Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


08.11.2022  09:00 

ƏLİYEVİN 8 NOYABRDA GÖRÜNƏN ÜRƏYİ...





A+  A-

8 noyabrda Azərbaycan xalqı tarixinin ən şərəfli və qürurverici günlərindən birinin - 200 illik düşmən üzərində parlaq qələbəmizin ifadəsi olan Zəfər Gününün ikinci ildönümünü qeyd edəcək!

2020-ci ilin 27 sentyabrında başladığımız və uğurla davam etdirdiyimiz Vətən Savaşı məhz bu tarixdə - 2020-ci ilin 8 noyabrında bütün Qarabağın mənəvi paytaxtı sayılan Şuşanın erməni işğalçılarından təmizlənməsindən sonra yekunlaşmış, 200 il boyunca bizim torpaqlarımız hesabına özünə dövlət qurmuş və genişləndirmiş düşmənimiz ilk dəfə önümüzdə diz çökərək, hərbi əməliyyatları dayandırmağımız üçün bizə və vasitəçilərə yalvarmış, ardınca da noyabrın 9-dan 10-a keçən gecə işğal altında saxladığı və güclü müdafiə zolaqları qurduğu Ağdamdan, Kəlbəcərdən, Laçından döyüşsüz çıxacağı, Naxçıvana gedən bütün yolları açacağı haqda üzərinə təslimçi öhdəliklər götürmək şərtiylə də atəşkəs razılaşmasına imza atmışdı...

Doğrudur, hələ yekun sülh sazişini imzalamamışıq və buna mane olan, müqavimət göstərən beynəlxalq güclərin kimlikləri, pozucu fəaliyyətləri də ortadadır, ancaq bununla belə, bütün dünya, o cümlədən elə Ermənistanın özü də artıq o faktı qəbul edir ki, 2 il əvvəlki 44 günlük savaşda Azərbaycan döyüş meydanında Ermənistana tam qalib gəlib, yeni bir irimiqyaslı savaşsa bütün Ermənistanın məhviylə nəticələnə bilər. Odur ki, indi Ermənistanın ənənəvi himayəçiləri də Azərbaycan Silahlı Qüvvələrinin yaratdığı yeni reallıqlar əsasında tərəflər arasında sülh sazşinin imzalanmasına hazırlıq aparırlar...

Şübhəsiz ki, aradan ötən bu 2 il ərzində yaşananlar bizə qələbəmizin mahiyyətini və miqyasını, hansı zəhmətlər hesabına başa gəldiyini daha yaxşı anladır, izah edir.

Biz indi daha yaxşı görə və dərk edə bilirik ki, təkcə hansı anda savaşa başlamaq və onu haçan dayandırmaq qərarı verməklə, prezident İlham Əliyev necə bir ağır yükün, riskin və məsuliyyətin altına giribmiş, nələri öncədən gözə, hesaba alıbmış!

Əlbəttə, bu, bir tərəfdən, dövlət başçısı kimi onun özünəəminliyinin, güclü xarakterinin bariz ifadəsidirsə, o biri tərəfdən də bir lider üçün çox vacib olan iti ağlın, siyasi fəhmin, çevik zəkanın, dərin intuisiya və dəqiq hesablama qabiliyyətinin, düzgün qərarvermə bacarığının göstəricisdir!

Xəbis və uğursuz rəqibləri siyasi qısqanclıqdan, həsəd və paxıllıqdan bunu dilə gətirməyə, etiraf etməyə bilərlər, ancaq 44 günlük savaş dönəmindəki davranışlarıyla İlham Əliyev onu yaxından tanımayan hər kəsə də sübut etdi ki, o, məhz kritik dövrdə özünü tapan, səfərbər olunan, toparlanan və daha yaxşı davranan xarakterə sahib bir Liderdir! Bu isə həm sağlam kökə, genə, həm də yüksək fərdi hazırlığa dayanıqlı nadir keyfiyyətlərdir ki, hər kəsdə olmaz!

Baxın, bircə faktı xatırladacam: prezident İlham Əliyev hələ hərbi əməliyyatların qızğın gedişi dönəmində - 2020-ci ilin 16 oktyabrında Türkiyənin “A Haber” telekanalının müxbirinin sualına cavabında bütün dünyanın gözü önündəcə belə demişdi: “Şuşasız bizim işimiz yarımçıq olar!”

Bu, heç bilirsiniz, hansı riskin və məsuliyyətin altına girmək demək idi?!

Bu, dosta da, düşmənə də, xalqa da, əsgərə də, bir sözlə, hər kəsə bütün dünyanın gözü qarşısında söz, vəd vermək, çağırış etmək, öhdəlik götürmək idi ki, Şuşa geri alınmayanadək, dayanmaq, durmaq yoxdur!!!

Bu, “Qardaş, evdəkilər sizə əmanət!” deyərək, halallaşan peşəkar zabit yoldaşlarımızın telefonlarının susma səbəbi, artıq Şuşaya gedən şərəfli şəhadət yolunun yolçuları olduqlarının, o müqəddəs işə görəvləndirildiklərinin açması, geridə qalanlarımıza isə Ali Baş Komandanın “Hazır olun!” əmri idi!

...Həmin müsahibədən düz 24 gün sonra – 8 noyabrda prezident İlham Əliyevin Şəhidlər Xiyabanından “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Əziz Şuşa, Sən artıq azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” xəbərini qəhərlənmiş halda, ancaq həm də həmişəki vüqar və əzəmətiylə xalqa çatdırması isə təkcə bir ölkə Liderinin bütün dünyanın gözü qarşısında hər kəsə verdiyi vədi müvəffəqiyyətlə yerinə yetirməsinin doğurduğu sevinc göz yaşları deyildi, bu, həm də ləyqətli bir Ali Baş Komandan kimi onun gənc övladlarını Vətən yolunda qurban vermiş xalqına dərin sevgi və minnətdarlıq hissiylə döyünən böyük ürəyinin səsi, hıçqırtısı idi!

Bəli, bu xalq 8 noyabrda təkcə 30 il həsrətində qaldığı Qarabağı, onun mənəvi paytaxtı Şuşanı yox, həm də İlham Əliyevin cəsur, eyni zamanda kövrək ürəyini gördü, həssas qəlbini duydu və onu daha da sevdi, özünə doğma bildi!

İndi kimin nə deməsindən asılı olmayaraq, gerçəklik budur ki, məhz 44 günlük Vətən Savaşının gedişindəki davranışlarıyla İlham Əliyev o dövrədək ona səmimi şəkildə müxalif mövqe tutmuş xeyli sayda insanın da fikrini, düşüncəsini kökündən dəyişdi.

Adamlar gördülər və anladılar ki, özlərinin qorxaq və yalançı rəhbərləri indiyədək İlham Əliyev haqda onlarda yanlış təəssürat yaradıblar, reallıqda isə İlham Əliyev ölkənin maraqlarının qorunmasında onların hamısından daha hazırlıqlı, daha qabiliyyətli və daha qətiyyətli bir Lider, Gerçək Komandandır!

Allahın köməyi ilə, o Liderlə, o Komandanla da Azərbaycan xalqı daha böyük zəfərlərə birgə addımlayacaq!

Zəfər Gününüz mübarək, dostlar! Bu əziz Gündə bu günün qazanılmasında rolu, xidməti olan hər kəsi, xüsusən də şəhid və qazilərimizi, əsgər və zabitlərimizi dərin ehtiram, sevgi və minnətdarlıq hissiylə anırıq!

Elxan Şükürlü

Xəbər 394 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +