Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.10.2022  14:55 

“Atəşi rəis müavininin sürücüsü açıb” - Şikayət





A+  A-

Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilərək həbs edilən Rüfət Zaitov və İsmayıl İsmayılovun valideynləri övladlarının həbsindən narazıdır. Onların iddiasına əsasən, saxlanılan zaman polis əməkdaşı xəbərdarlıq etmədən atəş açaraq oğlanlarına xəsarət yetirib. Atalar Rüfətlə İsmayılın həbsi ilə bağlı qərarın məhz bu işin üstünün açılmaması üçün verildiyini düşünürlər.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən valideynlər Rauf Zaitov və Mədət İsmayılov bildirib ki, 2020-ci il martın 21-də Cəlilabad rayonu ərazisində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı övladları Rüfət və İsmayıla qanunsuz olaraq atəş açılıb: “Onlar yaralı vəziyyətdə Bakıya qayıdanda Qaradağ postunda saxlanılıblar. 4-5 saatdan sonra Rüfətin iştirakı ilə avtomobilə baxış keçirilib və guya oradan narkotik vasitə aşkarlanıb. Sonra Rüfəti Cəlilabada aparıb saxta yollarla oradan da narkotik tapılmasını rəsmiləşdiriblər.

Cəlilabad Rayon Prokurorluğunun müstəntiqi Zöhrab Verdiyev tərəfindən tərtib edilmiş baxış protokolunda qeyd edilir ki, hadisə yerindən 4 giliz tapılıb. Ekspertiza rəyi ilə müəyyən edilib ki, avtomobilə 3, Rüfətin ayağına bir güllə dəyib. Buradan aydın görünür ki, polis tərəfindən xəbərdarlıq atəşi açılmayıb. Atəşi açan isə heç əməliyyat müvəkkilləri də olmayıb. Atəş rəis müavininin sürücüsü olan polis əməkdaşı tərəfindən açılıb.

Baxış protokolunda hadisə yerindən heç nə tapılmadığı qeyd edilib. Bundan 5-6 saat sonra isə hadisə yerindən 2 kilo narkotik vasitə aşkar edilib. Həmin narkotikin tapılma vaxtı saat 11 radələri göstərilsə də, videoçəkilişdə saat 15 radələri olduğu görünür. Sonradan kolun dibindən tapılan narkotik cinayət işinin Cəlilabad polisi tərəfindən aparılmasını təmin etmək üçün ortaya atılıb”.

İttihama görə, R.Zaitov və İ.İsmayılov martın 21-i gecə saat 01:30 radələrində Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində yolun kənarında yerləşən “131” lövhəsinin yanında yerdən narkotik vasitəni götürərkən polis və prokurorluq orqanları əməkdaşları birgə əməliyyat keçiriblər. Həmin zaman adıçəkilən şəxslər polis serjantı İlkin Həsənovun onlara dayanması barədə verdiyi əmrinə tabe olmayaraq maşına doğru qaçıblar, bu zaman İ.Həsənov havaya bir atəş açıb və daha sonra R.Zaitovu ayağından güllələyib, maşına tərəf açılan atəşdən bir güllə də sükan arxasında olan İ.İsmayılovun sinəsinə tuş gəlib. Daha sonra onlar əks yola çıxaraq Bakı istiqamətində hərəkət ediblər. Təxminən 1 saat sonra hər iki şəxs yaralı halda, Ələt postunda saxlanılıb və maşında heroin və metanfitamin aşkarlanıb. Eyni zamanda, atışmanın baş verdiyi yerdən də narkotik vasitə tapılıb.

Valideynlər hazırda işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevə də müraciət ediblər: “Hazırda övladlarımız 2 il 7 aydır ki, qanunsuz olaraq həbsdə saxlanılır. Ümid edirik ki, siz bu haqsızlığa göz yummayacaqsınız, işi ətraflı öyrənərək araşdıracaqsınız və bütün halları nəzərə alaraq ədaləti bərqərar edərək övladlarımız barəsində bəraət hökmü çıxaracaqsınız”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları barədə iddialar şəxsi mülahizələrdir, hüquqi əsası araşdırmalarla təsdiqlənməyib: “Həmin şəxslərin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsindədir. Cəlilabad Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirində Bakı şəhər sakini Rüfət Zaitovla tanışı İsmayıl İsmayılov 2020-ci ilin martında Cəlilabad rayonu ərazisində 3 kiloqram 225 qram narkotik vasitə heroini və 2 kiloqram metametamini gizlədilən yerdən götürərkən polis əməkdaşlarına tabesizlik göstəriblər.

Tədbirdə polis əməkdaşları şübhəli şəxslərin dayandırılması məqsədilə xidməti silah tətbiq edilməklə havaya xəbərdarlıq atəşi açılıb. Onlar idarə etdikləri avtomobillə hadisə yerindən qaçmağa çalışdıqları üçün qanunauyğun olaraq təkrar silah edilməsinə baxmayaraq, yaralı halda avtomobillə Bakı şəhəri istiqamətində hərəkətlərini davam etdiriblər. Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən müvəqqəti polis postunda saxlanılaraq istintaqa təhvil veriliblər.

Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşının əməliyyat tədbiri zamanı xidməti silah tətbiq edərək R.Zaitova və İ.İsmayılova xəsarət yetirməsi faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılıb və polis əməkdaşının əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd olunub”.

Xəbər 677 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +