Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


24.08.2022  17:25 

Bu maaş artımı sosial ədavət yaradacaq! - Ekspert





A+  A-

Bir qrup məktəb rəhbərlərinin və müəllimlərinin maaşlarına əlavələrin mövcud mexanizmi sosial ədavət yaradacaq!

Ümumilikdə ölkə üzrə məktəblərin 20 faizinə qədər rəhbərlərinin maaşlarına mövcud əlavələrin verilməsi şamil ediləcək. Yəni ölkədəki 4500-ə yaxın məktəbin 850-dən bir qədər artığına bu əlavə məbləğlərin verilməsi mümkün oldu. Əmək haqqına əlavələr verilən bu məktəblər şagird sayı çox olan, əsasən şəhər və qəsəbələrdəki dövlət nəzarətinin onsuz da güclü olduğu yerlərdə yerləşir. Bu o deməkdir ki, şəhərətrafı və regionlarda yerləşən, ictimai nəzarətin belə zəif olduğu məktəblərin rəhbərlərinə bu əmək haqqına əlavələr şamil edilmədi. Məktəb rəhbərlərinin əmək haqlarına əlavələrin minimum məbləği belə onların vəzifə maaşlarına təqribən bərabər, maksimum həddi isə bundan dəfələrlə çoxdur. Hər hansı əmək haqqına ondan 2,5 dəfəyə qədər, yəni minimum əmək haqqından 5 dəfəyə qədər çox məbləğin əlavə edilməsi anlayışının iqtisadi əsasının isə mümkün olmaması tam aydındır. Belə çıxır ki, bu məbləğlərə əmək haqları əlavə hesab olunmalıdır.Təhsil sistemində 5 faizə qədər müəllimin əmək haqqının 150 manat olduğu bir şəraitdə hər hansı direktorun ondan 5 dəfəyə qədər artıq maaşına 1500 manatlıq əlavənin də edilməsini ancaq hərbi demokratiya dövründə haqq qazandırmaq olar.

Beləliklə sertifikatlaşmadan sonra belə 5000 müəllimin ən yaxşı halda 200 manat maaş alacağı halda hansısa bir direktorun 2000 manat civarında maaş alması təhsil müəssisələrində sosial ədavət yaradacaq. Ölkə məktəblərində çalışan müəllimlərin 60 faizə qədəri 18 saatdan az dərs yükünə malikdirlər və bu o deməkdir ki, onlar 1 stavka həcmində belə maaş almaq imkanından məhrumdurlar. Hazırda ortalama 500 manat civarında maaş alan ölkə müəlliminin əmək haqları sertifikatlaşmadan sonra, yəni növbəti 5 il ərzində nəticələrinə uyğun 600 manat və cüzi hissəsinin maaşı isə 700 manat olacaq. Belə bir şəraitdə məktəb rəhbərlərinin cüzi bir hissəsinin maaşlarına şamil edilən bu əlavələr təkcə müəllimləri və digər məktəb rəhbərlərini deyil, məktəbdə çalışan digər yardımçı pedaqoji heyəti də qıcıqlandıracaq. Ümumiyyətlə işçilər arasında 10 dəfəyə qədər maaş fərqi nəinki eyni təhsil müəssisəsində, hətta başqa müəssiələrdəki bundan aşağı maaş alan digər məktəb rəhbərlərini də demotivasiya edəcək.

Hesab edirəm ki, məktəb rəhbərlərinin əmək haqlarına əlavələr “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda göstərilən ödəniş dərəcələrinə uyğun olarq, yəni şagirdlərin sayı 100 nəfərədək olduqda, 100-dən 300-dək olduqda, 300-dən 800-dək olduqda və 800 və daha çox olduğu ardıcıllıqla, minimum əmək haqlarını və ya ən pis halda vəzifə maaşlarının məbləğlərini keçmədən hamıya verilməli idi.

Kamran Əsədov
Təhsil məsələləri üzrə ekspert


Xəbər 991 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +