İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


03.09.2022  13:55 

Valideyn ehtirasları və kompleksləri





A+  A-

Bu loqoped-moqopedi də repetitor və psixoloq kimi son vaxtlar dəbə saldılar. Millət də uşaq bir az gec danışan, kəkələyən kimi aparıb verir bunlara ki, əti sənin, sümüyü mənim. Üstündə də bir ətək pul.

Həyatım boyu iki gec danışan uşaq görmüşəm. Biri rayondakı qonşunun oğlu idi, biri də buradakının. Rayondakılar o uşağı heç bir həkimə-zada aparmadılar. Əvvəla, buna imkanları yox idi, ikincisi də o təfəkkürün və "mədəniyyətin" sahibi deyildilər.
Uşaq 7-8 yaşına kimi danışmadı və günlərin birində başladı bülbül kimi ötməyə. Anası deyirmiş ki, o qədər danışır, baş-qulağımız gedir, kaş ki heç danışmayaydı...

Buradakı qonşu uşağı çox ora-bura sürüdü, kənddən şəhərə gəlib "mədəni" olub axı, kursa qoydu, nə bilim, müəllim tutdu və o müəllimin çığırtısından hər gün bizim baş-qulağımız getdi. Ancaq heç bir nəticə olmadı. Hazırda uşağın 8 yaşı olar, amma 2 yaşında uşaq kimi danışır. Hiss olunur ki, ağlı da uşaq ağlıdır. Düşünürəm ki, o da bir neçə ilə düzələr, inşallah.

Böyük oğlum da 2 yaşı olanda yıxıldığı üçün qəfil kəkələməyə başladı və qohum-əqrəba bizi də küyləyib göndərdi həkimə. O vaxt Yasamalda yaşadığımız üçün getdik yaxınlıqdakı ilk özəl tibb (əslində ticarət) ocaqlarından tərifli "Doktor Davud" klinikasına. Davud uşağa baxıb dedi ki, bu lap üyüdür ki... Yəni çox və tez-tez danışır. Sonra da dinməz-söyləməz resept yazdı və "gedə bilərsiniz" dedi. Bir də kök və çuğundur şirəsi içirməyi məsləhət gördü.

Şəhərin bütün apteklərini ələk-vələk eləsəm də, o dərmanları tapa bilmədim və qayıtdım Davudun yanına ki, doxdur, dərmanlar heç yerdə yoxdur. Dedi ki, bizim aptekdə var. İstədim deyəm ki, zalım oğlu, bunu əvvəlcədən deyəydin də, məni niyə dağa-daşa saldın. Bilərdik ki, ancaq özün satdığın dərmanları yazırsan. Yəni alverlə məşğulsan. Amma demədim.

Davudun aptekində dərmanları elə qiymətə dedilər, alası olmadım. Evdə xanım bir az ağlayıb-sıtqayandan sonra onu sakitləşdirmək üçün gedib hərəsəndən bir neçə həb aldım ki, sakitləşsin. Amma dəqiq bilirdim ki, o dərmanların uşağın kəkələməsinə heç bir aidiyyatı yoxdur. Bu problem ya özü zamanla həll olunacaq, ya da heç vaxt olunmayacaq və oğlumuz rəhmətlik Yusif Səmədoğlu kimi "kəkəz" olacaq.

Amma müəyyən dövrdən sonra uşağın nitqində heç bir problem qalmadı və normal danışdı.

Uşaqların həkimə, kursa, nə bilim, müəllim yanına aparılması çox zaman onlara faydadan çox ziyan vurur. Bu məsələ son dərəcə böyük diqqət, həssaslıq, hətta elmi yanaşma tələb edir. Valideynlər bu işləri çox zaman öz ehtiraslarını soyutmaq, öz komplekslərini aşmaq üçün edirlər. Yəni bir xanım öz müasirliyini uşağı götürüb tez-tez həkimə qaçmaqda görür. Halbuki bununla uşağın evini yıxır. Bir başqasının arzusu uşağın piano, yaxud skripka çalmasıdır. Amma uşaq buna yatqın deyil, yəni nə istedadı var, nə də həvəsi. Amma aparıb musiqi məktəbinə qoyur və məcbur edirlər ki, çal. Ona görə ki, bu adamlar mədəni görünmək istəyir deyə, qızları hökmən piano çalmalıdır.

Üçüncüsü futbol fanatıdır deyə, uşağını futbol məktəbinə, dördüncüsü güləşə qoyur.

Beşincisini məktəbdə hər gün döyüblər deyə, uşağını karateyə yazdırır ki, döyülməsin. Daha anlamır ki, döymək və döyülmək ürək işidir. Ürəyin quş ürəyidirsə, istəyirsən lap Brüs Linin özündən dərs al, xeyri yoxdur.

Məktəblər, müəllimlər də belələrinə yem kimi baxdıqlarından heç birini geri qaytarmır, uşağın istedadsız, konkret sahəyə yararsız olduğu tam üzə çıxana qədər soyurlar.

Ancaq vicdanlı olsalar, bunu uşağa baxan kimi deyər və valideynə ağıllı məsləhət verərlər ki, bu uşaqdan futbolçu olmaz, amma məsələn, yaxşı rəssam ola bilər. Bundan musiqiçi olmaz, amma məsələn, hesabdar olar və s.

Bəla burasındadır ki, bu cür valideynlər, xüsusilə də analar heç bir ağıllı məsləhət dinləmirlər. Qızım hökmən həkim olmalı və ağ xalat geyinməlidir, yoxsa bağrım çatlayar. Əvəzində də uşağın bağrını çatladır, ya da bədbəxt, cinayətkar edir...

Nadir Qocabəyli

Xəbər 936 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +