“Danışıqlar prosesi tənəzzülə uğrayıb“ - Siyasi şərhçi
İrandan Bakıya: “İsraillə əlaqələrdə diqqətli olun“
Yasamalda çoxmərtəbəli yaşayış binası yanır
“Əmlaklarımı satdırıb 22 milyon ödətdirdilər“
Vətəndaşlar nazirdən nə istədi? - Qəbul
Lukaşenko Vladimir Putinlə görüşəcək və...
Rus qızlarının Türkiyəyə axınının səbəbi açıqlandı
“Mən Nostradamus deyiləm” - Vitali Kliçko
Türk kəşfiyyatı Gülten Maturu həbs etdi
Vüqar Əliyev AZƏRTAC-ın sədr təyin edilib


03.10.2022  12:12 

İlham Əliyev Arkadi Dvorkoviçi qəbul edib





A+  A-

Prezident İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Arkadi Dvorkoviçi qəbul edib.

XəzərNews.az xəbər verir ki, görüşdə Azərbaycanla Beynəlxalq Şahmat Federasiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ölkəmizdə idmanın digər növləri kimi, şahmatın inkişafına da dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi bildirilib. Azərbaycanlı şahmatçıların beynəlxalq yarışlarda qazandığı uğurlar qeyd olunub.

Söhbət zamanı ötən ay Şuşada keçirilən Beynəlxalq şahmat turnirinin əhəmiyyətinə toxunulub, oktyabrın 2-də Arkadi Dvorkoviçin Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışında iştirakından məmnunluq bildirilib.

Görüşdə gələcəkdə Azərbaycanda şahmat üzrə nəzərdə tutulan beynəlxalq əhəmiyyətli turnirlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər 4378 dəfə oxunub.




28.11.2022  15:52 

Çin ABŞ-a etiraz etdi

28.11.2022  14:58 

DYP sürücülərə müraciət edib

28.11.2022  13:03 

Namazda hüzuri-qəlb nə deməkdir?

28.11.2022  12:16 

Mənəm günahkar...


BÜTÜN XƏBƏRLƏR +