İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


07.11.2022  11:28 

Kiyev sakinləri evakuasiya oluna bilər





A+  A-

Şəhərin enerji təchizatı tamamilə kəsirlərsə, Kiyev sakinləri paytaxtı tərk etməyə hazır olmalıdır, şəhərin meri Vitali Kliçko deyib.

Rusiyanın son bir neçə həftə ərzində həyati əhəmiyyətli infrastruktur obyektləri hədəf alması milyonlarla ukraynalını işıqsız və susuz qoyub.

Elektrik naqillərində mümkün yükləmələrin qarşısını almaq və təmir işləri aparmaq məqsədilə də elektrik verilişi fasilələrlə dayandırılır.

Rusiyanın elektrik enerji stansiyalarına və enerji xətlərinə hücumları nəticəsində Ukraynanın enerji sisteminin 40 faizizədələnib və ya tamamilə sıradan çıxıb.

Ukrayna Prezidenti Volodimir Zelenski xəbərdarlıq edib ki, Rusiya "ölkənin enerji və digər infrastrukturlarına qarşı kütləvi hücumunu təkrarlamaq məqsədi ilə yenidən qüvvə və vasitələrini cəmləyə bilər".

Cenevrə Konvensiyasına görə, müharibə zamanı hücum edən dövlət "mülki obyektləri" hədəf almamalı və humanitar standartlara əməl etməlidir.

Ukrayna televiziyasına danışan Kiyev meri Rusiyanın infrastruktur bölmələri bombalamasını "terrorizm" və "soyqırım" adlandırıb.

Rusiya Prezidenti Vladimir Putinin "biz ukraynalılara ehtiyacı yoxdur. Onun bizim ərazilərə, bizsiz qalan Ukraynaya ehtiyacı var", - keçmiş ağırçəkili boksçu bildirib.

"Ona görə də indi baş verən hər şey [infrastrukturun hədəf alınması] soyqırımdır. Onun məqsədi bizi öldürmək, bizi soyuqdan dondurmaq və ya bizi öz torpaqlarımızdan çıxmağa məcbur etməkdir. Bu yolla torpaqlarımızı ələ keçirmək niyyətindədir", - Kliçko qeyd edib.

Paytaxt Kiyevin digər rəsmisi isə bildirib ki, enerji sisteminin tamamilə dayanması, su təchizatı və digər kommunal xidmətlərin də işinin iflic olmasına gətirib çıxara bilər.

Qışda Kiyevdə orta temperatur dondurucu həddə olur və gecələr daha aşağı səviyyəyə düşür.

Şəhər meri Kliçko deyib ki, işıqların yanması və suyun verilməsi üçün rəsmilər "hər şey" edilər, lakin digər ssenarilərin də hazır olduğunu vurğulayıb.

O əlavə edib ki, ən pis ssenari yəni şəhərə elektrik enerjisinin tamamilə kəsilməsi reallaşarsa, Kiyevin 3 milyon sakini paytaxtın kənar ərazilərində yaşayan dostları və ya qohumlarının yanına getməklə bağlı hazırlıqlı olmalıdır.

Onun sözlərinə görə, rəsmi dairələr yanacaq, ərzaq və su ehtiyatı yığırlar və sakinlər də bunu etməlidir. Fövqəladə vəziyyətlərdə insanların yerləşdirilməsi üçün artıq şəhər boyu istiliklə təchiz olunmuş minə yaxın sığınacaqlar qurulub.

Kiyev şəhərinin təhlükəsizlik üzrə direktoru Roman Tkaçuk Telegram səhifəsində paylaşdığı mesajda merin dediklərini yayımlayıb. O, şəhər rəsmilərinin müxtəlif planlar hazırladığını bildirsə də, "hələlik sakinlərin evakuasiyası üçün ciddi səbəb olmadığını" deyib.

Kiyev sakinləri də artıq elektrik enerjisinin tamamilə kəsiləcəyindən məlumatlı olduqlarını bildiriblər.



30 yaşlı iki uşaq atası Dmitro BBC-yə deyib ki, vəziyyətin pisləşəcəyi halda Kiyevi tərk etməklə bağlı planları var. Yanacaq ehtiyatı görən və generator alan Dmitro, ailəsini Kiyevin mərkəzində uzaqda yaşayan babasıgilə aparmağa qərar verib.

Kiyevin 36 yaşlı digər sakini Anastasiya isə bildirib ki, hətta işıqlar tamamilə kəsilsə belə, o, şəhəri tərk etməyəcək.

"Bizi qoruyanlar torpağın üstündə yatırlar, mənə elə gəlir biz də istilik olmadan da öz mənzilimizdə qala bilərik", - o qeyd edib.

Rusiyanın işğal edilmiş Xerson əyalətinə təyin etdiyi rəsmi dairələr elektrik enerjisinin kəsildiyini və su verilişinin dayandırıldığını bildiriblər. Onlar işıq xətlərinin və bölgənin əsas su bəndinin hədəf alınmasına görə Ukraynanı günahlandırıblar.

Sakinləri "sakit olmağa" çağıran rəsmilər vəziyyətin "tezliklə" düzələcəyini bildiriblər.

Lakin regional administrasiyanın ukraynalı rəhbəri enerji kəsintilərinə görə Rusiyanı ittiham edib.

Rusiya mediasının yazdığına görə, raket zərbəsi nəticəsində Kaxovka hidroelektrik anbarın bəndi zədələndiyi üçün enerji verilişində fasilələr yaranıb.

Bununla belə, Ukrayna həmin ərazilərdə Rusiyanın iddialarını müstəqil şəkildə araşdıra bilmədiyi üçün bu məsələ barədə şərh verməyib.

Donetksdə "ağır itkilər"

Rusiyanın Ukraynanın şərqi Donetsk regionunda "şiddətli" hücumlar həyata keçirməsi, onun "ağır itkilər" verməsinə səbəb olub, prezident Zelenski televiziya ilə müraciətində bildirib.

Rusiya məsələsinə daha çox diqqət ayıran "The Insider" nəşri yazıb ki, son 4 gün ərzində Rusiya dəniz qüvvələrinin 300 üzvü öldürülüb, yaralanıb və ya Pavlivka ərazisində iktin düşüb.

Rusiya meyilli Telegram kanalların yaydığı yazılarda da diqqət Rusiya dəniz briqadasının ağır vəziyyətinə yönəldilib.

Xəbər 481 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +