Zorla ərə verilən məktəbli qız danışdı: - VİDEO
Xəyallarda yaşayan ŞƏHİD – Mirxəyal Kazımzadə
Səs yazısı yayılan direktora şiddətli töhmət
“Tərtər işi“ ilə bağlı istintaq hərəkətləri davam etdirilir“
Narkotiklə məşğul olan 222 nəfər saxlanılıb
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb
Oktyabrın havası necə olacaq?
Orduya növbəti çağırış başladı
Baş nazirdən Media Reyestri ilə bağlı QƏRAR
Putin Kiyevə və Qərbə müraciət edib


21.09.2022  16:15 

Qırmızı cizgili İranda “qara hicablılar” üsyanı





A+  A-

İran piyada zehniyyət istehlakçıları üçün bəsit dini idelogiya istehsal edən dövlətdir. Cahil təfəkkür İran ideolojisi üçün nəfəslikdir. 43-cü ildir ki, İslam Respublikası yaşam səbəbi olan oksigenini məhz həmin nəfəslik vasitəsilə təmin edir.

İranın dini baxışı siyasi alət funksiyasından kənara çıxmır. Daha dəqiq ifadə etsək İslam İran üçün yalnız təsir vasitəsi olmaqla, hakimiyyətdə qalmanı təmin edir. Nə qədər qəribə də olsa molla rejimi digər müsəlman dövlətlərini özləri üçün rəqib, hətta düşmən görməkdən belə çəkinmirlər. Sanki İslam bir bölgə, region, hətta dövlət üçündür. Dini öz baxış bucaqlarına uyğunlaşdıran rejim, bu kurallardan imtinanı özünün intiharı hesab edir. “Oxu” – deyə başlayan Qurani-Kərimdəki ilk əmri silmək imkanları olsa idi, sözsüz ki, bir yol tapıb İran mollalarının həmin kəlamdan imtinaları ilk işləri olardı. Çünki İran yanlısı olmaq üçün oxumaq lazım deyil, rejimin qidası cəhalətdir. İran yanlısı olmağın da öz kuralları var. Həyat, düşüncə, geyim qara rəngli olmalıdır. Həmişə ağlar gözə sahib olmalısan. Bir ömür qəm, qüssə müşayət etməlidir insanı. Niyə? Nədən? Axı istinad edilən Qurani-Kərimdə qara geyinin deyə bir əmr, tövsiyyə yoxdur.

İnsan nə üçün bir ömür kədərli olmalıdır? Əslində İran rejimi gözəl bilir ki, dində ağlamaq əsl dindarlıq üçün səbəb deyil, molla rejimi üçün ağlatmaq sadəcə məqsəddir.

İran siyasəti inkarçılıq üzərində qurulub. Bu amil özünü hər addımda biruzə verir. İran Konstitusiyasının 152-ci maddəsinə görə bütün müsəlmanların hüquqlarının müdafiəsi İslam dövlətinin xarici siyasətinin əsasını təşkil edir. 154-cü maddədə isə dünyanın istənilən nöqtəsində olan məzlumalrın hüquqlarının müdafiəsi bu dövlətin əsas prioritetdir. Lakin belədirmi? Əsla.

Nəinki dini, hətta təriqət baxımından eyni inanca sahib olan Azərbaycan, hələ şahidi olduğumuz tarixdə - 30 ildir ki, xristian erməni barbarlarının haqsız, səbəbsiz hücumlarına, işğalına, qətliamına məruz qalır. Lakin nə möcüzədirsə İslam respublikası Konstitusiyasının 152-ci maddəsindəki “müsəlman hüquqları” termini işlək hala gəlmir. Nədir, yoxsa molla rejimi qədim Oğuzları müsəlman hesab etmir? Allahın Rəsulu Məhəmmədin (s.ə.s) İslamın ilk günlərində Bizans imperatoru İrakliyə ünvanladığı ”səni və xalqını İslama dəvət edirəm” mesajlı məktubunu xristian imperator ehtiramla alanda, sizin imperatorunuz Xosrov “siz səhradan gəlib, dəvə və keçi üfunəti yayan köçərilər, İrana diz çökməyi əmr edirsiniz? - deyib Allah Rəsulunun (s.ə.s) məktubunu cırıb ayaqları altında tapdalamadımı? Rejim bəlkə Xosrovdan imtina edir?

Axı İran mollaları digər dövlət və ya xalqları aşağalıyarkən özlərinin tarixlərinin iki, hətta beş min il olduğunu iddia edirlər. Məsələyə həmin müstəvidən yanaşsaq imperator Xosrov bu gün ayətullah Amulinin ulu babasıdır. Son dövrlərə qədər ata və babalarının fərqli inanca sahib olduqları üçün onlardan imtina edənlər yalnız vəhhabi təriqətində olanlarda müşahidə olunub. Əgər molla rejiminin idarəçiləri Xosrovdan imtina edirlərsə o, zaman Amulinin atası və ya babası kimdir?

Xocalıda dünyanın ən dəhşətli cinayəti, qətliamı, faciəsi baş verəndə İran İslam Respublikasının 154-cü maddəsində təsbit olunmuş “dünyanın istənilən nöqtəsində olan məzlumaların hüquqlarının müdafiəsi” bu dövlət üçün əsas prioritet olmadı. Kərbəla faciəsini siyasi məqsədlərinə alət edən İran mollası həmin vaxt Xocalı şəhidlərinin məzlum olmadıqlarını görəsən nə ilə və yaxud hansı qanunları ilə isbatladılar? Axı həmin əhalidə silahsız, müdafiəsiz idi. Axı həmin insanların içərisində də körpələr var idi. Axı erməni Xocalıda da günahsızın başını kəsdi.

Bilirsiniz bu axı ilə başlayan sitatlardan nə qədər çəkmək olar? İçimizdə olan bəzilərinin belə iqtida etdiyi İslam rejiminin dini lideri II Qarabağ müharibəsində MÜSƏLMAN, ŞİƏ Azərbaycanın qəti və sarsıdıcı qələbəsindən sonra bəyanat verdi:

ERMƏNİSTAN SƏRHƏDLƏRİNİN DƏYİŞMƏSİ BİZİM QIRMIZI XƏTTİMİZDİR. Yalnız acı və təəssüf doğuracaq hal deyil bu. Bu iç üzdür. Mahiyyətdir. İllərlə şüur altında gizlədilmiş təfəkkürdür, qənaətdir. Kindir. Nifrətdir. Ona iqtida edənlər üçün yol xəritəsidir.

Fərmandehlərinin Allaha (c.c), Peyğəmbərə (s.ə.s), Qurana, Hüseynə (ə) “sevgisidir”, “ehtiramıdır”. İmam Hüseyn (ə) deyirdi ki, “Әn pis adam axirətini dünyasına satan şəxsdir".

Axirət İran Konstitusiyasındakı 152-ci və 154-cü maddələrdir. Dünya isə “qırmızı xəttdir”.

Artıq bir neçə gündür ki, İran daxili münaqişə ocağının istisində alovlanır. Rejim polisi guya hicabını düzgün bağlamayan gənc bir qızı öldürdüyü üçün ölkənin müxtəlif bölgələrində lokal etiraz aksiyaları ilə stat götürən hadisələr, ciddi qarşıdurmalarla davam edir.

Etirazçıların ilk işi rejim liderlərinin fotolarına od vurmaq oldu. Bineyi-qədimdən xalqının rejim sahiblərinə yapılacaq ilk işi, qisası, etirazı da məhz bu cür olub. Çünki xalq həm də haqlı olaraq düşünür ki, mövcud rejimin ideloqları olmasaydı, illərdir üzləşdikləri məşəqqətlər də, olmazdı. Rejimlər sevilmir. Rejimlərdən qorxulur. Qorxu isə sevgi yaratmır. Məhz bu günki İranda olduğu kimi. Deməli şəkili yandırılanlar da, lider deyilmişlər. Sadəcə fikirlərə, zehniyyətlərə pərçim edilimiş parodistlərdir. İslam, Din, Peyğəmbər (s.ə.s), Allah (c.c) adına parodiya edənlər.

İmama Hüseyn (ə) deyirdi ki: “Müsəlmanların dini hökmlərini bəyan etmək ruhanilərin öhdəsinə qoyulmuşdur. Onlar Allahın halal və haramını söyləməkdə əmanətdardırlar”.
Əmanətə xəyanət edilib.

Bakir Həsənbəyli


Xəbər 279 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2022  09:48 

Oktyabrın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +