İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”
Ceyhun Bayramov Yens Stoltenberq ilə görüşüb
Zakir Həsənov Stoltenberqlə görüşüb - VİDEO
“Taksilərin sayı azaldılır, qiymətlər qalxacaq“
Məna Əliyev xəstəxanaya yerləşdirilib
Biz onların üzərinə getməliyik!
Qubada qanunsuz tikili sökülüb-VIDEO


02.11.2022  12:01 

Unudulmazlar: Zəfər tarixini yazanları yaşatmaq borcu





A+  A-

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində Qələbə qazanaraq regionda yeni reallıqlar yaradan Azərbaycan 30 illik işğal nəticəsində dağıdılan ərazilərin bərpası istiqamətində iqtisadi layihələrin, eyni zamanda, şəhid ailələri, müharibə əlilləri və iştirakçıların üçün müxtəlif genişmiqyaslı sosial proqramların icrasına başladı. Ərazilərin işğaldan azad edilməsindən az müddət keçməsinə baxmayaraq həmin ərazilərin bərpası istiqamətində geniş miqyaslı işlər həyata keçirilməkdədir.

Həyata keçirilən quruculuq işləri birbaşa dövlətimizin başçısının nəzarəti altındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi nəzarətində olan başqa bir vacib məsələ sözsüz ki, şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarıdır. Məhz dövlətimizin başçısının göstərişi əsasında şəhid ailələri, müharibə əlilləri və müharibə veteranları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramı davamlı olaraq icra olunur və bu proqramların miqyası genişlənməkdədir.

Məlum olduğu kimi, sosial proqramlar çərçivəsində 119 min şəxsə dəstəkyönümlü 243 min xidmət göstərilib. O cümlədən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev verilib. Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 284 avtomobil, ümumilikdə ötən dövrdə 7 min 500 avtomobil təqdim edilib. 7 minə yaxın imtiyazlı şəxs isə həmin dövrdə sanator-kurort və müalicə mərkəzlərinə yollayışla təmin olunub.

Qeyd etmək lazımdır ki, dövlətimizin başçısı tərəfindən bu xidmətlərin həyata keçirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti də yüksək qiymətlədirilib.

Etiraf edək ki, ötən illərdə həssas qruplarla bağlı məlumat bazalarının formalaşmasında və digər qurumların informasiyalarının inteqrasiya olunmasında müəyyən problemlər olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son bir neçə ildə məlumatların elektronlaşması və inteqrasiyası sahəsində gördüyü uğurlu fəaliyyət şəffaflığın və əlçatanlığın təmin olunmasına mühüm töhfə verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi mühüm yeniliklərdən biri də əhaliyə proaktiv xidmətlərin göstərilməsidir. Bu isə sosial xidmətlər sahəsində tam yenilik və idarəetməyə yeni baxışdır.

Şəhid ailələrinə və müharibə veteranlarına göstərilən diqqət və qayğı, sosial dəstək mexanizmləri vacib və əhəmiyyətli olsa da, heç şübhəsiz vətən qarşısında əvəzsiz xidməti olan Azərbaycan oğullarının ailə üzvlərinin mənəvi dəstəyə, təsəlliyə xatirələrinin və qəhrəmanlıqlarının yaşadılmasına ehtiyacı var. Bu mənəvi dəstəyin ən vacib addımı Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 2021-ci ilin 27 sentyabr - Anım Günündə Bakı şəhərində təşkil olunmuş yürüş oldu. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş etdilər. Azərbaycan dövləti və cəmiyyəti bu qəhrəman övladların xatirəsinin əbədiləşməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Xatirələrin əbədiləşməsi şəhid ailələrinə mənəvi təskinik, gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi üçün vacib amildir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq şəhidlərlə, müharibə veteranları ilə bağlı filmlərin hazırlanması, onların qəhrəmanlığlarının təbliği edilməsi istiqamətində mühüm işlər görülür. Oktyabrın 31-də “Unudulmazlar” saytı və mobil tətbiqinin təqdimatı zamanı da bu məqam Milli Məclisin deputatları, qazilər, QHT nümayəndələri və digər şəxslər tərəfindən də xüsusi olaraq vurğulandı. Şəhidlərin xatirəsinin əbədiləşməsi, onların qəhrəmanlığlarının təbliği baxımında çox gözəl platforma olan unudulmazlar.az saytı və mobil tətbiqinin hazırlanması təqdirə layiq addımdır. Geniş informasiya bazasında və asan interfeysə malik olan platforma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə hazırlanıb. Unudulmazlar platformasına şəhidlərimizin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin həyat və döyüş yolunu özündə əks etdirən məlumatlar, foto və videolar, təltifləri və ailə üzvləri haqqında məlumatlar təqdim olunur. Platforma dizayn, məlumatların filtirləşməsi, müxtəlif kriteriyalar üzrə axtarış imkanı baxımdan geniş funksiyalara malikdir.

Platfomanın əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız, mülki şəhidlərimiz, Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin cəmiyyətə daha yaxından tanıdılması və eyni zamanda gələcək nəsillərə ötürülməsidir. Saytda, eyni zamanda, 44 günlük müharibənin xronologiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibə dövründə yazdığı tvitlər, şəhidlər və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər haqqında digər dolğun informasiyalar cəmləşib. Hesab edirəm ki, bu platforma hər bir azərbaycanlının mobil telefonun əsas proqramı olmalı və nəsillərdən nəsillərə ötürülməlidir. Bu, bizim Zəfər tarixini yazanları yaşatmaq borcudur!

Cəsarət Hüseynzadə
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri

Xəbər 2653 dəfə oxunub.




19.03.2024  00:00 

Bu gün İlaxır çərşənbədir

18.03.2024  19:15 

Gəncədə bıçaqlanma olub

18.03.2024  19:07 

Naxçıvanda İnstitut yaradılıb

18.03.2024  19:03 

AFFA bu klubları cərimələdi

18.03.2024  17:31 

Türkiyədə partlayış olub

18.03.2024  15:29 

İmtahan nəticələri elan olundu


BÜTÜN XƏBƏRLƏR +