AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


10.10.2022  09:04 

Əmәk bazarı: Mövcud dəyişiklik nə vəd edir?





A+  A-

Azәrbaycan Respublikasında son illәrdә hәyata keçirilәn sosial-iqtisadi siyasәtin әsas istiqamәtlәrindәn biri dә әmәk bazarının inkişafı vә işçi qüvvәsindәn sәmәrәli istifadә edilmәsidir. Ölkәdә aparılan islahatlar iqtisadiyyatda әsaslı keyfiyyәt dәyişikliklәrinә sәbәb olub, dinamik iqtisadi inkişaf tәmin edilib.

Regionların iqtisadi inkişafının tәmin edilmәsi, әhalinin sosial rifahı vә hәyat sәviyyәsinin daha da yüksәldilmәsi, ölkә iqtisadiyyatının, xüsusilә qeyri-neft sektorunun inkişafı istiqamәtindә müvafiq tәdbirlәr hәyata keçirilib.

Әhalinin mәşğulluğunu tәmin etmәk mәqsәdilә yeni iş yerlәri, müәssisәlәr, infrastruktur obyektlәri vә s. yaradılıb.

Son dövrlər ölkә iqtisadiyyatında aparılan islahatlar nәticәsindә әmәk bazarında әhәmiyyәtli dәrәcәdә müsbәt dәyişikliklәrә nail olunub.

Dövlət Statistika Komitəsinin məlumatında 2010-2021-ci illərdə iqtisadi fəal əhalinin sayında artım müşahidə edilir.

2021-ci ildә ölkәdә iqtisadi fәal әhalinin sayı 2010-cu illә müqayisәdә 716,5 min nәfәr artaraq 5303,9 min nәfәr olub, onların da 4988,2 min nәfәrini iqtisadiyyatda mәşğul olanlar, o cümlədən 2021-ci ildə 315,7 min nәfәrini isә işsiz әhali tәşkil edir.

Məşğul olan qadınların sayı 2010-cu ildə 2101,7 min nəfər idisə, 2015-ci ildə 2263,4 min nəfər və 2021-ci ildə 2408,1 min nəfər olub. 2021-ci ildә istehsal sahәlәrindә (kәnd tәsәrrüfatı vә balıqçılıq, sәnaye, tikinti) 2551,7 min nәfәr vә ya iqtisadiyyatda mәşğul olanların ümumi sayının 51,2 faizi qәdәr işçi çalışıb, xidmәt sahәsindә isә mәşğul olanların sayı 2436,5 min nәfәr olub ki, bu da mәşğul әhalinin 48,8 faizini tәşkil edib. 2021-ci ildә iqtisadiyyatda mәşğul olan әhalinin ümumi sayından 1709,1 min nәfәri vә yaxud 34,3 faizi muzdla işlәyәnlәrin payına düşüb. Muzdla işlәyәnlәrin әksәriyyәti iri vә orta müәssisәlәrdә әmәk fәaliyyәti ilә mәşğul olub. 2010-2021-ci illәr әrzindә muzdla işlәyәnlәrin orta aylıq nominal әmәkhaqqı 2,2 dәfә artaraq 732,1 manat tәşkil edib.

Beləliklə, əmək bazarında iqtisadi fəal əhalinin sayının artmasına baxmayaraq işsiz əhalinin sayı artmaqda davam edir. Bununla bağlı yeni Dövlət Proqramlarının qəbul edilməsi, dövlət məşğulluq xidməti ilə bağlı yeni layihələrinin həyata keçirilməsi, hüquq mühafizə orqanları saxta iş elanları ilə bağlı müvafiq tədbirlərin görməsi, əmək bazarının idarə edilməsi üçün Avropa standartlarının tətbiqi, insan kapitalından istifadənin modelləşdirilməsi kimi proqramların həyata keçirilməsi vacibdir.

Famil Niftiyev
İqtisadçı ekspert


Xəbər 10789 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +