Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


02.09.2022  22:21 

Su tapmırsız əkin sahələrinə?





A+  A-

O zaman oxuyun, yararlanın, gorumuz aparmayacağıq, təki Azərbaycan qazansın!

Şirin su dünya ehtiyatlarının cəmi 2,5%-ni təşkil edir: su dünyanın ən qiymətli ehtiyatlarından birinə çevrilə bilər, hətta onun üstündə regional və qlobal müharibələr belə, baş verə bilər. Elə buna görə də hamını bir vacib sual çox düşündürür. Niyə şirin su qıtlığı var?

İçməli su qıtlığı iqlim dəyişikliyinin təsiri ilə, şirin su ekosistemlərinin çirklənməsi nəticəsində su ehtiyatlarının azalmasına səbəb olan insan fəaliyyəti, eləcə də urbanizasiyanın təsiri və torpaqdan istifadənin dəyişməsi ilə əlaqələndirilir.

Su həyat mənbəyidir. Xüsusilə kənd təsərrüfatının inkişafı, ölkənin öz əhalisini ən elementar ərzaq, meyvə-tərəvəzlə böyük ölçüdə təmin etməsi üçün suyun əhəmiyyəti barədə uzun-uzadı danışmağa gərək yoxdur. Su varsa, ondan səmərəli, israfsız istifadənin mexanizmləri işə salındığı halda, bərəkətini çox gözlətmir, verir. Su varmı?! Bax, qəribi burda ağlamaq tutur. Dövlətin ən ali kürsülərindən də qlobal istilər, qurarlıq barədə həyəcan təbili çalınır tez-tez, yeraltı-yerüstü su mənbələrinin azalması, susuzluq problemi ən kəskin formada qabardılır, sudan səmərəli və israfsız istifadə barədə xəbərdarlıqlar edilir.

Təbii, belə bir narahatedici şəraitdə su ehtiyatlarının məhdud olduğu indiki zamanda alternativ variantlar üzərində baş sındırmaq, yeni çözümlər ortaya qoymaq zərurəti yaranır. Mən demirəm, dövlətin aidiyyatı qurumları bu barədə düşünmürlər, işləmirlər, yaxud hər şey tamamilə başlı-başına buraxılıb. Xeyr, əlbəttə, dövlət rəhbərinə yaxşı məmur kimi görünmək üçün yəqin ki, müəyyən işlərə imza atırlar, kosmetik də olsa, əllərini ağdan qaraya vururlar, lakin məsələ burasındadır ki, bu işlərin heç biri fundamental əsaslı deyil və təsərrüfat təyinatlı, əkin üçün su problemini həll edə bilmir. Öncədən onu deyim ki, Azərbaycanda su təsərrüfatı, xüsusilə əkin sahələrinə suyun paylanması qaydaları, su kanallarının yenidən daha müasir formada qurulmasına ciddi ehtiyac var. Bundan da önəmlisi əkin sahələri üçün alternativ suyun yaradılması texnologiyalarının tətbiq olunmasıdır.

Əslində, bu sahədə də Amerikanı yenidən kəşf etməyə gərək yoxdur. Dünyada xeyli modellər, üsullar var ki, çırkli, kanalizasiya sularını təsərrüfata yararlı suya çevirə bilirsən. Unutmayaq ki, hətta kanalizasiya suyu olsa da belə, bu suların tərkibində kifayət qədər üzvi maddələr, yararlı bio-kimyəvi elementlər mövcuddur ki, bütün bunları müasir texnologiyaların verdiyi imkanlardan səmərəli istifadə etməklə, təmizləyib suyun həm itkiyə getməsinə mane olursan, həm də aqrar sektorun su ilə təminatını stabilləşdirə bilirsən.

Hamımız bilirik ki, Azərbaycanda kanalizasiya suları çirkli halda tullantılarla qarışıq şəkildə çay və dənizə tökülür, onları və atmosferi insan və canlı aləmin sağlamlığına zərər vuracaq həddə qədər çirkləndirir. Hətta Xəzər dənizinin bir çox yerlərində məhz belə bir çirkləndirmə nəticəsində antisanitariyanın yaratdığı üfunət qoxusundan dayanmaq olmur. Bir də ki, çirkli suların fiziki-kimyəvi tərkibi onların əsasən hansı istehsal sahəsində tətbiq olunmasından asılıdır. Məsələn, neft emalı zavodlarının çirkab suları müxtəlif üzvi maddələrlə (fenollar, amin turşuları, qətran və s.) zəngin olur. Kanalizasiya sularının tərkibində də müxtəlif üzvi maddələr - fosfor, kalium və digər mikroelementlər vardır. Dünya təcrübəsinə üz tutsaq görərik ki, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bir çox kanalizasiya sularından gübrə kimi də istifadə edilir. Çinin bu mənada bir neçə əsrlik təcrübəyə malik olduğunu qeyd edək. Almaniyanın Berlin şəhərində kanalizasiya sularından istifadəyə hələ XIX əsrdən başlanılmışdır. Soruşacaqsınız necə?

Çox sadə! Burada plan-proqramı doğru işlənmiş kanalizasiya şəbəkəsinə xüsusi meliorasiya qurğuları qoşulur və "maye gübrə" böyük təzyiq altında əkin sahələrinə verilir. Polşa alimi A.Lenkova qeyd edir ki, çirklənmiş sulardan yenidən istifadə olunduqda, 4 qat səmərə verir, böyük təmizləmə qurğularının tikintisinə xərc azalır, əkin sahələri əlavə su ilə təmin olunur, süni gübrəsiz (orqanik) məhsuldarlıq artır, o cümlədən ən önəmlisi, çayların və dənizlərin sanitar vəziyyəti daha da yaxşılaşır. Bunun üçün çirkli suların müxtəlif xəstəlik törədən bakteriyalardan təmizlənməsi tələb olunur. Bu isə o qədər də müşkül, çətinlik törədən əngəl deyil, çox geniş yayılmış, müasir texnoloji yeniliklərin tətbiq edilməsilə çözülə bilən problemdir.

Təsəvvür edin ki, ölkəmizin əsas ixtisaslaşdığı neft-qaz sahəsində yataqlarının istismarı prosesi zamanı yataqda neft və qazla yanaşı çoxlu miqdarda çıxarılan lay suları da tullantı şəklində çay və dənizlərə axıdılır. Halbuki, həmin sularda sənaye əhəmiyyətli yod, brom, xlor, natrium və s. müxtəlif yararlı elementlər var. Heç uzağa getməyək, elə bizim bu Neftçala şəhərində yerləşən yod-brom zavodunun istismar obyekti həmin yataqdakı neftli layların sularıdır da. Həmin suların 1 litrində yodun miqdarı 5-70 mq-a çatır.

Başqa bir misalda, məsələn, Zaparojye şəhərinin bir qrup mühəndisi şəhərin zavodlarının tullantılarından 66 növünü (bərk, qaz, maye halında) böyük bir qabda qarışdıraraq müəyyən müddət saxlamaqla, tullantıları tam zərərsizləşdirmiş, bərk, qaz və maye şəkilli müxtəlif xammal növləri almışdır.

Çoxdur belə kreativ, ağlabatan çözüm, həll yolları, yetər ki, ölkəni idarə edənlər bu dövlət və xalq üçün nə isə etməklə bağlı iradəyə malik olsunlar, yetər ki, bu xalqı və dövləti gerçək mənada sevsinlər, yetər ki, başları rüşvətdən, korrupsiyadan, ölkənin varidatını dağıtmaqdan açılsın, bu ziyankar və təhlükəli, sonu yaxşı qurtarmayacaq həvəsdən vaz keçib Respublikanı gerçək tərəqqi yoluna çıxarsınlar...

Mirzə Rəşad Bakuvi

Xəbər 2009 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +