“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


05.10.2022  14:40 

Azərbaycanda geniş amnistiya elan olunacaq





A+  A-

Gələn il - "Heydər Əliyev ili"ndə Azərbaycanda geniş amnistiya elan olunacaq.

Bu amnistiya aktı ilə minlərlə məhbusun həbsdən azad ediləcəyi, eyni zamanda xeyli məhbusun cəzasının azaldılacağı gözlənilir. Məlumatlı mənbənin bildirdiyinə görə, ümumimilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə elan olunacaq amnistiyanın Azərbaycanda ən böyük amnistiya aktı olacağı gözlənilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, 2023-cü il Azərbaycanın ictimai-siyasi həyatında böyük hadisələr olacaq:

"Çünki Prezident İlham Əliyev tərəfindən 2023-cü il Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyilə bağlı "Heydər Əliyev ili" elan edildi. Prezident Adminstrasiyasına da iki ay müddətində tədbirlər planının hazırlanması tapşırılıb. Bu tədbirlər planında nələr olacağını əvvəlcədən müəyyən etmək, qəti fikir söyləmək çətindir. Doğrudur, bu tədbirlər planına istənilən qurumlar, dövlət orqanları, vətəndaş cəmiyyətləri təkliflər verə bilər. Eyni zamanda, elə təşəbbüslər ola bilər ki, onlar doğurdan da tədbirlər planına düşməyə layiqdir".



Ə.Nuriyev, gələn il ümummilli lider Heydər Əliyevin 100 illiyilə əlaqədar əfv sərəncamının olması ilə bağlı çox fikirlər səsləndiyini və bunu istisna etmədiyini vurğulayıb:

"Xüsusilə böyük günlər üçün əfv sərəncamlarının imzalanmasının şahidi olmuşuq. Məsələn, 2018-ci ildə Cümhuriyyətin 100 illiyilə bağlı, həmçinin Zəfər günü ilə bağlı böyük bir əfv sərəncamı oldu. Yəni, belə mühüm tarixlərdə əfv sərəncamının imzalanması istisna olunmur. Eyni zamanda, Azərbaycanda ümumilikdə 68 əfv sərəncamı olub ki, onun 33-ü məhz Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb.1995-ci ildə Konstitusiyaya əfv hüququnun salınması da məhz onun təşəbbüsü ilə olub. Humanizm və mərhəmət ümummilli lider Heydər Əliyevin fəaliyyətinin əsas prinsiplərindən olub. Ona görə də biz amnistiya aktının olacağını istisna etmirik. Azərbaycan xalqı, dövlətçiliyi üçün nəhəng miqyaslı işlər görmüş bir şəxsin 100-cü ildönümü təbii ki, böyük hadisələrlə zəngin olacaq"./BakuPost

Xəbər 6733 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +