Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


05.09.2022  09:55 

Yeddi “oğul”dan biri və qeyriləri





A+  A-

Uşaq vaxtı həmin filmə çox baxardıq, həm də böyük həvəslə. Elə indinin özündə də maraqla seyr edilir: “Yeddi oğul istəyirəm”i deyirəm. Kino tariximizdə öz yeri olan bu filmdə ibrət götürüləsi məqamlar da kifayət qədərdir. Filmdə çoxlu maraqlı epizodlar var ki, illər ötdükcə onun mahiyyəti daha qabarıq şəkildə özünü göstərir. Yeddi “oğul”dan biri – köntöy komsomol olan Mirpaşanın bir hərəkəti məni indi daha çox düşündürür. Məscidə it bağlamasını deyirəm. Onun “it bağlama” əməliyyatı, yəni tuluğ qarnını irəli verib, etdiyi hərəkətindən hədsiz zövq alması, elə bunun müqabilində də abırsız-abırsız hırıldaması, itin onların üstünə cumacağından ehtiyatlanan hicablı qadınların məscidin küncünə qısıla-qısıla oranı tərk etmələri, ətrafdakıların acizlikdən bu acı mənzərəni məlul-məlul izləmələri, sonradan axundun əlini göyə qaldırıb bu mənfur komsomolçunu lənətləməsi... olduqca ibrətamiz səhnələrdəndir.

Film sovet dövrünün məhsuludur və elə bir dövrdə çəkilib ki, məscidlərin qapısından bir neçə misqal ağırlığında qapqara qıfıllar asılardı. Burda ən maraqlı cəhət odur ki, məhz, həmin sovet dövrünün filmində həmin quruluşu qoruyan yeddi “oğul”dan biri – komsomol Mirpaşanın özü də az sonra it kimi gəbərdilir. Uşaq vaxtı hər dəfə filmə baxanda o biri “oğullar” kimi, Mirpaşanın ölümündən də xeyli mütəəssir olardım. İndi isə, bir başqa bucaq altında həmin filmi izləyirəm. Bu epizodun real həyatdan götürüldüyünü, yaxud, rejissor təxəyyülünün məhsulu olduğunu demək çətindir. Amma bu gün bu qənaətdəyəm ki, komsomol Mirpaşa haqqına olaraq qanına qəltan edilir...



İndi zaman bir ayrı zamandır: nə sovet quruluşu var, nə komsomolu. İndi məscidlərin də qapısı taybatay açıqdır və yeniləri də tikilməkdədir. İndi daha çox mollası, axundu, üləması, füqərası var məscidlərimizin. Gələnləri-gedənləri sanasan heç sayə gəlməz.

Məscidə hər cür insan gəlir: biri gəlir iman ilə, biri gəlir “hali-dəstgah” ilə. Biri gəlir lövbər salır bir özgə “ədəb-ərkan” ilə. Eləsi də gəlir, diqqətlə baxsan, görərsən ki, komsomol Mirpaşadan da betərdir – sadəcə, hər şeyin əvvəlki halının dəyişmə səbəbindən aşkar şəkildə naqolay hərəkət edə bilmir...

Təbii ki, zaman dəyişsə də bir çox amillər var ki, onların dəyişməsinə, sıradan çıxıb yox olmasına seyrçi qalmaq olmaz, xüsusən də milli-mənəvi-əxlaqi dəyərləri, tarixi keçmişə hörmət və ehtiramla yanaşmanı. Amma bir sıra hallarda bunun əksinə şahidlik edirik. Halbuki, milli-mənəvi dəyərlərə üstünlük verilmədə, əxlaqi meyarları önə çəkmədə əsas meyar insanın ilkin olaraq özü-özünə hörmətlə yanaşması sayılıb. Bəzən bunları bilərəkdən, bəzən də səhlənkarlıq edərək nəzərdən qaçırır, özümüzə, tarixi keçmişimizə qarşı ən azından etinasızlıq nümayiş etdiririk.

Bu kimi səbəblərdəndir ki, bu gün bir çox sahələrdə həqiqəti gümanlara, haqqı-nahaqqa qurban vermədəyik - cəmiyyət daxilində yüksək hörmət və ehtirama layiq insanlara, xüsusən də sayılıb-seçilən din, mənəviyyat adamlarına olmazın iftiralar yağdırır, onları nüfuzdan salmaq üçün ən iyrənc üsullardan istifadə etməkdən belə çəkinmirik. Bu işin sifarişçiləri, yaxud icra edənləri - “üzdə” olub üzü olmayanların məqsədi nə ola bilər? Əslində, məqsəd də, məram da aydın görünür, yəni “biz deyən olmalıdır”. Olmaz, ola bilməz və iki “düz”ün olması da mümkünsüz. Gerçək olan “düz” Qədir-Xumda şifrələnib, əgər niyyətinz safdırsa və qəlbiniz “möhürlənməyibsə”, gedin, tarixi gerçəklikləri axtarın, araşdırın, sonra da Qurani-kərimlə tutuşdurun, o zaman yəqinlik hasil olacaq. Əlbət ki, niyyətiniz bu deyil. Gördüklərinizdən artıq görmək istəyinizdəndir ki, hər rəngin adicə boya olduğunu fərq etmək istəmirsiniz. Görünür, iftira yaxdığınız insanların etdiklərinin bəlkə də mindən birini etmədiyiniz halda, özünüzü yalançı təəssübkeş kimi göstərməkdən “məxsusi zövq” alırsınız. Olsun, - əgər, bununla qəlbiniz “aram” olacaqsa, niyə də olmasın ki... Amma hərdənbir gerçək olan tərəfə də üz çevirməniz məsləhətdir ki, necə rəzil duruma düşdüyünüzün fərqinə vara biləsinz...



Bir neçə gün qabaq sosial şəbəkədə qarşıma bir yazı çıxdı. Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayon bölgəsi üzrə qazısı Seyyid Ağa Rəşid Talıbov haqqında hədyan bir yazı. Yazılanların mahiyyətinə varmaq fikrindən uzağam, buna heç gərək də yox. Məqsəd də, məram da aydın görünürdü...

Bütün elmlərin məcmusunun Qurani-kərimdə cəmləşdiyini, ilahi dərkin yalnız elmlə mümkünlüyünü vurğulayan bu gənc ilahiyyat alimi nə deyir ki? Peyğəmbərimizin (ə) buyurduğunu deyir. Deyir, Vətəni sevmək imandandır! Deyirsiniz ki, vətənə xainlik edir. Bircə dənə də sübut-dəlininiz varsa, qoyun ortalığa və qeyriləri də söylədiklərinizə əmin olsunlar. Ki, siz gerçəkdən də haqlısınız. Amma edə bilmirsiniz, çünki bu, mümkünsüz. Olmayanı necə “var” etmək olar? Sadəcə, sözə israf etməklə onu (sözü) dəyərdən salmağa zaman xərcləməyiniz təəssüf hissi yaradır.

Allah da şahiddir ki, mənim dəyərli qazı Ağa Rəşidlə bir elə də “isti-soyuq” münasibətim yoxdur, ara-sıra, yəni xeyirdə-şərdə rastlaşanda da mükaliməmiz “salam”la başlayıb , “əleyk”lə bitib. Bizim bir-birimizə bağlılığımız həmkəndli olmağımızdan o yana keçmir. Heç, fb-də “dostluğumuz” belə yoxdur. Onu sadəcə, gənc olmasına baxmayaraq, öz sahəsinin mükəmməl bilicisi, istənilən məclisdə, auditoriyada müasir düşüncə ilə klassik təfəkkür tərzi arasında sintez yaratmağı, mövzuya uyğun olaraq məntiq və məna bağlılığına riayət etməyi, səbəb-nəticə qanunauyğunluğunu isbatlamağı ustalıqla bacaran bir ilahiyyahat alimi kimi dəyərləndirirəm, vəssəlam. Onun bu qabiliyyəti birilərinə bəlkə də asan görünə və ya bunu sadəcə fitrət hesab edə bilər, gerçəkdə isə heç də belə deyil, olduqca çətin bir işdir, əziyyətə qatlaşmaqdır - çünki arxasında güclü mütaliə, yuxusuz gecələr, səbir, dözüm... dayanır, təbii ki, fitrət də, genetiklik amili də müəyyən qədər rol oynayır.

Onun Vətənə candan əziz can deyən zaman - 2016-cı ildə - aprel döyüşləri zamanı yazdığı şeirindən bir parçanı burda təqdim etmək yerinə düşər. (Şairliyindən belə xəbərsiz olmuşam). Buyurun:


Ana yurdum, Qarabağdan duyulur nalə səsi,
Dur, Azərbaycanımın əsgəri, sındır qəfəsi,
İgid əsgərlərimin cuşa gəlibdir həvəsi,
Eşidərsən ki, könül, azad olub torpağımız
Şuşada dalğalanır şanlı, gözəl bayrağımız...

...Libasım olsa kəfən, cəddimə mehmandı bu can,
Ana yurdum, can Azərbaycana qurbandı bu can.




Bu yerdə, mövzuya birbaşa bağlılığı olmasa da, dolayısı ilə həm də bağlılığı olan bir vaqeəni xatırlatmaq istərdim və yəqin ki, bir çoxunuza maraqlı olar. Hadisə vaqe olur Şamaxının Cümə məscidində. Adətdir ki, cümə namazından sonra dindarlar sıraya düzülərək, bir-birilə görüşüb ayrılarlar. Seyid Əzim şəyirdi Molla Ağa Bixudla cümə namazından çıxıb oradakılarla görüşmək istərkən, sıradan bir nəfər azacıq irəli gəlib bunlara tərəf tüpürür. Anidən baş verən bu gözlənilməz olaydan hər ikisi duruxub çaş-baş qalır. Seyyid Əzim baxır şəyirdinə, şəyirdi baxır ustadına, xülasə, nə edəcəklərini bilmirlər, bilmirlər ki, bu nadanlığa, cahilliyə ağlasınlar, yoxsa gülsünlər. Molla Ağa Bixud nəsə demək istərkən, Seyyid Əzim xəfifcə onun əbasını dartır, yəni ki, səs eləmə, sus, məqamı deyil. Bir-iki addım atdıqdan sonra Bixud dözmür və bədahətən bu məhşur beyti söyləyir:

Zahid bizi görcək tüpürür, ar eləməz,
Bilmir ki, tüpürcək bizə bir kar eləməz,
Biz bəhri-mühit eyləmişik kəndimizi
Bir qətrə nəcasət bizi murdar eləməz.



Vasif Hüseynov









Xəbər 2082 dəfə oxunub.




29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +