İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR


26.09.2022  20:45 

Bir ay sonra nəşi tapılan ŞƏHİD – Tarif Cəfərzadə





A+  A-

Bu dəfə Ərçivandan keçməklə Kijəbəyə, oradanda Lomin kəndinə getmək istədik. Məqsədimiz şəhid Tarif Cəfərzadənin ailəsi ilə görüşmək idi. Yolda atası Qədim Cəfərovla əlaqə saxladıq. Dedi ki, artıq Lomin kəndində yaşamırlar, Deqədi kəndinə köçüblər. Biz də şəhid ailəsi ilə görüşmək üçün Deqədiyə yollandıq. Kəndin girişində şəhid Tarifin fotosu vurulub. Kəndə girənlər Tariflə salamlaşıb, ona rəhmət oxuyub keçirlər.

Biz də kəndin girişində Tarifin atası ilə görüşdük və elə də yaxşı olmayan kənd yolu ilə yaşadıqları kiçik bir evə getdik. Ev daha çox yay evinə bənzəyirdi. İki balaca otaq və bir də eyvan… Otaqlar o qədər kiçikdir ki, masa qoymağa belə yer yoxdur. Bir otağa 3-4 nəfər zorla sığışmışdıq. Bu evdə iki ailə, ümumilikdə isə 7 adam yaşayır. Necə yaşayırlar, onu da bir özləri, bir də Allahları bilir.

Tarif Cəfərzadəni tanıyaq

Cəfərzadə Tarif Qədim oğlu 1 yanvar 2002-ci ildə Astara rayonu Pəlkəş/Lomin kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində vuruşub. 03.11.2020-ci il tarixində Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tarif Cəfərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tarif Cəfərzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.



Şəhid olandan sonra bir ay tapa bilmədik

Şəhid atası Qədim Cəfərov deyir ki, ailə olaraq uzun müddət Lomin kəndində yaşayıblar: “Ata-baba Lomində yaşamışıq. Kənd dağlıq ərazidə yerləşir, şəraitsizlik, evsizlik, bir də hara gedirdim Tarifi görürdüm deyə, bura – Deqədiyə köçmüşük. Sağ olsun dostlar, burda bizə bu şəraiti yaradıblar. Lomində qalsaydım indi ölmüşdüm. Burda da şəraitim gördüyünüz kimi elə də yaxşı deyil, ev kiçik, ailə böyük. Qış düşəndə ailənin bir hissəi Lominə gedəcək. Beş övladım var, iki qız, üç oğlan. Taarif sonbeşik idi. 10 ay idi həqiqi hərbi xidmətə yollanmışdı, sonra müharibə başladı, noyabrın 3-nə kimi döyüşüb, sonra şəhid olub. Şəhid olandan sonra bir ay tapa bilmədik. Uzun axtarışdan sonra noyabrın 30-da nəşini gətirdilər. Kimliyi bəlli olmurdu, testlə, analizlə birtəhər müəyyənləşdirdilər. Biz də başa düşürük müharibə idi, şəhid çox… Şəhid olanların kimliklərini müəyyənləşdirmək bəzən vaxt aparırdı”.



Qədim Cəfərov bildirib ki, Tarif dövlət tərəfindən bir neçə medalla təltif olunub: “Dövlətin və rayon rəhbərliyinin münasibəti normaldır. Zəng edib maraqlanırlar. Amma demək məcburiyyətindəyəm ki, problemlərimiz də var. İşsizlikdən digər oğlum Tamerlan Qaradağda daş karxanasında fəhlə işləyir. Onun iki uşağı var, ikisi də xəstə, nə danışırlar, nə də eşidirlər… Özüm təqaüd alıram, yoldaşım isə işləmir, iş yoxdur, daha doğrusu iş verən yoxdur. Kimə deyirik, gözləyin, düzələcək deyirlər. Anamın pensiyası və bir də şəhidə görə verilən müavinətlə dolanırıq. Rayon İcra Hakimiyyətindən, müvafiq şöbədən maraqlanırlar, zəng edirlər, yaxşı qarşılayırlar, amma dediyim kimi bütün bu münasibət problemləri həll etmir. Deyirlər ki, problemlər növbə ilə həll olunacaq, biz də növbəmizi gözləyirik, başqa yolumuz da yoxdur”.

