Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


04.11.2022  12:15 

Rüşvətə görə onlarla məmurun bədbəxt olduğunu görmürlərmi?!





A+  A-

Başlıqda “Mədəniyyət naziri necə olmalıdır” yazsam da, mövzu ümumilikdə bu strukturda çalışanların hamısına aiddir. Yəni Mədəniyyət Nazirliyinin çətiri altında vəzifə daşıyan ən yuxarıdakı şəxsdən, ən aşağıdakı şəxsə qədər necə davranmalı olduqlarına dair düşüncələrimi bölüşmək istəyirəm.

Mədəniyyət fərqli sahədir. Unikal, həssas, yeri gələndə romantik, yeri gələndə dramatik olmaq, lazım olanda ədəbiyyat, lazım olanda incəsənət adamı kimi davranmaq gərəkdir. Şairin də, müğənninin də, rəssamın da, bəstəkarın da, tarixin də, daşın da, abidənin də, musiqinin də dilini tapmalı, nəinki onların yaratdıqları əsərlərə, elə həmin əsərlərin müəlliflərinə də yüksək dəyər verməlisən. Əslində, bütün bu uzunçuluqları bircə sözlə də ifadə etmək olar: Mədəni olmalısan, mədəniyyətli davranmalısan.

Mədəniyyət naziri haqqında mediada dərc olunan yazını saytdan çıxarmaq deyil, həmin yazıda səsləndirilən tənqiddən nəticə çıxarsa, cəmiyyət üçün, dövlət üçün, incəsənət üçün daha böyük fayda verər. Başqa dövlət strukturlarını bir kənara qoyaq, onlar onsuz da mediada haqlarında yazılan tənqidlərə düşməncəsinə münasibət bəsləyir. Amma axı ölkənin mədəni sferasına cavabdeh olanlar özlərini məmur kimi deyil, məhz elə təmsil etdikləri qurumun adındakı ifadəyə uyğun aparmalıdır.

Bir neçə gün əvvəl müsahiblərimizdən biri demişdi ki, Mədəniyyət Nazirliyində son illər baş verənlər göstərir ki, bu qurumun rəhbərliyi mədəniyyətli deyil, daha çox mədə niyyətli şəxslərdir. Mədə niyyəti xəstəlikdir, özü də yoluxucu xəstəlik. Görünən odur ki, 3 ildir ən müxtəlif vaksinlərdən istifadə olunsa da, nazirlikdəki bu virusun kökünü kəsmək hələ ki mümkün olmayıb. Rüşvət və korrupsiya davam etməkdədir. Niyə bu adamlar bu iyrənc əmələ əl atırlar?! Rüşvətə görə onlarla məmurun bədbəxt olduğunu görmürlərmi?! Suallar adamı yorur. Amma adam bu ritorik sualları dayandıra da bilmir. Bu günə qədər rüşvət almamağa, dövlət pulunu oğurlamamağa görə bir məmura gözün üstə qaşın var deyən olubmu? Tutaq ki, DTX-nın həbs etdiyi nazir müavini ona təklif olunan rüşvəti almasaydı, dövlət büdcəsindən mədəni sahə üçün ayrılan pulları korrupsiya yolu ilə mənimsəməsəydi, ona kim nə deyəcəkdi? Təmiz işlədiyi üçün utanacaqdırmı? Mədəni sahə üçün ayrılan pulları öz ünvanına ləyaqətlə çatdırsaydı, alnı açıq, üzü ağ, çiyinləri dik, vücudu qürurla dolu olmayacaqdırmı? Niyə əyri yol seçir, bu mədəni adamlar?

Bir müddət əvvəl Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyinə baş çəkmişdim. Əslində, həmin yerə xatirə muzeyi demək mümkün deyil, gecəqondu kimidir. Yağış yağmışdı, damdan axan yağış muzeyin xalça-palazını islatmışdı, qurumaq üçün həyətə asmışdılar. Muzeyə sanki Bayraqdar bombası düşmüşdü. 29 yaşında güllələnən azadlıq şairimizin adını daşıyan bu bərbad muzeydə Mikayıl Müşfiq hər gün öldürülürdü. Bu vəziyyəti normal hala gətirmək çoxmu çətindir? Əbülfəs Qarayevin xaricdəki otellərinin təkcə bir liftinin pulu ilə bu muzeydə cənnət yaratmaq olar. Əvəzində isə pullar oğurlanır, Müşfiqsə Stalinin nəvələri tərəfindən divara dirənib.

Korrupsiya ilə məşğul olmaq, rüşvət almaq iyrənclikdir. Bundan böyük ləyaqətsizlik yoxdur. Elə ona görə də, bunu yalnız ləyaqəti olmayan adamlar edir. Taleyran Napaleonun məğlubiyyətindən sonra Fransanı parçalanmaqdan qorumaqla hazırkı dünya xəritəsində bu dövlətin mövcud sərhədlərlə var olmasını təmin etmiş diplomatdır. Eyni zamanda Belçika adlı dövlətin varlığında da onun xidmətləri danılmazdır. Amma tarix onu daha çox rüşvətxor, dövlət əmlakını talayan mənəviyyatsız bir şəxsiyyət kimi xatırlayır. Fransızlar onun Burbonlara da, Napaleona da, Direktoriyaya da xəyanətlərini unudardı, simasızlığını, satqınlığını görməzdən gələrdi, amma rüşvətxorluğunu bağışlamırlar. 200 ildən sonra da bu ləkə onun alnında qalmaqdadır, epitetidir. Korrupsiya, rüşvətxorluq belə bir iyrənclikdir. Hətta üfunət iyi verən peyində də gözəl gül becərmək mümkündür. Amma rüşvətxorluq bataqlıqdır. Orada çirkabdan başqa heç nə olmur.

Mədəniyyət Nazirliyində çalışırsansa, bir yazıçının ad günündə gül buketi ilə onun qapısını döyməlisən, bir şair üçün yaradıcılıq gecəsini sürpriz olaraq təşkil etməlisən, bir rəssamın əsərlərinin satışını təşkil etməli, kitabların təbliği ilə məşğul olmalısan. Day, kitab sərgisi adı ilə naşirlərə 3 min manata “polka” təklif etməməlisən. Mədəniyyət sahəsində korrupsiya sıfırın altında olmalıdır. Bütün bunların olması üçün isə bir azca mədəni olmaq lazımdır.

Bu olarsa, cəmiyyətin də, ölkənin də, tarixin də və ən əsası sənin bu vəzifəyə təmin olunmağın haqda ali sərəncama imza atan şəxsin də qarşında alnın açıq olar və qollarında qandal olmaz.

Elnur Məmmədli
Yenisabah.az

Xəbər 546 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +