Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video
Mingəçevirdə ağır yol qəzası baş verib
Yaşayış binasında yanğın söndürüldü
COVID-19-dan insanların beyni niyə “dumanlanır”?
Masajçı, yoxsa kosmetoloq? – FOTO
Hansı yaşdan sonra silah əldə edə bilərsiz?
Rusiya Paşinyanı bağışlayacaqmı?
Sabahın HAVAsı... - 22 dərəcə isti olacaq
Türk həkim azərbaycanlıları təhqir etdi - SƏS YAZISI


27.09.2022  12:02 

Kamran Əliyev Prokurorlar Assosiasiyasının iclasında...





A+  A-

Baş prokuror Kamran Əliyevin rəübərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin növbəti iclası, 27-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Tbilisidə işgüzar səfərdədir.

XəzərNews.az xəbər verir tədbirin açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qonaqları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.

Plenar sessiyada çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən regional və qlobal səviyyədə COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə irəli sürülmüş zəruri təşəbbüslər və atılmış əməli addımlar haqqında danışıb, əldə olunmuş̧ uğurlu nəticələr barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbir çərçivəsində həmçinin Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov "Cinayət ədliyyəsinin rəqəmsallaşdırılması" mövzusunda çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev konfransda iştirak edib.

Konfrans çərçivəsində Baş prokuror Kamran Əliyev bir sıra ikitərəfli görüşlər keçirib.



Xəbər 1059 dəfə oxunub.




06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?


BÜTÜN XƏBƏRLƏR +