İnzibati binalarda partlayıcı qurğular aşkarlanıb
Qarabağda 300-dən çox erməni separatçısı axtarışa verilib
Verilən məlumatlar həqiqəti əks etdirmir... - Baş prokuror
Aqil Abbas ermənilərdən niyə üzr istəyir?
Taksilərə dair yeni tələblər qüvvəyə mindi
Daha 30 ukraynalı uşaq Azərbaycanda...
BMT-nin missiyası Qarabağa gedib
7 ambulans və təcili tibbi yardım briqadası Xankəndiyə ezam olunub
Prezident Kley Mourini qəbul edib
Müsadirə edilən artilleriya qurğularının... - Videogörüntüləri


22.09.2022  10:10 

Millimiz Slovakiya yığmasına qarşı - Futbol





A+  A-

Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

XəzərNews.az xəbər verir ki, millimiz C Liqasının birinci qrupunda Slovakiya yığmasının qonağı olacaq.

Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Uilyam Kollamın başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edəcək.

Meydan sahiblərində cəzalı Yuray Kuçka, Azərbaycan komandasında isə Mahir Emreli eyni səbəbdən meydana çıxa bilməyəcəklər. Qrupun digər matçında Belarus yığması Qazaxıstan seçməsinin qonağı olacaq.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də altıncı - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

Xəbər 4274 dəfə oxunub.



01.10.2023  10:05 

BMT-nin missiyası Qarabağa gedib


BÜTÜN XƏBƏRLƏR +