Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


23.09.2022  15:14 

Snayper, boksyor Şəhidimiz – Telman Nəhmətov





A+  A-

Astarada növbədi görüşdüyümüz şəhid ailəsi rayonun Səncərədi kəndi oldu. Biz Səncərədi kəndində Şəhid Telman Təyyar oğlu Nəhmətovun doğulub boya-başa çatdığı evdə, oxuduğu məktəbdə olduq, adının əbədiləşdirildiyi “Zəfər güşəsi”ni ziyarət etdik.

Telman hərbi xidmətini Hava Hücumundan Müdafiə Qüvvələrində keçib. Xidmətdən sonra müqavilə ilə 3 il Milli Çevik Polis Alayında, 3 il də Daxili Qoşunlarda qulluq edib. İdmanın müxtəlif növləri ilə məşğul olub, boks üzrə Respublika üçüncüsüdür.
Snayper kursunu müvəffəqiyyətlə başa vurub. Müxtəlif növ hərbi texnikaların, nəqliyyat vasitələrinin idarə olunmasını öyrənib. 7 illik qısa, lakin şərəfli xidmət yolu keçsə də, onu tanıyanların, yoldaşlarının xatirəsində xeyirxah, qayğıkeş olduğu qədər də ciddi bir hərbiçi kimi qalıb.

Telman Nəhmətovu tanıyaq

Telman Təyyar oğlu Nəhmətov 1990-cı il aprelin 29-da Astara rayonunun Səncərədi kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Telman Nəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Telman Nəhmətov oktyabrın 31-də Füzuli rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı şəhid olub, Səncərədi kəndində dəfn olunub.




Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Nəhmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Nəhmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Nəhmətov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.




Lazım gəlsə özüm də gedərəm…

Şəhid atası Təyyar Nəhmətov şəhidlik məqamının uca zirvə olduğunu bildirib: “Bütün şəhidlər bizim övladlarımızdır. Mən şəhid atasıyam, fəxr edirəm, lazım gəlsə özüm də gedərəm”.

T.Nəhmətov problemlərin olduğunu bildirsə də bu barədə danışmaq istəməyib: “Mən dövlətdən narazı deyiləm. Müfaviq təşkilatlar gəlir, vəd verir, bizi aldadırlar. Mənim iş qabiliyyətim yoxdur, səhhətimdə problem var, bunları dövlət də bilir. Amma Prezident, köməkçisi bilmir. Hüquqlarımız belə tapdalanır. Onlar istəyir ki, biz o xırda məmurların qapısına gedək, şəxsən mən acından ölsəm də getmərəm. Ona görə də danışmaq, problemləri qabartmaq istəmirəm”.




Şəhidin qardaşı Tərlan Nəhmətov şəhid Telmanla ailədə iki qardaş olduqlarını bildirib: “Telmanın hərbiyə böyük həvəsi var idi, Daxili Qoşunlarda xidmət etmişdi. Kəndə qayıtdı, atamın vəziyyətinə görə bir az burda qaldı, sonra yenidən hərbiyə qayıtdı. Müharibə başlayanda o da döyüşlərdə iştirak edirdi və Hadrutda Tuğ kəndində hava hücumundan müdafiə zamanı vurmuşdular. Telman həm də idmançı, respublika üçüncüsü idi. Qardaşım ailədə istiqanlı, səmimi idi”.

Onlar Vətən üçün canlarını fəda etdilər

Müəllimə, şəhidin sinif yoldaşı Səidə Ağayeva Telman Nəhmətovun çox çətinliklə böyüdüyünü bildirib: “Onun ailəsi düyü bə buğda əkməklə, təsərrüfatla məşğul olmaqla bu uşaqları əziyyətlə böyüdüb. Telman orta məktəbi bitirdikdən sonra hərb sənətini seçib və işlədiyi müddətdə peşəkar hərbçi kimi Vətənə xidmət edib. Valideynləri kəndimizin nümunəvi ailələrindəndir. Telmandan sonra nə qədər dərdli olsalar da öz dərdlərini heç kimə yükləmirlər. Bir sözlə məğrur ailədirlər. Telmanın da necə döyüşdüyü, hansı şəraitdə şəhid olduğu hamıya bəllidir”.

Səidə Ağayeva işlədiyi məktəbdə şəhidlərlə bağlı davamlı tədbirlər keçirdiklərini də vurğulayıb: “Onların ömürləri az da olsa şərəflə yaşadılar. Müəllimindən məmurunadək hamımız onlara – yəni şəhidlərə borcluyuq. Onlar Vətən üçün canlarını fəda etdilər”.




Şəhidin digər sinif yoldaşı və əmisi qızı Günay Əsgərova da Telmanla 9 il bir sinifdə, hətta bir partada əyləşdiyini qeyd edib: “Mən fəxr edirəm ki, əmim oğlu şəhidlik zirvəsinə ucalıb. Telman sinifdə sayılıb-seçilən uşaqlardan olub. Vətəni hər şeydən çox sevirdi. Qarabağ döyüşlərində fədakarlıq nümayiş etdirirdi. Onun dünyasını dəyişməsi bizi kədərləndirsə də, şəhidlik məqamına yüksəlməsindən qürur hissi keçiririk”.

Məktəbimizin 12 məzunu şəhid oldu

Səncərədi kənd orta məktəbinin hərbi müəllimi Pənah Quliyev ötən müddət ərzində dərs dediyi şagirdlər arasında Azərbaycan Ordusunda çoxlu gizirlər və zabitlər olduğunu bildirib: “Onlardan biri də Telman Nəhmətov idi. Telmanın atası Təyyarla bir sinifdə oxumuşuq. Çox tərbiyəli və nümunəvi ailədirlər. Telman da həm intizamlı, həm də bacarıqlı idi. Həqiqi hərbi xidmətini uğurla başa vurub, müqavilə əsasında müddətdən artıq hərbçi kimi çalışmağa başlamışdı. İkinci Qarabağ savaşında Telman çox böyük şücaət göstərmişdi. Şəhidlərimiz bizim baş tacımızdır. Biz onların sayəsində işğal altında olan torpaqlarımızı geri qaytardıq. Müharibə dövründə Səncərədi kəndi 6, ümumilikdə isə bizim məktəbin 12 məzunu şəhid oldu”.




P.Quliyev bildirib ki, bu gün də məqsədimiz gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməkdir: “Bu ruh şagirdlərdə formalaşmasa bu qədər şəhid verə bilməzdik və gənclərimiz həqiqi hərbi xidmətdən qayıdıb müddətli həqiqi hərbi xidmətə yollanmazdılar. Biz davamlı olaraq şəhidlərimiz barədə 10-11-ci sinif şagirdlərinə məlumatlar verir, onların xatirlərini əbədiləşdirməyə çalışırıq. Düşünürəm ki, bu məktəb durduqca şəhidlərimiz haqında informasiyalar da davamlı olaraq yenilənəcək və şagirdlərimizə çatdırılacaq”.

Azərbaycançılıq qələbəmizin təminatında mühüm rol oynadı

Səncərədi kənd orta məktəbinin tarix müəllimi Ramin Həsənov gənc nəslin tarixi ənənələrə söykənərək tərbiyə olunmasını günümüzün vacib şərtlərindən biri olduğunu qeyd edib: “Şəhid qəhrəmanlarımızın zamanında yüksək tərbiyəsi ailə və məktəbin üzərində olub. Bizim məktəbimiz də bu yolda əlindən gələni əsirgəmir. Doğma kəndimiz haqq savaşımızda Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi. Telman haqqında danışmaq həm çətindir, həm də qürurludur. O yaşıdlarından hər zaman irəlidə olan bir gənc idi. Daim öndə getməyi bacaran, Vətənə, Yurda sadiq hərbçi olub. Həm təhsil aldığı müddətdə, həm də hərbçi kimi cəmiyyətdə tutduğu mövqeyilə əsl vətəndaş idi. Onun əmisi oğlu Vüsal da İkinci Qarabağ müharibəsində şəhid olub”.




Ramin Həsənov əlavə edib ki, Telman həm də ailəcanab gənc idi: “Onlar haqq savaşı uğrunda şəhid olublar və bu gün də kəndimizdə o ruhda böyüyən gənclik yetişir. Sanki onlar tarixi keçmişimizi yenilədilər, zirvələrə qalxdılar. Onlar haqqında yalnız xoş sözlər söyləmək mümkündür. Biz bu gün sinifdə şagirdləri həm də azərbaycançılıq ruhunda tərbiyə etməyə çalışırıq. Azərbaycançılıq məfkurəsi qələbəmizin təminatında mühüm rol oynadı. Biz bu gün Alberti, Pəncəlini, Mübarizi, Polad Həşimovu, Telmanı, Arifi, Vüsalı və digərlərinin adlarını yan-yana çəkirik. Bu talışdı, ləzgidi, avardı, rusdu demirik… Biz azərbaycanlıyıq və gənclərimizi bu dəyərlər istiqamətində maarifləndirməyə çalışırıq. Əgər birlik olmasaydı qələbə əldə emək mümkünsüz olardı. Biz bizi parçalamaq istəyənlərə heç vaxt imkan verməmişik və verməyəcəyik də… Bizim vahid dövlətimiz, Azərbaycanımız – bir Vətənimiz var. Biz bu vəhdətin sona kimi davam etməsinə çalışırıq. Azərbaycanın ərazi bütövlüyü bizim namusumuzdur. Biz şagirdlərimizin də bu ruhda yetişməsinə çalışır, bütün potensialımızı ortaya qoyuruq”.



Qeyd edək ki, kəndin adının etimologiyası da maraqlıdır. Səncər şəxs adı, "ə" birləşdirici fonem, "di" isə "kənd" deməkdir - Səncər kəndi. Altı min nəfər əhalinin yaşadığı və altı kəndi əhatə edən Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Birinci Qarabağ müharibəsində 5, İkinci Qarabağ müharibəsində isə 12 şəhid verib.

Səncərədi kəndinin ziyalıları, fəal gənclərin və iş adamlarının təşəbbüsü ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə kəndin mərkəzində “Zəfər guşəsi” inşa olunub.

Rəhman Məlik
Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.






Xəbər 880 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +