“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


01.10.2022  11:17 

İlham Əliyev Si Cinpinə təbrik məktubu göndərib





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sədr Si Cinpinə təbrik məktubu göndərib.

XəzərNews.az xəbər verir ki, məktubda dövlətimizin başçısı son 73 ildə Çinin həyatın bütün sahələrində, istər iqtisadi, sosial, elmi-texniki, istərsə də beynəlxalq müstəvidə heyrətamiz nailiyyətlər əldə edərək inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib.

Prezident İlham Əliyev, həmçinin bildirib: “Biz bu gün güclü iqtisadiyyata malik, beynəlxalq aləmdə fəal rolu və mövqeyi ilə fərqlənən ölkənizin Sizin liderliyiniz altında böyük uğurlara imza atmasının şahidi oluruq. Dost ölkə olaraq Azərbaycan Çinin nailiyyətlərini görməkdən sevinc hissi keçirir.

Biz tarixi ənənələrə əsaslanan Azərbaycan-Çin əlaqələrinə xüsusi əhəmiyyət veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, diplomatik münasibətlərimizin qurulduğu otuz ildə ölkələrimiz arasında dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımız dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə Çinin dəstəyini yüksək qiymətləndiririk. Azərbaycan da ölkənizin suverenliyini və ərazi bütövlüyünü hər zaman birmənalı şəkildə dəstəkləmişdir”.

Hazırda Azərbaycan ilə Çin arasında bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı perspektivlərin olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, eyni zamanda, Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətin genişlənməsində maraqlıdır.

“İnanıram ki, müxtəlif sahələrdəki, o cümlədən təşəbbüskarı olduğunuz “Kəmər və yol” layihəsi çərçivəsində mövcud potensialdan tam şəkildə istifadə etməklə qarşılıqlı faydalı əməkdaşlığımızı daha da möhkəmləndirə və dərinləşdirə bilərik.

Bu yaxınlarda Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilmiş Sammiti çərçivəsində Sizinlə keçirdiyimiz görüşü ən xoş təəssüratlarla xatırlayıram. Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafına yeni təkan verəcəkdir. Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Çin dostluğu və strateji tərəfdaşlığı xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da genişlənməkdə və möhkəmlənməkdə davam edəcəkdir”, - deyə Prezident İlham Əliyev bildirib.

Sonda dövlətimizin başçısı bu əlamətdar gündə Sədr Si Cinpinə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Çin xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər 4560 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +