İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


06.11.2022  10:47 

Qisas qiyamətə qalmadı...





A+  A-

Tarix həmişə dəyişir və yeni-yeni səhifələri yazılır.Lakin tarixin parlaq səhifələri heç zaman unudulmur.Əslində tarix bəşəriyyətin, xalqların həyatının ən möhtəşəm, ən yaddaqalan və ictimai inkişafın gedişinə dərindən təsir göstərən hadisələrin xronikasıdır. Vətən müharibəsindəki Zəfər də məhz belə hadisələrdəndir. O günədək arxada qoyduğumuz hər ildə vətən sevgisi cücərmişdi qəlblərdə və o torpaqları görməyən, amma hər gün torpaqlarımız işğal altındadır, ifadəsini eşidən gənclərimiz milli ruhda böyüyürdülər. İntiqam almaq hissi ilə.

Qisas qiyamətə qalmadı. Ali Baş Komandanın əmrini hamı səbirsizliklə gözləyirdi. Tarixən alınmaz qala kimi vüqarını saxlamış Şuşamızı, eləcə də digər topaqlarımızı 44 günlük müharibədə torpağa tökülən vətən oğullarının qanı bahasına aldıq.

Sərkərdəlik məharəti, siyasi iradə, iqtisadi güc, beynəlxalq aləmdə yüksək imic, xalq-iqtidar birliyi kimi amillər bizi 30 ilə yaxın müddətdə işğalda qalmış torpaqlarımıza qaytardı. Vətən müharibəsində hər ötən gün həsrətlə gözlədiyimiz əzəli torpaqlarımıza, dədə-baba yurdumuza qayıtmaq ümidinin tezliklə reallığa çevriləcəyinə əminliyimizi daha da artırırdı. Qazandığımız nailiyyətlərin müəllifi olan Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi, diplomatik uğurları idi insanlarda bu əminliyi yaradan.

Dövlət başçısının ölkəmizin, eləcə də dünyanın ən yüksək kürsülərindən Azərbaycanın haqlı mövqeyini ifadə edən çıxışları, ölkəmizlə bağlı olan həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, eləcə də dünyanın nüfuzlu KİV-lərinə verdiyi müsahibələri erməninin xislətini, mənfur siyasətini, işğalçılıq siyasətini bir daha ortaya qoymuş olurdu. 44 gün ərzində işğal altında olan torpaqları azad etmək, erməni mifini darmadağın etmək güclü Azərbaycan haqqında təsvvürləri daha da genişləndirdi. Bu uğurların qazanılmasında gücü Liderin və onun yaratdığı güclü Ordu xüsusi qeyd olunmalıdır. Müasir silahlarla təchiz olunmuş, yüksək döyüş ruhlu əsgər və zabitlərimizin vətənpərəvərlik hissləri qələbəmizi şərtləndirən amillər sırasındadır.

Əlbəttə ki, məqsədə doğru inamlı addımlar Azərbaycanın tarixinə Qalib ölkə adını həkk etdi və bu tarixdə görünməyən bir qələbə idi.

44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə həm də xalqımızın birliyinin, yenilməz gücünün nümayişi oldu. Müharibə başlayan andan etibarən vəzifəsindən, statusundan, yaşından asılı olmayaraq, hər kəs Vətən uğrunda könüllüyə çevrildi. Ali Baş Komandanın “dəmir yumruğ”una dönərək düşmənin başını əzdi. Döyüşdə oğlu şəhid olan ana-atalar belini bükmədi, başını dik tutub “Vətən sağ olsun!” dedilər...

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır.

Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Bu Qələbə 200 illik erməni təxribatlarına verilən ən layiqli cavabdır. Son 200 ildə ermənilər tərəfindən azərbaycanlılara, türklərə qarşı çoxsaylı təxribatlar, terror aktları, cinayətlər həyata keçirilib. Uşaq, qadın demədən xalqımıza qarşı soyqırımı gerçəkləşdirilib. Xocalı və mart soyqırımları buna nümunədir. Lakin bu 200 ilin yekununda ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşmənə elə bir zərbə vurdu ki, son 200 ilin qisasını düşməndən aldı. Ermənistan məcburiyyət qarşısında kapitulyasiyaya imza atmağa məcbur oldu.

10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük Zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə şərəfinə Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhərinin işğaldan azad edildiyi gün Zəfər Günü elan edildi. Zəfər Günü ilə bağlı sərəncam Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin, “Qarabağ münaqişəsi” deyilən bir terminin tarixə qovuşduğunun, ərazi bütövlüyümüzün təmin olunduğunun, bir sözlə, Ali Baş Komandan, Prezident İlham Əliyevin «dəmir yumruq» əməliyyatı ilə Müzzəfər Ordumuzun rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığının bütün dünyaya göstəricisidir. Buna görə də 8 noyabr tarixi çox böyük Şərəf və Qürur bayramdır və hər zaman böyük qürur və sevinc hissi ilə qeyd ediləcək.

Fəzail İbrahimli
Milli Məclis sədrinin müavini


Xəbər 544 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +