Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


07.09.2022  17:57 

“Siyasi partiyalar haqqında” yeni qanuna zərurət var” - Əli Hüseynli





A+  A-

Bu gün “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantı Milli Məclisin saytında yerləşdirilib. Yeni qanun layihəsinin geniş müzakirəsi məqsədi ilə Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub. İlk ictimai dinləmənin cari ilin sentyabrın 28-də keçirilməsi gözlənilir.

Milli Məclis sədrinin 1-ci müavini, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bu barədə fikirlərini bildirib.

- Əli müəllim, bu gün “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi artıq Milli Məclisin saytında yerləşdirilib. Bununla bağlı nə deyə bilərdiniz?

- Bilirsiniz ki, zaman-zaman parlamentdə həm iqtidar, həm də müxalifət partiyalarının nümayəndələri tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanunun zərurəti barədə fikirlər səsləndirilirdi. Milli Məclisin Sədri tərəfindən bu işin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr də verilib. Xatırlayırsınızsa, qanun layihəsinin hazırlanması prosesinə başlandığı barədə Milli Məclis cari ilin iyulun 26-da mediaya açıqlama da vermişdi. Bu aylar ərzində layihə üzərində iş getmiş, eyni zamanda 39 siyasi partiyanın təklifi Milli Məclisə təqdim edilmiş və öyrənilib Həmçinin Venesiya komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə qəbul etdiyi tövsiyələr və bir çox ölkələrin təcrübəsi nəzərdən keçirilib.

Onu da xüsusi vurğulamaq istəyirəm ki, qanun layihəsi Milli Məclisin saytında artıq yerləşdirilib və müzakirələr üçün açıqdır. Bu, imkan verəcək ki, geniş siyasi və hüquq ictimaiyyəti qabaqcadan öz rəy, təklif və fikirlərini bildirsinlər. Artıq sentyabrın sonunda ilk geniş ictimai dinləmənin keçirilməsi də planlaşdırılır ki, bu prosesdə siyasi partiyaların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyətlərinin fikirlərini bir daha öyrənmək mümkün olacaq. Təbii ki, bu cür şəffaf yanaşma qanun layihəsinin daha da təkmilləşməsinə mühüm töhfə olacaq.

- Əli müəllim, sizcə yeni qanun layihəsini zəruri edən amillər hansılardır?

- Azərbaycanın siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Siyasi sistemin formalaşmasında, fəaliyyətində müxtəlif amillər rol oynayıb və oynamaqdadır.

Məlum olduğu kimi, “Siyasi partiyalar haqqında” qanun 3 iyun 1992-ci ildə qəbul edilmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi isə müasir dövlət quruculuğunun və siyasi sistemin hüquqi bazasının əsasını qoymuşdur.

Ötən dövr ərzində müxtəlif vaxtlarda “Siyasi partiyalar haqqında” qanuna 70-dək əlavələr və dəyişikliklər edilib. Amma 2018-ci il növbədənkənar prezident seçkilərindən sonra cənab İlham Əliyev tərəfindən bəyan edilmiş yenidənqurma kontekstində siyasi və demokratik islahatlar, o cümlədən yeni siyasi konfiqurasiyanın formalaşması xüsusi yer tutmuşdur. VI çağırış Parlamentin ilk iclasında cənab Prezident həmçinin söyləmişdir: “... İndiki geniş miqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalar arası geniş dialoq aparılmadan həyata keçirilə bilməz... Siyasi sistemin təkmilləşdirilməsi içində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır.”

Ötən dövr ərzində, xüsusən də, 2020-ci il Vətən müharibəsi gedişində bu islahatların nəticəsi olaraq müasir, müstəqil dövlət quruculuğuna xas olan siyasi münasibətlər formalaşıb. Həmçinin, qlobal dünyada baş verən proseslər fonunda müasir dünya təcrübəsinə əsaslanan müstəqil dövlət quruculuğunun gələcəyi ilə bağlı təsəvvürlər ölkədə siyasi dialoqun, siyasi plüralizmin və ümumiyyətlə siyasi islahatların daha da dərinləşməsindən xəbər verir. Bütün bu faktorlar “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulunu zəruri edir./“Qafqazinfo”



Xəbər 2444 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +