“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


26.08.2022  12:46 

Duginanın ölümü ətrafında informasiya çirkliliyi





A+  A-

Avrasiya hərəkatının lideri Aleksandr Duginin qızı Darya Duginanın ölümü ətrafında müzakirələr yeni dezinformasiyalar axını ilə davam edir. Belə dezinformasiyaların birində ölümdə Azərbaycan izi olması ehtimalı da dövriyyəyə buraxılıb. Həm Dugin, həm də dezonun mənbəyi olan şəxs Azərbaycan lobbistləri sayıldıqlarından dezo əsasında hazırlanmış yazılara diqqət çəkmək zərurəti yaranır.

Orjinal yazıda Rusiya Beynəlxalq Siyasi Analiz və Proqnozlaşdırma Mərkəzinin direktoru Denis Korkodinova istinadən iddia olunur ki, Aleksandr Duginin qızı Darya Duginanın ölümündə birinci şübhəli ölkə Ukrayna, ikinci mühüm şübhəli ölkə isə Azərbaycandır. Çünki guya Dugin II Qarabağ savaşı zamanı Azərbaycanla bağlı kəşfiyyat məlumatları əldə edərək Ermənistana ötürüb və erməni ordusu bu məlumatlardan döyüş meydanlarında istifadə edib. Yazının orijinalı “Ray-al Yaum”da dərc olunub. Yazının müəllifi suriyalı qadın jurnalistdir. Familiyasına əsasən xristian ortodoks olduğunu güman etmək olar. Azərbaycan tematikasını daimi izləyən müəllifdir, yazıları Fələstin, Suriya və Livanın Rusiya və İran meyilli KİV-lərində dərc olunur.

İşin maraqlı tərəflərindən biri də istinad edilən şəxslə bağlıdır. Məsələ bundadır ki, Denis Korkodinov Azərbaycan-Sumqayıt doğumludur, hazırda Rusiyanın Ulyanovsk şəhərində yaşayır. 2016-cı il aprel savaşlarından sonra FB-də Azərbaycan lehinə fəallığı ilə diqqət çəkirdi, iki aprıcı media holdinqimiz isə onunla əməkdaşlıq edir, ciddi lobbistimiz kimi təqdim edirdi. Ərəbcə orijinal mətn Korkodinovun FB səhifəsində də yerləşdirilib. Amma Korkodinov qətldə Azərbaycan izi haqda dediklərini mətnin rusca qısa xülasəyə daxil etməyib. Yəqin ki, səhifəsiniz Azərbaycanda izlənməsini nəzərə alıb.

Yazı Rusiyanın az izlənən internet resusrslarına da “Ray-al Yaum”–dan götürülərək yerləşdirilib. Bu zaman texniki tərcümədən istifadə edildiyindən xəbərin mənbəyi olan şəxsin familiyas Korkodinov kimi deyil, Kurkudinov kimi verilib. Üstəlik, Korkodinovun açıqlamasında ikinci şübhəli ölkə kimi Azərbaycandan bəhs edilirdisə, Rusiya nəşrlərinin “redaktəsində” Azərbaycan əsas şübhəli ölkə kimi qeyd olunub.

Tirajlanması üçün belə dolaşıq sistemdən istifadə edilməsi də göstərir ki, məlumat feykdir, həqiqətdən uzaq ehtimallar üzərində qurulub. Amma Rusiya yaratdığı mürəkkəb “feyk fabriki“ mexanizminin imkanlarını niyə belə mənasız dezo üçün səfərbər etsin?

II Qarabağ müharibəsi ərəfəsi və gedişində əleyhimizə effektiv istifadə olunmuş mexanizm yenəmi işə salınır?

Niyə Azərbaycana qarşı feyk xəbər yaymaq məqsədilə Azərbaycanın öz lobbistindən istifadə edilsin? Digər lobbistimiz isə erməni kəşfiyyatının adamı kimi bizə tanıdılsın?

Verilən mesaj nədir?

Xatırladaq ki, Duginanın ölümündən sonra azərbaycanlı ekspertlər qətldə erməni izinin ola bilməsi haqda fərziyyələr səsləndirmişdilər. İndi bu fərziyyələrın daha inkişaf etdirilməsinə və əsaslandırılmasına ehtiyac var . Bir-iki tutarğa yada salım: hələ 2016-cı ildən sonra erməni nəşrləri “Nemezis” əməliyyatını (“Erməni işi”nə təhlükəli sayılan şəxslərin aradan götürülməsinə verilən ad) bərpa etməyə çağırır, Azərbaycan lehinə təbliğat aparan tanınmış rusiyalı ictimai -siyasi fəallara(“İzbor” klubu üzvlərinin, avrasiyaçılarən, bəzi deputatların, jurnalist və ekspertlərin adları sadalnırdı) xəbərdarlıq edilirdi ki, Qafqaz canişini Qriqori Qolitsinə, İrəvan general qubernatoru Maqsud Alixanov-Avarskiyə, Azərbaycan Cümhuriyyəti qurucularına, Osmanlı dövlət xadimlərinə qarşı həyata keçirilmiş sui-qəsdlər indi onlara qarşı təkrarlana bilər. Hazırda o mətnin rus versiyası internetdən silinib, amma təbliğata məsul olan və digər müvafiq qurumların arxivində yəqin ki var. 2017-ci il seçkilərindən sonra isə deputat kimi ilk çıxışlarından birində Ermənistanın indiki baş naziri Nikol Paşinyan “Nemezis”in bərpa zərurətindən danışırdı.

Mövzudan kənar olsa da, bir fakt da diqqətimi çəkdi. “Kərimə dövləti” cəfəngiyatının adepti olan və təəssüf ki, İranın dinə və diaspora məsul qurumlarının təsirində olan bir xeyli Moskva azərbaycanlısı Duginin mühazirələrinin daimi izləyiciləridir.

Cəmaləddin Quliyev

Xəbər 1168 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +