İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


14.10.2022  10:12 

Mahir Xəttabın həbsxanada səhhəti pisləşib





A+  A-

Həbsdə olan jurnalist, “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində səhhəti pisləşib.

XəzərNews.az xəbər verir ki, bu barədə Mahir Xəttabın anası Nazilə Ələkbərova bildirib. O deyib ki, oğlu həbs olunandan sonar səhhətində ciddi problemlər yaranıb.
Nazilə Ələkbərovanın sözlərinə görə, Mahir Xəttab nevroz psixoloji problemləri yaranıb: “Bu səbəbdən onun üzündə olan tüklər tökülməyə başlayıb. Son günlər səhhətində problemlər daha ciddi olduğu üçün mülaicə müəssisəsinə köçürüldü. İki həftə orada saxlanılsa da, ona ciddi müalicə olunmadı. Üzündə tüklərin tökülməsinə bir neçə dərman vursalar da, nevrologiyadan çəkdiyi xəstəliklə bağlı heç bir tibbi yardım göstərilmədi. İki həftənin tamamında isə tələm-tələsik yenidən saxlandığı cəza çəkmə müəssisəsinə qaytarıldı”.

Nazilə Ələkbərova əlavə edib ki, oğlu həbs olunandan sonar ona cəza çəkmə müəssisəsində sifilis yoluxucu xəstəliyinə yoluxdurulub: “Qeyd etmək istəyirəm ki, Mahir həbs olunan vaxtı Bakı istintaq təcridxanasına qəbul ediləndə onda tibbi müayinədən keçirilib və ona belə bir xəstəlik olmadığı üzə çıxmayıb. Amma müalicə müəssisəsinə qəbul olunan zaman yenidən tibbi müayinədən keçirilib və onda bu xəstəliyin olması üzə çıxıb. Belə görünür ki, oğluma bu xəstəliyi saxlandığı cəza çəkmə müəssisəsində yoluxdurublar. Oğlumun həyatı təhlükədə olduğunu hiss edirəm. Bundan narahatlığımı hiss edirəm. Oğlumun səhhəti ilə bağlı onu nəzarətdə saxlanılmasını istəyirəm”.
Nazilə Ələkbərova qeyd edib ki, oğluna köməklik göstərilməsi üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edib: “Oğlumun həbsdən azad olunması üçün Cənab Prezident İlham Əliyevə, birinci xanım Mehriban xanım Əliyevaya yenidən mətbuat vasitəsi ilə müraciət edirəm. Onun cavanlığının nəzərə alınmasını, həbsdən azad olunması üçün müvafiq qurumlara göstəriş verilmələrini xahiş edirəm. Bu xahişimin bir ana kimi nəzərə alınmasını istəyirəm. Həyat yoldaşım Əfqanistan və birinci Qarabağ müharibəsinin vetranı olub. Onun vaxtsız vəfatından sonar övladlarımı çox çətinliklə, min bir əziyyətlə böyütmüşəm. Mahir həbs olunandan sonra tək yaşayıram. Özümündə səhhətimdə ciddi problemlər var. Oğlumun həbs olunmasına köməklik göstərilməsini istəyirəm”.

Qeyd edək ki, rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri “Azadinfo.az” xəbər paylaşımı platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə iki min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Mahir Ələkbərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət versə də, adıçəkilən məhkəmə hökmü qüvvədə saxlayıb.

Jurnalistin kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəmənin hakimi İlqar Qılcovun icraatına verilib. Məhkəmə baxışı oktyabrın 27-nə təyin olunub.

Xəbər 878 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +