Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...


05.11.2022  23:00 

“Qisas 44” kitabı təqdim olunub - Foto





A+  A-

AMEA Folklor İnstitutunda 8 noyabr – Zəfər Günü münasibətilə “44 günlük müharibənin qəhrəmanları: şəhid mayor Vüsal Vəliyev” adlı tədbir keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA Folkor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov bildirib ki, həm 44 günlük Vətən müharibədəki qələbəmizi qeyd etdiyimiz 8 noyabr - Zəfər Günü, həm də 9 noyabr - Bayraq Günü xalqımız üçün əlamətdar hadisələrdir. Zəfər Günü ilə bağlı tədbirlərdəki mövzuların həssaslığını vurğulayan akademikin fikrincə, bu hadisələri qiymətləndirərkən müharibə iştirakçılarını yada salmaq, onları dinləmək, xatirələrinə qulaq asmaq bizim borcumuzdur:

Bu gün haqqında danışacağımız qəhraman isə, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn, Azərbaycan ordusunun Quru Qoşunlarında xidmət etmiş mayor Vüsal İslam oğlu Vəliyevdir.

M.Kazımoğlu-İmanov nəzərə çatdırıb ki, V.Vəliyev elə bir kənddə (Şərur rayonunun Dizə kəndində) doğulub, boya-başa çatıb ki, həmin ərazi 1990-cı ildən indiki Ermənistan, əslində isə qədim Azərbaycan torpaqları olan bir ərazidən vaxtaşırı atəşə tutulub:

“Vüsal çox kiçik yaşlarından düşmənin açdığı atəş zərbələrinə şahid olub. Həmin illərdə uşaq yaşında olsa da, sonradan hadisələrin mahiyyətini dərk etməyə başlamış, qəlbi düşmənə qəzəb hissi ilə döyünmüşdü. Babası II Dünya Müharibəsində itkin düşmüş V.Vəliyev 8-ci sinfi qurtardıqdan sonra Heydər Əliyev adına Hərbi Liseydə, daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır”.

Vüsal haqqında döyüş yoldaşlarının xatirələrini oxuyan M.Kazımoğlu-İmanovun fikrincə, Vüsal kimi qəhrəmanlar yalnız hərbçi, hərbi təlimlər keçmiş övladlar deyil, həm də adları böyük hərflərlə yazılan insanlar olurlar:

“Vüsal kimi, Vüsalın döyüş yoldaşları kimi igidlərin qanı-canı bahasına 44 günlük müharibə zəfərlə başa çatıb. Bizim borcumuzdur ki, şəhid ailələri ilə daima əlaqə saxlayaq, onlara mənəvi dəstək olaq, qazilərə ehtiramla yanaşaq”.

Daha sonra çıxış edən mayor V.Vəliyevin döyüş yoldaşı, 44 günlük Vətən müharibəsində yaralanmış, ehtiyatda olan baş leytenant Qəzənfər Dünyamalıyev tabor komandiri mayor V.Vəliyevi xidmət dövründən tanıdığını bildirib:

“Özümü xoşbəxt hiss edirəm ki, 2020-ci ildə V.Vəliyevin tabeçiliyində xidmət etmışəm.
Şəhid mayor həmişə ön cəbhədə xidmət göstərib, çətin tapşırıqları yerinə yetirib. Həmlə taboru yarananda ona komandirlik etməklə ən böyük məsuliyyəti öz üzərinə götürüb. Bölməni bacarıqla idarə edən V.Vəliyev heyəti döyüşə məhz özü aparıb, bütün hücumlarda iştirak edərək irəliyə doğru ilk addımı atıb”.

Q.Dünyamalıyev qeyd edib ki, o və digər yaralı döyüş yoldaşları bu gün sağ qaldıqları üçün V.Vəliyevə borcludurlar:

“Cünki o, məni və mənim kimi bir neçə hərbi qulluqçunu, öz həyatını təhlükəyə ataraq, yaralı vəziyyətdə sən¬gərdən çıxarıb, neçə kilometr çiynində aparıb”.

Polkovnik Mahir Cavadlı II Qarabağ müharibəsi zamanı Vətən oğullarının işgal altında olan torpaqlar uğrunda mübarizəyə qalxdıqlarını və belə oğullardan birinin də tabor komandiri mayor V.Vəliyev olduğunu qey edib:

“Aran kəndində doğulub boya başa çataraq Murovdağda gedib döyüşməyin özü böyük şücaət tələb edir. Bu igidlər istəsə idilər, özlərini qoruya bilərdilər. Amma onlar şəhidliyi özlərinə böyük şərəf hesab edərək düşmənin qarşısından geri çəkil¬mədilər. O oğulları tanıtmaq bizim borcumuzdur, 44 günlük Vətən müharibəsi iştirakçılarının – həm şəhidlərin, həm qazilərin, ümumilikdə bütün qəhrəmanların təbliğatı əsas məqsədlərimizdən biri olmalıdır”.

AMEA Folklor İnstitutunun Qazilər Şurasının sədri, I Qarabağ müharibəsinin iştirakçısı, aparıcı elmi işçi, fil.ü.f.d., dosent Şakir Albalıyev çıxışında tədbirə qatildığı üçün Q.Dünyamalıyevə təşəkkür etmiş və bildirmişdir ki, 44 günlük müharibədə alnımızı açıq etmiş V.Vəliyev kimi şəhidlər, Q.Dünyamalıyev kimi qazilər haqqında povest və romanlar yazılmalı, onların şücaəti gələcək nəsillərə örnək olmalıdır.

Tədbirdə Folklor İnstitutunun icraçı direktoru, fil.ü.f.d, dosent Afaq Ramazanova da I Qarabağ müharibəsinin şəhid və qazilərini xatırlayaraq bildirib ki, ümumilikdə bütün qəhrəmanlarımız bizim üçün unudulmazdır. Onlar təkcə ailələri üçün doğma deyillər, bizim də qardaşlarımızdır:

“Həmçinin iş yoldaşımız Əpoş Vəliyevin qardaşı şəhid mayor V.Vəliyev də 2020-ci ilin sentyabrından sonra bizim hamımızın qardaşına çevrildi. 44 günlük müharibədə siyasətçilərimizin siyasət meydanında, əsgərlərimizin döyüşlərdə şücaət göstərməsi bizə ruh verdiyi üçün arxa cəbhədə hər bir vətəndaş müharibə naminə qələmini süngüyə çevirməyi bacardı”.

Şəhid mayor V.Vəliyevin qardaşı, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d. Əpoş Vəliyev şəhid qardaşı olduğundan böyük qürur hissi keçirdiyini bildirərək, mayor V.Vəliyev haqqında, tərtibçisi olub ərsəyə gətirdiyi “Qisas 44” adlı kitabın öz ailələrinə təskinlik olduğunu vurğulayıb:

“İstədim ki, bu kitabın təqdimatını ilk olaraq Folklor İnstitutunda edim. Çünki müharibə dönəmində mənə ən böyük mənəvi dəstəyi institutdakı iş yoldaşlarım veriblər. Bu kitab Vüsalın ruhu üçün bir ərmağan, ailəmiz üçün bir təsəlli, bir təskinlikdir”.

Ə.Vəliyev kitabda Vüsalın döyüş yoldaşlarının və nişanlısının xatirələrinin, Vüsal haqqında yazılan məqalə, şeir, poema və mahnıların yer aldığını diqqətə çatdırıb. Ə.Vəliyev kitabın adı ilə bağlı ən maraqlı məqama da toxunub. O, bildirib ki, döyüş yoldaşlarından birinin dediyinə görə, müharibədən əvvəl Vüsal ratsiyada çağırış üçün “Qisas 44” məxfi adını seçib:

“Təsadüfə baxın ki, bu müharibədə həm qisas alındı, həm də müddəti 44 gün çəkdi”.

Əpoş Vəliyev Beyləqan, Füzuli, Qazax, Tovuz, Ağdam, Tərtər və sonda da Murovdağda həmişə ön cəbhədə xidmət etmiş V.Vəliyevin ailəsi ilə olan son söhbətini də xatırladıb:

“Bu dəfə döyüş başlasa, biz sona qədər gedəcəyik. Çünki gələcək nəslə müharibə saxlamamalıyıq. Bu, bizimlə bitməlidir, bizdən sonra övladlarımız rahat yaşamalıdır”.

Ə.Vəliyev onu da bildirib ki, Vüsal heç vaxt döyüş vaxtı “İrəli!” əmri verməyib, “Ardımca!” əmri verib. Baxmayaraq ki, o, həmlə taborunun komandiri kimi döyüş gedən ərazidən beş kilometr arxada olmalı idi.

Sonda tədbir iştirakçılarına mayor Vüsal Vəliyevə həsr olunmuş “Qisas 44” kitabı təqdim olunub.










Xəbər 822 dəfə oxunub.




14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +