Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


27.08.2022  10:25 

Özəlləşdirilmiş mənzillərin sayı niyə azalıb?





A+  A-

“Ölkədə mənzil fondunun ümumi sahəsi son 20 ildə 72% çox artıb. Dövlət Statistika Komitəsinin mənzil fondunun ümumi sahəsi ilə bağlı məlumatları təhlil edərkən, 2001- ci ilin əvvəlinə 116,4 milyon m2, 2006-cı ilin əvvəlinə 139,0 milyon m2, 2011-ci ilin əvvəlinə 159,6 milyon m2, 2016-cı ilin əvəlinə 171,3 milyon m2, 2021-ci ilin əvvəlinə 198,3 milyon m2 və 2022-ci ilin əvvlinə 200,7 milyon m2 olub”.

Bu barədə məlumatı XəzərNews.az-a İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun dissertantı, ekspert Famil Niftiyev verib.

F.Niftiyev bildirib ki, mənzil fondunun ümumi sahəsi 2001-ci ilin əvvəlinə nisbətən artım 2022 -ci ilin əvvəlində 72% olub.

Ekspertin fikrincə, orta hesabla əhalinin hər nəfərinə düşən mənzil sahəsi 2001-2022-ci illərin əvvəlinə 14,6 m2-dən 20,0 m2 qədər yüksəlib, ümumilikdə isə hər nəfərə düşən mənzil sahəsi 36% artıb:

“Ölkədə mənzil-kommunal təsərrüfatını qənaətbəxş hesab etmək olar. Mənzil fondunun su kəməri ilə təmin olunma məsələsində 2001-ci ilin əvvəlinə 60,7%, 2016-cı ilin əvvəlinə 72,4% və 2022-ci ilin əvvəlinə 85,1% olub. Kanalizasiya ilə təchiz olunma 2001-2022-ci illərin əvvəlinə 42,9%-dan 81,9%-a yüksəlib. Qazla təmin olunma 2001-ci ilin əvvəlinə nisbətən 14,4% artaraq 2022-ci ilin əvvəlinə 95,8%-ə çatıb. Mərkəzi istilik sistemi ilə təminat məsələsi digərlərinə nisbətən zəif inkişaf edir. Belə ki, 2001-ci ilin əvvəlinə 20,1% idisə, 2022-ci ilin əvvəlinə 22,8% olub”.



F.Niftiyev qeyd edib ki, özəlləşdirilmiş mənzillərin sayında azalma müşahidə edilməkdədir:

“2000-ci ildə 13,2 min ədəd, 2005-ci ildə 16,2 min ədəd, 2010-cu ildə 10,5 min ədəd, 2015-ci ildə 4,3 min ədəd və 2021-ci ildə 1,1 min ədəd olub. Beləliklə, ötən dövr ərzində mənzil fondunun ümumi sahəsində və mənzil-kommunal təsərrüfatda inkişaf yüksək olub. Lakin, mənzillərin özəlləşdirilməsi sahəsində nisbətən geriləmə müşahidə edilib”.


Xəbər 1565 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +