyüb. Bəziləri hesab edir ki, kütləvi çıxışlar İran cəmiyyətinə artıq əhəmiyyətli təsir göstərib. Bəs onlar nədir?

İranda təxminən 2 ay əvvəl qadınlara qarşı zorakılıq əleyhinə başlayan kütləvi çıxışlar 1979-cu il İslam İnqilabından bəri hökumətin üzləşdiyi ən ciddi problem sayılır.

Sentyabr ayında hicabla bağlı qaydaları pozmaq iddiası ilə əxlaq polisinin saxladığı gənc qadın Məhsa Əmininin ölümü ölkə boyunca hakimiyyətə qarşı etiraz çıxışlarına təkan verib.

O vaxtdan bəri təhlükəsizlik qüvvələrinin amansız təqiblərinə qarşı müqavimət davam edir. İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) saytına əsasən, noyabrın 2-nə kimi 129 şəhərdə keçirilən etirazlarda 298 nəfər ölüb, 14 mindən çox insan həbs edilib.

BBC-nin müsahibləri etirazların gündəlik həyata gətirdiyi 5 əhəmiyyətli dəyişiklikləri qeyd edirlər.

Hicabdan imtina

Son bir neçə həftə ərzində mütəmadi olaraq hicab qaydalarını nümayişkaranə pozan qadınların görüntüləri yayılır, onlar zibil qutuları və maşınların üstünə çıxaraq baş örtüklərini yelləyir.

Sosial mediada aktrisa Fatma Motaməd-Arya kimi tanınmış simalar da daxil, ictimai yerlərdə hicabsız olan qadınların görüntüləri yayılır. Belə ictimai itaətsizlik nümunələrinin sayı İslam Respublikasının tarixində görünməmiş həddə çatıb.

Bəzi paylaşımlarda hətta təhlükəsizlik qüvvələrinin yanında başları açıq olan qadınların şəkilləri də yayılır, baxmayaraq ki, rəsmilər qaydaların dəyişmədiyini deyirlər.

"Hicabsız olmaq hələ də qanuna ziddir", - ötən ayına sonundaməxlaq polisinin sözçüsü Əli Xanməhəmmədi deyib.

Bu, iranlı qadınları etiraz etməkdən çəkindirməyib. Bu barədə BBC-yə yaşlı bir qadın bildirib. O, etirazlar başlayandan bəri tez-tez küçəyə hicabsız çıxdığını əlavə edir.

"Keçən gün küçədə gedirdim və arxamda bir avtomobilin siqnal səsini eşitdim. Dönüb baxdım ki, maşında hicabsız gənc bir qadın var", adının açıqlanmasını istəməyən qadın deyir.

"O, öpüş və qələbə işarəsini göstərdi. Mən də elə eyni şeyi etdim, yəni qırx necə gündə, ölkə əvvəlki qırx ilə nisbətdə daha çox dəyişib".

Divar və küçələrə sahiblik

Hazırkı etirazları əvvəlki çıxışlardan fəqrləndirən daha bir cəhət də "divarlar uğrunda mübarizədir".

Sosial mediada divarlara şüar yazan insanların görüntüləri adi hala çevrilib. Bələdiyyələr qraffitilər olan yerləri yenidən boyalamağa çalışırlar. Lakin bu hədər yerə aparılan mübarizə sayılır.

Əksər şüarlar etirazların dünyəvi xarakterinə işarə edərək, Ali dini lider ayətullah Xameneyi və İranın teokratik rejimini hədəfləyir ki, bu da əvvəllər nadir müşahidə edilən bir haldır.

Küçələrdə ictimai məkanlar uğrunda əsl mübarizə gedir: nümayişləri qadağan edən qaydalara məhəl qoymayan etirazçılar reklam lövhələrini ya sökür, ya da onun üzərinə öz şüarlarını yazır.

"İnsanlar izdiham tərəfindən alqışla qarşılanan qızların və qadınların rəqs etdiyi müvəqqəti azad zonalar yaradıblar. Onlar repressiyaya son qoymaq tələbi ilə şüarlar səsləndirir, görüşüb hərəkatın hansı istiqamət alacağını müzakirə edirlər", iranlı yazıçı və fəal Aleks Şəms BBC-yə deyib.

"Elə etirazların özü də fərqli bir gələcəyin təsəvvürünü yarada biləcək ən mühüm yerlərdən birinə çevrilib".

Gənclərin gücü

Hazırda məktəblilər ən fəal etiraz qruplarından biridir. HRANA-ya əsasən, etirazlar gedişatında 47-dən çox uşaq həlak olub.

Həyatını itirən gənclər iğtişaşların tanınan simvollarına çevrilib. Nika Şəkərami və Zarina İsmayılzadə kimi adlar artıq paylaşılan həştəqlərə çevrilib və bir çox yerdəki qraffitilərdə onların simalarını görmək olar.

Əvvəllər gənclərin etirazlarda belə əhəmiyyətli rolu olmayıb.

İnternetdəki videolarda şagirdlər (əsasən qızlar) hökumət əleyhinə şüarlar səsləndirir, ayətullah Xameneyinin şəkillərini cırır və yaxud da dərsliklərdəki şəkilləri həlak olan etirazçıların görüntüləri ilə əvəz edirlər.

Sosial mediada yayılan videoların birində şagirdlər məktəbə nitqlə çıxış etmək üçün gələn təhlükəsizlik qüvvələrinin zabitinə "Rədd ol!" deyə qışqırırlar.

Qorxuya üstün gələn müqavimət

Oktyabrın 29-da İnqilab Keşikçiləri Korpusunun rəhbəri Hüseyn Salami etirazçılara ultimatum verib: "Küçələrə çıxmayın! Bu gün iğtişaşların son günüdür". Lakin elə həmin gündə aksiya və təhlükəsizlik qüvvələri ilə toqquşmalar barədə xeyli məlumatlar yayılıb.

BBC Farsca qəddar təqiblər qarşısında yenilməyən insanların çox saylı hekayələrini izləyib.

Onlardan biri, adının çəkilməsini istəməyən gənc qadın barədədir. O, nümayişə qatılmaq üçün öz körpəsini anasının yanında qoyduğunu deyir. "Qorxurdum, amma övladıma daha yaxşı gələcək vermək üçün bunu etməyə məcburam".

Almaniyada yaşayan iranlı müğənni və fəal Fəravaz Fəvardini də hesab edir ki, mövcud vəziyyətin yaratdığı hiddət etirazlara təkan verib. "Hər şey bahalaşmaqdadır və çoxlu təzyiqlər var", Fəvardini deyir.

"Məhsa Əmininin başına gələnlərdən sonra insanlar gördü ki, hətta siyasətlə məşğul olmayanlar da boş yerə öldürülə bilər. Məncə bu, bir çox insanı öz ümidləri uğrunda mübarizəyə cəlb etdi".

Birlik

Bu etirazların əvvəlki hərəkatlardan fərqi həm də odur ki, aksiyalar İran cəmiyyətinin müxtəlif təbəqələrini hərəkətə gətirib.

2009-cu ildəki prezident seçkilərinin nəticələrindən sonra başlayan etirazların mərkəzində orta sinif dururdu. 2019-cu ildə isə yanacağın bahalaşması ilə bağlı kütləvi çıxışlar cəmiyyətin əsasən daha kasıb təbəqələrini cəlb etdi.

Lakin hazırda müxtəlif etnik qrupların bir araya gəldiyini görmək olar və bunu nümayişlərin şüarları da əks etdirir.

İranlı kürd Məhsa Əmininin ölümündən sonra keçirilən ilk etirazlarda onun ana dilində "Cin, Ciyan, Azadi" (kürdcə qadın, həyat və azadlıq) şüarı səslənib. İndi bu şüarı həm fars, həm də Azərbaycan dilində deyirlər.

Aleks Şəmsə əsasən, hökumət etirazların etnik separatçılığa və vətəndaş müharibəsinə yol açacağını desə də, aksiyalar ölkənin birliyini sarsıtmayıb.

"Müxtəlif mənşəli iranlılar arasındakı həmrəylik etirazlarda əsas rol oynadı, qorxu və şübhə baryerlərini dəf etdi", Aleks Şəms deyir.

"Hökumət etirazların dinə zidd olduğunu iddia etməyə çalışsa da, həm dindar, həm də qeyri-dindar insanlar bir araya gəldi, düşmən olmaqdan imtina etdi".

Əvvəlki etirazlar İranda əhəmiyyətli dəyişikliklərə səbəb ola bilmədi, lakin Şəms indiki vəziyyətin fərqli olduğuna inanır.

"Son bir neçə həftə insanların nəyin mümkün olduğuna dair düşüncələrini kökündən dəyişdi. Və bu, özü-özlüyündə artıq bir qələbədir", - Şəms deyir.

Xəbər 505 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +