Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


21.09.2022  17:56 

Mətbuat Şurası Qurultaya bu namizədlərlə gedir - Siyahı





A+  A-

Bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Toplantıda üç məsələ müzakirəyə çıxarılıb.

XəzərNews.az xəbər verir ki, Təşkilat Komitəsi ali məclisi işıqlandıracaq jurnalistlərin ayrıca qeydiyyatının aparılmasını məqbul sayıb. Belə ki, KİV-lər bununla bağlı [email protected] e-mailinə 23 sentyabr 2022-ci il saat 15.00-dək yazılı məlumat göndərməlidirlər. Məlumatda qurultayda jurnalist kimi iştirak edəcək əməkdaşların adları qeyd edilməlidir. Məlumat KİV-in rəsmi blankında olmalı, möhür və imza ilə təsdiqlənməlidir. Telekanallar 3, gündəlik qəzetlər və informasiya agentlikləri 2, digər informasiya resursları isə qurultayı işıqlandıracaq 1 nümayəndə göndərə bilərlər.

İclasda müzakirəyə çıxarılmış ikinci məsələ MŞ İdarə Heyətinə namizədlərin siyahısı olub. Təşkilat Komitəsi yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Qeyd edək ki, qurultayda MŞ İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcəkdir. Namizədlərin siyahısı onların topladıqları səs sayına görə aşağıdakı kimidir:

Jurnalist namizədlər

1. Rəşad Məcid - “525-ci qəzet”in baş redaktoru - 103 səs
2. Vüqar Rəhimzadə - “İki sahil” qəzetinin baş redaktoru - 72 səs
3. Vüsalə Mahirqızı - APA Holdinqin rəhbəri - 66 səs
4. Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru - 65 səs
5. Aydın Quliyev - “Bakı xəbər” qəzetinin baş redaktoru - 64 səs
6. Hacıbəy Heydərli - “Azxeber.com” saytının baş redaktoru - 63 səs
7. Azər Həsrət - “Bayraqdar.info” saytının baş redaktoru - 62 səs
8. Akif Aşırlı - “Şərq” qəzetinin baş redaktoru - 57 səs
9. Rauf Arifoğlu - “Yeni Müsavat” Media Qrupunun rəhbəri - 54 səs
10. Alqış Musayev - “Yeni Azərbaycan” qəzetinin baş redaktoru - 51 səs
11. Fuad Hüseynəliyev - “Report” İnformasiya Agentliyinin baş direktoru - 49 səs
12. Aynur Camalqızı - Teleqraf Holdinqin rəhbəri - 43 səs
13. Qalib İbrahimoğlu - “Bakıvaxtı.az” saytının baş redaktoru - 42 səs
14. Vasif Həsənli - “Demokrat.az” saytının baş redaktoru - 39 səs
15. Emin Musəvi - “ASAN radio”nun direktoru - 37 səs
16. Səadət Məmmədova - Televiziya jurnalisti - 36 səs
17. Fərid Şahbazlı - “Editor.az” saytının baş redaktoru - 36 səs
18. Səbuhi Abbasov “7news.az” saytının baş redaktoru - 35 səs
19. Niyaz Niftiyev - “XezerNews.az” saytının baş redaktoru - 35 səs
20. Rafail Becanov - “Cümhuriyyət” qəzetinin baş redaktoru - 30 səs
21. Elşad Eyvazlı - “Modern” Media Qrupun rəhbəri - 25 səs
22. Afiq Mirzəbəyli - “Reytinq” qəzetinin baş redaktoru - 23 səs
23. Aqil Ələsgər - “Yeni Çağ” Media Qrupunun rəhbəri - 23 səs
24. Aqil Camal - “Türküstan” qəzetinin baş redaktoru - 22 səs
25. Bəhruz Quliyev - “Səs” qəzetinin baş redaktoru - 17 səs
26. Yunus Oğuz - “Olaylar” qəzetinin baş redaktoru - 17 səs
27. Məğrur Əliyev - “Təbib” qəzetinin baş redaktoru - 17 səs
28. Zahir Əzəmət - “Qaynar.info” saytının baş redaktoru - 14 səs

İctimaiyyətdən olan namizədlər

1. Əflatun Amaşov - Mətbuat Şurasının sədri - 112 səs
2. Müşfiq Ələsgərli - Jurnalistlərin Həmkarlar İttifaqının sədri - 82 səs
3. Yadigar Məmmədli - Demokratik Jurnalistlər Liqasının sədri - 66 səs
4. Ceyhun Musaoğlu - Jurnalist Ekspert Mərkəzinin sədri - 62 səs
5. Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri- 58 səs
6. Qulu Məhərrəmli - BDU Jurnalistika fakültəsinin professoru - 57 səs
7. Vüqar Zifəroğlu - BDU jurnalistika fakültəsinin dekanı - 48 səs
8. Fərid Pərdəşünas - “Technote Media” şirkətinin icraçı direktoru - 45 səs
9. Natiq Məmmədli - Medianın İnkişafı Agentliyinin şöbə müdiri - 36 səs
10. Mətin Məmmədli - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru - 34 səs
11. Müsəllim Həsənov - Bakı Media Mərkəzinin əməkdaşı - 33 səs
12. Şəmsəddin Əliyev - “Polisə dəstək” İctimai Birliyinin sədri - 28 səs
13. Yeganə Hacıyeva - Politoloq, Gənc Demokratlar İnstitutunun sədri - 27 səs
14. Bəhruz Məmmədzadə - “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini - 25 səs
15. Vüsalə Hüseynli - İslahatçı Qadınlar və İnnovasiylar İctimai Birliyinin sədri - 23 səs
16. Azər Sarıyev - Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı - 18 səs
17. Nadir İsmayılov - Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri - 14 səs
18. Xanoğlan Əhmədov - “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri - 13 səs

İclasda qurultay nümayəndələrinin siyahısı da nəzərdən keçirilib. TK-nın qərarına əsasən siyahı 23 sentyabr 2022-ci il tarixində Mətbuat Şurasının presscouncil.az saytında yerləşdiriləcək.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində (Ünvan Neftçilər prospekti 30, Dənizkənarı Milli Park) keçiriləcəkdir. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaqdır. Saat 10.00-da qurultay işinə başlayacaqdır.

Xəbər 705 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +