Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


07.11.2022  11:00 

Qarabağ tramplini və qurbanlıq “piyada”lar





A+  A-

Rusiyalı biznesmen, pulların yuyulması və beynəlxalq miqyasda maliyyə dələduzluğu sahəsində çoxsaylı “qələbələr qazanmış” Ruben Vardanyan bu həftə özünün CV anketinə yəqin ki, ən mənasız və ən şərəfsiz sətir əlavə edəcək.

Özünün yaydığı operativ uydurmaya görə, çoxmilyardlıq sərvətini “atmış”, “gərgin zəhmət hesabına” qazandığı bütün biznesini qohumlarının və tərəfdaşlarının adına yazdırmış Vardanyan təntənəli surətdə elan edib ki, guya o, Rusiya vətəndaşlığından imtina edir və ömrünün qalan hissəsini əslində mövcud olmayan və tanınmaq üçün son ümidlərini də itirmiş “dövlət”in uydurma xalqının taleyində iştirak məsələlərinə həsr edir. Özü də o, bu addımı təmənnasız olaraq, yalnız öz qəlbinin səsi, əcdadlarının, yerin, göyün və daha nələrin çağırışı ilə atır. Bundan sonra o, bütün fikrini, enerjisini və fəaliyyətini hansısa sirli və heç cür tapılmayan “miatsum” axtarışında olan kiçik icmaya həsr edəcək.

Vardanyan özünü taxt-tacdan əl çəkib Aleksandrovski slobodaya üz tutmuş ikinci “İvan Qroznı”, yaxud məşhur “Xaç atası” filminin ikinci hissəsindəki “özü haqqında düşünməyən”, “dostları üçün” pul qazanan “Haymon Rot” kimi təqdim edir.

Bu gün “paralel gerçəkliklər” planetinin sakinlərinin siyahısına bir sakin də əlavə olunub. Yeni peyda olmuş bu tərki-dünya “dövlət naziri” vəzifəsinə təyin edilib və bu hadisə onun CV anketində ən yeni sətir olub. Vardanyan Artak Beqlaryanın yerinə təyin edilib. Bu, həmin Beqlaryandır ki, ona baxanda adamı ağlamaq tuturdu.

Kənardan baxanda bütün bunlar o dərəcədə qeyri-real görünə bilər ki, Vardaryanı eyni vaxtda gicbəsər də adlandırmaq olar, dahi kombinator da.

Onun “istedadlı” fırıldaqçı olması danılmaz faktdır. Bu sahədə o, həqiqətən həmkarlarının çoxundan irəli gedib – dələduzluq yoluna düşüb, vaxtilə ona sığınacaq vermiş dövlətin xəzinəsinə vergiləri tam ödəməyib və beləliklə, imkansız insanlar, pensiyaçılar, tələbələr, əlillər üçün büdcədən ayrılan vəsaiti mənimsəyib. Onun sahibkarlıq fəaliyyətini bir kənara qoyub yalançı siyasətçi kimi atdığı ilk addımları öyrənməyə başlasaq görərik ki, siyasətdən tamamilə bixəbər olan bu adam hesablamalar apara bilmir, “yer üzündə” yaranmış reallıqları qiymətləndirməyi və həqiqətin gözünə baxmağı bacarmır, əksinə “arsax”dan və Azərbaycanın bu regionunun erməni sakinlərindən qurbanlıq “piyadalar” kimi istifadə etməklə çoxgedişli kombinasiyalar qurmağı yaxşı bacarır.

Birinci variantın ehtimalı azdır. Burada, necə deyərlər, uşaq da başa düşür ki, “miatsum”un gələcəyi yoxdur. Əslində, əvvəllər, hətta ermənilər üçün ən yaxşı dövrdə də “miatsum”un gələcəyi yox idi. İndi isə bu, əsla şübhə doğurmur – ağır “dəmir yumruq” zərbəsinin izləri hələ uzun müddət erməni separatizminin canında qalacaq. Qarabağın ən sadəlövh erməni sakinləri də cəmi iki-üç il irəliyə baxaraq öz yaxın gələcəklərini görə bilərlər. Buna görə Ruben Vardanyanın həqiqətən hansısa illüziyalara inandığını güman etmək şübhəli məsələdir.

Elə isə bu, nə deməkdir?

Dəfələrlə deyiblər ki, Ruben Vardanyan çox məşhur memarlıq ansamblının “ayrıca götürülmüş bir qülləsidir”. Əlbəttə, biz bildiklərimizin hamısını açıqlamayacağıq, amma biz az bilmirik. Hər halda, bizə nə qədər lazımdırsa, o qədər bilirik. Məsələn bilirik ki, Vardanyanın öz həyatının qalan hissəsini şübhəli gələcəyinə həsr edəcəyinə and içdiyi “arsax” ondan ötrü yalnız yaxınlıqdakı bir dövlətin paytaxtına “hoppanmaq” üçün tramplindir. Rəndə ilə düzəldilmiş bu “Buratino”nun Cənubi Qafqaza hansı qisimdə, daha doğrusu, kimin yerinə və ən başlıcası, hansı dövlətin maraqlarının təmsilçisi kimi göndərilməsini də açıqlamağa, fikrimizcə, ehtiyac yoxdur. Nəyə lazımdır! Vətəndaşlığı alarlar da, verərlər də. Məgər bu, çox vacibdirmi? Dünya tarixində tanışlıqla vəzifəyə qoyulanlara və başqa marionetlərə aid çoxlu misallar göstərmək olar. Səhnəarxası “tiqran petrosyan”ların fikrincə, itirilməsi həmin dövlətin planlarına əsla daxil olmayan forpostda öz adamının qoyulması bu çoxgedişli şahmat oyununa qoyulan bütün sərmayələrin əvəzini çıxacaq. İnvestisiyaların, xüsusən “camaşırxanalar” vasitəsilə sanballı gəlir vəd edən investisiyaların nə demək olduğunu Vardanyan hamıdan yaxşı bilir. Onun çəkdiyi əlavə xərclər, məsələn, Rusiya sülhməramlı kontingentinin komandiri general Volkov üçün daşınmaz əmlak alınması, onun qohumlarının Rusiya strukturlarında işə düzəldilməsi bununla izah edilir. Bütün bunlar Vardanyanın çoxdan həsrətində olduğu sıçrayış naminə – təlxək Artak Beqlaryanın varisi vəzifəsindən daha sanballı və ən başlıcası, daha legitim kresloya keçmək xatirinə edilir.

Lakin Xankəndinin və ətraf kəndlərin sadəlövh sakinləri bilirlərmi ki, bu dəfə də onlardan şahmat taxtasındakı qurbanlıq piyadalar kimi istifadə edəcəklər?/AZƏRTAC

Xəbər 607 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +