Mixail Saakaşviliyə sui-qəsd cəhdləri olub?
İrandan Bakıya: “İsraillə əlaqələrdə diqqətli olun“
Yasamalda çoxmərtəbəli yaşayış binası yanır
“Əmlaklarımı satdırıb 22 milyon ödətdirdilər“
Vətəndaşlar nazirdən nə istədi? - Qəbul
Lukaşenko Vladimir Putinlə görüşəcək və...
Rus qızlarının Türkiyəyə axınının səbəbi açıqlandı
“Mən Nostradamus deyiləm” - Vitali Kliçko
Türk kəşfiyyatı Gülten Maturu həbs etdi
Vüqar Əliyev AZƏRTAC-ın sədr təyin edilib


18.09.2022  10:55 

Ona “üzəduran” demək olarmı?





A+  A-

Bu yazı Əvəz Zeynallı-Rasim Məmmədov-Elçin Sadıqov ixtilafı, onların arasında baş verənlər, kimin haqlı, kimin haqsız olması barədə deyil.

Həmin cinayət işi ibtidai istintaqda nə qədər qeyri-obyektiv aparılsa belə, açıq məhkəmədə tərəflərin verdiyi ifadələrlə, vəkillərin suallarına verilən cavablarla həqiqət tam çılpaqlığı ilə üzə çıxacaq, hamı gerçəyi biləcək.

Bax, əsas məsələ də budur: hamı gerçəyi biləndən sonra yeni hamı o gerçəyi qəbul edəcək, onunla barışacaqmı?

Tendensiya görünür ki, elə olmayacaq. Artıq indidən tərəflərdən biri – vəkil Elçin Sadıqov bir həftədən sonra azadlığa çıxdığına görə “üzəduran” elan edilib.

Bir çoxları onun hətta öncədən ittiham tərəfi ilə sazişə gedərək jurnalistə torba tikdiyini, onu oyuna gətirdiyini və sonda həbsinə nail oldğunu iddia edir.

Bu versiya tənqidə dözümsüzdür. Çünki bu qalmaqalın yaranmasının, bir jurnalist və bir vəkilin həbsini şərtləndirəcək qədər böyüməsinin səbəbi ictimailəşdirilən səs yazısı olsa da, əsl səbəb o səs yazısının ortaya çıxmasına rəvac verən hərəkətdir. Həmin günlərdə Rasim Məmmədovun adı çəkilməsəydi və ailəsi olaya o cür emosional yanaşmasydı, bütün bu hadisələr də olmayacaqdı. Deməli, Elçin Sadıqov bunu əvvəlcədən planlaşdıra bilməzdi.

Hazırda Elçin Sadıqov deyir ki, istintaqda Əvəz Zeynallının əleyhinə ifadə verməyib, yalnız həqiqəti danışıb.

Bax, məsələnin ən qəliz, ən mübahisəli yeri də məhz burasıdır.

Bəs vəkilin söylədiyi həqiqətlər Əvəz Zeynallının əleyhinədirsə, onda necə olsun?

Hələlik vəkilin ifadəsi açıqlanmayıb, içində hansı təfərrüatlar olduğunu özü və müstəntiqlər bilir, amma güman etmək olar ki, vəkil, məşhur ifadə ilə desək, “istintaqla əməkdaşlıq edib”, təhqiqatçıların işini asanlaşdırıb.

Bu, onun “üzəduran” adlandırılmasına əsas verirmi?

Məsələyə “oğru qanunları” prizmasından yanaşanlar üçün, bəli, bu, üzə durmaqdır, yaxşı hərəkət deyil.

Ancaq E.Sadıqov “oğru qardaşlığı”nın üzvü deyil, “oğru qanunları” ona şamil oluna bilməz. O, hüququn alililiyinin təmin olunması uğrunda mübarizə aparan hüquqşünaslardan biridir və onlardan biri olmasa da, istintaqa həqiqəti deməliydi və bəyan edir ki, elə də edib.

Onun önündə iki yol vardı: ya bu işlə bağlı bildiyi həqiqətləri heç nəyi gizlətmədən deyəcək, ya da çoxlu yalanlar danışacaq, istintaqı azdırmağa çalışacaq və sonda onsuz da ifşa olunacaq, ağır cəza alacaq.

Ola bilər ki, həqiqətləri dediyini bildirən Sadıqovun əməllərində yenə nəsə bir qəbahət aşkar olunacaq və o, yenə də cəzalanacaq, amma orası dəqiqdir ki, bu cəza istintaqa yalan danışdığı təqdirdə alacağı cəzadan ağır olmayacaq.

Ancaq vəkilin bir həftədən sonra azadlığa (ev dustaqlığı olsa da) buraxılmasını alqışlayanlar, ona, yaxınlarına gözaydınlığı verənlərlə yanaşı, onu satqınlıqda, üzə durmaqda, sazişə getməkdə qınayanların da olması göstərir ki, bir xeyli adam sərfəli olmayan həqiqətlərin dilə gətirlməsini, yazılı ifadə şəklində ortaya çıxmasını istəmirlər.

Ən pisi də budur: həqiqətlərin ortaya çıxmasını istəməmək.

Belə bir situasiyaya düşən adamın həqiqətləri deyərək azadlığa çıxması kütləvi şəkildə qınanılırsa, bu, cəmiyyətin naqisliyi deməkdir.

Bu nəyə oxşayır? Hesab edin ki, bir ürəyiyumşaq sürücüdür, uzaq yol gedir, yolda bir çamadanlı yolçunu maşınına götürür. Bir az getdikdən sonra polislər maşını saxlayırlar, axtarış aparırlar və çamadandan silah və ya narkotik maddə çıxır. Avtomatik olaraq sürücü də, sərnişin də saxlanılır. Hər ikisindən ifadə alırlar. Sərnişin yalandan deyir, çamadan onun deyil. Sürücü isə doğrusunu deyir. İstintaq hərəkətləri aparılır. Çamadanda sərnişinin əl izləri aşkar olunur. Üzləşdirmədə sürücü həqiqəti danışır, “oğru qanunları” ilə desək, maşına götürdüyü adamın “üzünə durur”.

İndi sual olunur: bəs o nə etməliydi? Sona qədər yalan danışmalı, narkotik maddə daşıyan sərnişini ələ verməməli və heç bir günahı olmaya-olmaya onunla birlikdə və ya onun əvəzindən həbsdə yatmalıydı?

Bu epizod, əlbəttə, Əvəz Zeynallı-Elçin Sadıqov işinə heç cür uyğun deyil, çünki ortada elə bir ağır cinayət yoxmuş kimi görünür. Sadəcə, bu situasiyada da günahsız sürücünü “üzəduran” kimi qələmə verənlər çox ola bilər. Halbuki o üzə durmayıb, həqiqəti deyib, öz canını qurtarıb.

Başqa sözlə, “üzəduran” kəlməsini bol-bol, intensiv və qınayıcı tonda işlətmək doğru deyil. Söhbət “yalandan üzə duranlardan” gedə bilər, yalnız onları qınaq obyektinə çevirmək olar. Bir adam həqiqətləri deyəcəksə və azadlığa çıxacaqsa, bu, onun özünü müdafiə etməsi deməkdir.

Yerdə qalan təfərrüatlar, yuxarıda dediyimiz kimi, məhkəmədə ortaya çıxacaq və heç nə gizli qalmayacaq. O zaman məsələdə “gerçək üzəduranlıq” olub-olmadığını biləcəyik.

Xalid Kazımlı
Musavat.com

Xəbər 3968 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.11.2022  15:52 

Çin ABŞ-a etiraz etdi

28.11.2022  14:58 

DYP sürücülərə müraciət edib

28.11.2022  13:03 

Namazda hüzuri-qəlb nə deməkdir?

28.11.2022  12:16 

Mənəm günahkar...


BÜTÜN XƏBƏRLƏR +