Ölənə kimi Tarifin yolunu gözləyəcəyəm

Şəhid anası Mehparə Rukiyeva ölənə kimi Taarifin yolunu gözləyəcəyini bildirir: “Tarif çox ədəbli və sakit, zəhmətkeş övlad idi. Heç vaxt bizi incitməzdi. Əsgər getməyə tələsirdi. Vaxtı çatan kimi həqiqi hərbi xidmətə yollandı. Bir ilə yaxın xidmət etdi. Nə bizi, nə də komandirlərini incitdi. Sonra müharibə başladı, arada-bir telefonla danışırdıq. Deyirdi ana hər şey yaxşıdı. Noyabrın 3-də şəhid olduğunu öyrəndik. Torpaqlarımızın böyük bir hissəsinin azad olunmasında iştirak etmişdi. Bizə də bu təsəlli verir ki, Tarif də bu işdə can qoydu. Onun ölümünə inanmıram, uşağımı istəyirəm”.



Ana problemlərindən danışmaq istəməsə də bəzilərini demək məcburiyyətində qaldığını söylədi: “Danışanda bəziləri deyir ki, şəhid ailələri sui-istifadə edirlər. Nə sui-istifadə edəcəyik? Mənim şəraitimi, yaşayışımı burdan keçən hamı görür. Siz də görürsünüz, ev bərbad gündə, yol da həmçinin… Siz də bu yolla gəldiniz və hər şeyi gördünüz. Yayda tozdan, qışda palçıqdan hərəkət etmək olmur. Gəlib-gedirlər, amma ortada heç bir nəticə yoxdur. Deyirlər növbənizi gözləyin, mənim ömrüm o növbə gələnə kimi çatacaqmı? Oğlumun biri xəstə, iki uşağı var, onlar da xəstə…”

Nənə pəncərənin qarşısında oturub nəvəsini gözləyir

Şəhidin nənəsi Gülnama Cəfərova isə bütün günü pəncərənin qarşısında oturub nəvəsini gözləyir: “Mənim 75 yaşım var, ölsəm də yadımdan çıxan deyil, daha dözə bilmirəm. Bir aydan sonra Tarifimin nəşini gətirdilər, biz onun heç cənazəsini də görə bilmədik. Nə deyim, Vətən sağ olsun… Mən heç, bu gün - səhər ölüb gedərəm, amma bu yetimlərə də baxmaq lazımdır axı. Qış qapıda, mən köhnə evə - Lominə gedəcəm, orda bir-təhər yaşayaram, bəs, bunlar? Şəhdin qardaşına iş vermirlər, o da gedir daş atmağa, gəlir qarnını-başını tutur, ağrılardan yata bilmir, bütün gecəni qıvrılır. Balaları da görürsünüz, nə danışırlar, nə eşidirlər, bunlara müalicə lazımdır”.



Bu ailə problemlər içindədir, kömək etmək lazımdır

Şəhdin dayısı Əfqan Rukiyev bildirib ki, bacısı oğlu Vətən yolunda şəhid olub: “Allah-Təala bütün şəhidlərə rəhmət eləsin. Biz övladlarımızı vətənpərvər böydürük. Tarif də o ruhda böyüyən gənclərdən idi, 18 yaşına çatan kimi tərəddüd etmədən hərbi xidmətə yola düşdü. Mühribənin sona çatmasına 4-5 gün qalmış şəhid oldu. Yəni müharibə başlayandan sonuna kimi vuruşdu. Övlad böyüdürüksə o da Vətəni qorumağa borcludur. Demək bir az etik deyil, amma həqiqətən də bu ailə problemlər içindədir, kömək etmək lazımdır”.



Bəli, ailə həqiqətən də problemlər içindədir. Amma Cəfərovlar ailəsi Tarifin şəhid olmasına da təəssüflənmir, əksinə hamısı bir ağızdan Vətən, Dövlət sağ olsun deyirlər… Amma Dövlət baba da bu kimi problemlər içində boğulan ailələrə diqqəti artırmalıdır. Zəng edərək maraqlanmaqla problemlər həll olunmur əfəndilər. Real işlər görmək lazımdır. Lerik və Astarada olduğum 16-17 ailələr içərisində belə çətin durumda yaşayan 1-2 ailə ola, ya da heç olmaya…Bir-iki ailənin problemlərini həll etməyə nə var ki? Şəhid ailələrinə fərdi yanaşmaq lazımdır. Ümid edirik ki, qısa zamanda ailənin problemləri müsbət həllini tapacaq. Çünki dövlətin və Cənab Prezidentin bu məsələdə məqsədi aydın, tələbləri qəti və sərtdir...

Rəhman Məlik

Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.










Xəbər 1458 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +