Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


25.10.2022  09:34 

“Təkliflərimiz hakimiyyəti məmnun etmədi“





A+  A-

Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Dinləmələrdə Milli Məclis üzvləri, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri, həmçinin parlamentdənkənar siyasi partiyaların sədrləri, rəhbərliyə daxil olan şəxslər iştirak edib.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Azərbaycan Yüksəliş Partiyası Başqanının Siyasi məsələlər üzrə müavini Rəşad Bakuvi bildirib ki, bu müzakirələrdə əvvəlcədən iştirakı nəzərdə tutulsa da, Azərbaycan Yüksəliş Partiyası nədənsə dəvət olunmayıb.

“Partiyamız yeni qanun layihəsinin daha təkmil qanunvericiliyə çevrilməsindən ötrü təkliflərini həm Milli Məclisə təqdim edib, həm də bu təklifləri ötən ay ictimailəşdirmişdi. Ən son, təxirə salınan dinləmələrə Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli də dəvət olunmuşdu. Birdən-birə nə baş veribsə, AY Partiya rəhbərliyi "Siyasi Partiyalar haqqında" yeni qanun layihəsinin parlament müzakirəsindən kənarda saxlanılıb. İndi yeganə sual budur ki, müvafiq qanunla bağlı təkliflər istəyən, bundan öncə vaxtı təyin olunub təxirə salınan dinləmələrə dəvət edən siyasi hakimiyyət nə baş verib də AY Partiyanı müzakirələrdən uzaqlaşdırıb?!” – deyə, o qeyd edib.

Rəşad Bakuvi xatırladıb ki, dialoqun sadəcə görüntü xatirinə bir proses olmaması üçün xeyli müddətdir, siyasi hakimiyyətlə gərgin fikir alış-verişində olan AY Partiya beləliklə, parlament müzakirələrinə dəvət olunmayan üç siyasi təşkilatdan biri olub.

“Azərbaycan Yüksəliş Partiyası ən son Azərbaycan Xalq Partiyası və Azərbaycan Demokrat Partiyası ilə birlikdə, partiyaların rəhbərliyinin də iştirakı ilə "Siyasi Partiyalar haqqında" yeni qanun layihəsini müzakirə edib, bu layihənin indiki vəziyyətdə ölkədə siyasi plüralizmin və çoxpartiyalı siyasi sistemin formalaşdırılmasına xidmət etmədiyi, beynəlxalq hüquq standartlarından çox uzaq olduğu və AR Konstitusiyasının, beynəlxalq qanunvericiliyin insan hüquq və azadlıqlarına dair bir cox müvafiq maddələri ilə ziddiyyət təşkil etdiyini bəyan edib. Bir daha hesab edirik ki, belə bir qanunun qəbul olunması ölkədə insan hüquq və azadlıqlarının, demokratiyanın, siyasi fəaliyyət azadlığının daha da məhdudlaşdırılması üçün hüquqi-siyasi zəmin formalaşdıracaq.



Dinləmələri keçirilən qanunun qəbul olunacağı təqdirdə, siyasi iqtidar öz rəqiblərini sıradan çıxarmaq məqsədilə müəyyən inzibati tədbirlər üçün hüquqi baza əldə etmiş olacaq. Bu isə ölkədə ictimai-siyasi münasibətlərdə kifayət qədər riskli vəziyyətin yaranmasına səbəb ola bilər. Belə bir qanunun beynəlxalq miqyasda təqdir olunacağı da şübhəlidir və ölkəmizin də qoşulduğu beynəlxalq təşkilatlara respublikamıza təzyiq üçün əlavə bəhanələr verməyi doğru hesab etmirik” - o, bildirib.

Başqan müavini əlavə edib ki, ümumiyyətlə, qanunların o zaman əlavə və dəyişikliklərə zərurəti yaranır ki, cəmiyyətdə ictimai-siyasi münasibətlərin mövcud qanunlarla tənzimlənməsində dərin problemlər əmələ gəlir. Yeni qanunlar isə məhz yeni ictimai-siyasi münasibətlərin tənzimlənməsi üçün yaradılır: ‘Məqsəd də ölkədə siyasi inkişafa, vətəndaş həmrəyliyinə, dövlətçiliyin əsaslarını möhkəmləndirməyə, ölkənin beynəlxalq miqyasda nüfuzunu gücləndirməyə nail olmaqdır. Görünən odur ki, hazırda parlamentdə müzakirəsi gedən qanun layihəsinin ilkin variantı mövcud "Siyasi Partiyalar haqqında" qanundan daha aşağı standarta uyğun qanun layihəsidir. Konstitusiyaya və beynəlxalq hüquqa zidd qanunun qəbul olunması isə ölkədə ictimai-siyasi münasibətlərin tənzimlənməsində yetərsiz qalacaq. Ən ciddi problem isə odur ki, belə bir qanunun qüvvəyə minməsi ölkədə qeyri-formal, qeyri-leqal siyasi fəaliyyətə rəvac verəcək, həmçinin destruktiv siyasi qüvvələrin öncül mövqeyə çıxması kimi arzulanmayan bir vəziyyət yarada bilər. Elə buna görə də, yekdil fikrə əsasən, "Siyasi Partiyalar haqqında" yeni qanunun, layihənin ilkin variantında təklif edilən bu müddəalarla qəbul olunması yolverilməzdir. Xüsusi olaraq vurğulayıram ki, "Siyasi partiyalar haqqında" qanun layihəsinə beynəlxalq qanunvericilik standartlarından qat-qat uzaq, bəzi yerlərdə, hətta anlaşılmayan, respublikanın hazırkı müvafiq qanunvericiliyilə ziddiyyət təşkil edən əlavə və dəyişikliklərin təklif olunması ölkədə siyasi münasibətlərin normallaşmasından ötrü son iki il ərzində siyasi iqtidar tərəfindən siyasi təşkilatlarla başladılmış dialoq prosesini şübhə altına alır".


Xəbər 471 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +