İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


18.09.2022  10:51 

Son savaşda niyə tək ürək ola bilmədik?!





A+  A-

2020-ci il, 27 sentyabr… Hər kəsin yadındadır. Bütün Azərbaycan ayaqdaydı. Hər kəs qaranquşun dimdiyində gətirə biləcəyi fayda qədər olsa belə, vətəninə fayda verməyə çalışırdı. Soydaşlarımız tək ürək olmuşdu.

Mən 43 illik həyatımda ilk dəfə idi belə birlik görürdüm. Xalqımla, ölkəmlə, soydaşlarımla, qohumlarımla, özümlə fəxr edirdim. Əlimizdəki imkanları hər birimiz vətən üçün, Qarabağ üçün səfərbər etmişdik. Biz ac idik: Qələbəyə, vətənin bütövlüyünə, 30 il işğalda qalan torpaqlarımızın azadlığına, düşmənə qarşı olan kinimizə, qisasımıza ac idik.

Bu aclığı doydurmaq üçün münbit şərait vardı. Bunu etdik. Vətən Savaşı başlayanda, şəhid olanlardan çox yaralılarımız vardı. Bizim kəndimizin düz yanında Füzuli Mərkəzi Xəstəxanası tikilmişdi. Nə açılışı olmuşdu, nə də qırmızı lenti kəsilmişdi. Amma tikinti başa çatmışdı. Xəstəxana texniki avadanlıqlarla qismən təmin olunmuşdu. Amma çarpayı, yataq dəstləri yox idi. Elə bu anda savaş başlamışdı. Nə baş verdi?! Həm doğulduğum kəndin, həm ətraf kəndlərin əhalisi xəstəxananı çatışmayan bütün avdanlıqlarla təmin etdilər. Çiyninə çarpayı yükləyib gətirən kim, yataq dəsti gətirən kim, yastıq, balış, adyal, yorğan daşıyan bir-birinə qarışmışdı.

Həmin vaxt cəbhəyə gedən bütün yollar əhalimizlə dolu idi. Videolarını görmüsünüz. Hər kəs sərçənin dimdiyində yardım gətirirmiş kimi yardım etməyə çalışırdı. Bir daha deyirəm: Biz tək ürək olmüşduq – türkü də, ləzgisi də, yəhudisi də, talışı da, saxuru da, kürdü də…

Bu vətən bizim hamımızın idi. Elə bilirdik ki, vətənin taleyi özümüzün ata biləcəyimiz, fədakarlıq edə biləcəyimiz tək bir addımdan asılıdır. Buna o qədər inanırdıq ki…

Çünki ac idik. Hər şeyə: qürura, azadlığa, sevgiyə və sevilməyə, birliyə, bütövlüyə… Biz toplum olaraq həqiqətən də möhtəşəm görünürdük.

Bəs, bizə nə oldu?!

Ritorik sualdır. Amma düşüncəmə görə cavab çox sadədir?

Aradan cəmi iki il keçib. İki il sonra yenə də cəbhədə “çatışma” baş verdi. Bu saata olan xəbərə görə 79 şəhid vermişik. Cəmi bircə döyüşdə canavar kimi 79 gənc həyatını itirib. 282 yaralımız var.

Mən son savaşın ilk günündən ön cəbhədə olan canımdan bir parça iki adamla – Sadiq və Ömərlə əlaqə saxlayırdım. Çünki canı canımdan, qanı qanımdan olan adamlardır. Hər ikisi mənə eyni cavabı verirdi: “Əmi, narahat olma, hər şey əladır!”. Amma mən rahat deyiləm. Ona görə ki, əhval və ruhiyyə 2 il əvvəlki deyil. Bu nədirsə, hələ də bizim anlamadığımız bir məsələdir.

Bir daha soruşuram: Bizə nə oldu?! İki il əvvəl ən yaxınımızdan belə keçməyə hazır olduğumuz halda, biz indi nədən qorxuruq?!

Qlobal, regional və lokal məsələləri bir kənara qoyuram. Bunlar, onsuz da siyasət deyilən, insanların qanı üzərində edilən taktiki gedişlərdir. Həmişə olub. Mən indi primitiv məsələlərdən danışmaq istəyirəm: Çox primitiv…

Şuşa düz iki ildir düşməndən azad olunub. Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdam, Hadrut, Kəlbəcər həmçinin…

O torpaqları işğaldan azad edən oğulları bir dəfə o torpaqlarda gördünüzmü? Onların ailələrinin o ərazilərə gedişi təşkil olundumu? Kəndinin, rayonunun azad olunmasını bir tərəfə qoyuram, evinin xarabalıqlarını görmək istəyən minlərlə soydaşımızın dodağının həsrətdən necə çartladığını heçmi görən olmadı?! Onlar niyə küskün qalmalıdır ki?!

Azad olunan ərazilər ermənilərin işğalı altında olan zamanı başa düşdük. Bu, mümkün deyildi? Amma indi ki, mümkündür? Buna qadağa qoymaq axı insanların ruhunu dar ağacına çəkməkdən fərqli deyil. Hə, tutaq ki, təhlükəlidir! Amma axı o təhlükəli deyilən zonalarda hər gün cəmiyyətin ən çox qıcığına səbəb olan adamlar selfi paylaşırlar. Belə çıxır ki, mina onları tanıyır, ancaq ev sahibi, öz evlərini yuxularında görənlər, 30 il nəvələrinə danışanlar ata yurdlarına gedəndəmi partlayır?!

Vətən Müharibəsi bitəndən sonra aparılan daxili siyasət çoxlarını “sındırdı”. Mənəvi olaraq onların arzuları haqda həbs qətimkan tədbiri seçildi. O adamlar bitdi, tükəndi.

Ona görə də son sərhəd savaşında tək ürək ola bilmədik. Tənqid təbliğdən daha çox oldu. Başa düşürəm, dediyim, yazdıqlarım çox primitiv səslənir. Amma hər bir nəticə öz başlanğıcını primitivlikdən götürmürmü?!

Biz toplum olaraq vətənvərvərik. Bizə belə tərbiyə verilib. Elə edək ki, bu tərbiyə üçün təəssüf etməyək. Qananlar üçün…

Elnur Məmmədli

Xəbər 4474 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +