İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


24.08.2022  17:02 

Ermənilər “reallıqlarla barışmaq məcburiyyətindəyik“ deyirlər!





A+  A-

115.6K izləyicisi olan erməni telegram-kanalının bu yazısı çox maraqlı, etiraflarla, incə detallarla zəngin olduğu üçün tərcümə elədim, dedim Siz də oxuyasınız.

Beləliklə, erməni "Bagramyan26" telegram-kanalı yazır ki, "...Pərdəarxası proseslər barədə yazımız çoxlu suallar, narahatlıqlar (təhlükələr) və yanlış təsəvvürlər doğurub (Erməni ictimai fikrində).

Elə buna görə də, “dəhliz məntiqi”, “Ermənistanın hesabına sövdələşmə”, “sövdələşmənin tərəfləri” və “çıxışyolu olmayan vəziyyət” deməklə nəyi nəzərdə tutduğumuzu daha ətraflı izah etmək qərarına gəldik.

Əvvəla, xatırladaq ki, 9 noyabr (bizdə 10 noyabr) Bəyannaməsində Laçından başqa heç bir dəhlizdən bəhs edilmir. Ermənistan və Azərbaycan kommunikasiya xətlərini açmağa, Ermənistan isə Azərbaycanla Naxçıvan arasında fasiləsiz əlaqəni təmin etməyə borcludur. Tərəflər artıq Sovet sxemi üzrə dəmir yolu əlaqəsinin bərpası barədə razılığa gəliblər. Magistral yollar məsələsində mübahisələr var. Ermənistan Azərbaycanla Naxçıvan arasında əlaqə yaratmağa hazırdır və artıq xəbər verdiyimiz kimi, hətta müxtəlif marşrutlar da təklif edib.

Azərbaycan iki səbəbə görə Ermənistanın təklifləri ilə razılaşmır: birincisi, Laçın dəhlizini başqa bir xətlə eyniləşdirməyə çalışır və Ermənistana daxil olarkən, həmçinin Naxçıvandan keçərkən gömrük və sərhəd yoxlamalarının olmamasını tələb edir, ikincisi, onlar ən uyğun marşrutun olmasını tələb edir. Hər iki tələb əsas etibarilə 9 noyabr (10 noyabr) üçtərəfli Bəyannaməsinə ziddir və Azərbaycana “ən əlverişli” marşrutun verilməsi, hətta texniki baxımdan da qeyri-mümkün məsələdir.

Ermənistan iki ilə yaxındır ki, Azərbaycanın üçtərəfli Bəyannamənin bəndlərinə aid olmayan maksimalist tələblərinə müqavimət göstərir, əvəzində Rusiyanın müxtəlif səviyyələrdə, o cümlədən danışıqlar zamanı indiyədək mümkün olan rasional və qarşılıqlı faydalı həll yollarını təklif etməklə, 9 noyabr (10 noyabr) tarixli Bəyannamənin Ermənistanın mövqeyi ilə üst-üstə düşən və Azərbaycanın maksimalist tələblərinə zidd olan müddəalarına riayət etməkdə israrlı olub.

Yuxarıda deyilənləri nəzərə alaraq, iddia etmək olar ki, Rusiya məlum Bəyannamənin müddəalarına əməl etməkdə israrlı olmağı dayandırarsa, o zaman qəbul etməliyik ki, Ermənistanın Türkiyə və Azərbaycana qarşı təkbaşına dayanmağa imkan verəcək resursları yoxdur. Bəyannamənin bəndlərinin kobud şəkildə pozulmasına baxmayaraq, Rusiyanın qəbir sükutuna Qaraqlux, "Artsax"dakı qaz kəməri, Laçın dəhlizindəki olaylar və s.-də şahidi olduq!

Zaman və qlobal vəziyyət dəyişir. Əgər Ukrayna böhranına qədər Rusiyanın Türkiyə və Azərbaycandan ciddi asılılığı yox idisə, indi bu asılılıq xeyli artıb ki, bunu Rusiya özü də inkar etmir. Asılılıq isə hər bir halda bədəl ödəməyi nəzərdə tutur. Heç bir şəxsi bəyənmə və ya antipatiyadan söhbət belə getmir, sadəcə olaraq, istər-istəməz ya maddi, ya da strateji güzəştlərlə bədəl ödəmək lazım gəlir.

Üstəlik, Rusiya təkcə Türkiyə və Azərbaycandan asılı olduğuna görə kommunikasiyaların açılmasında maraqlıdır demək də doğru olmaz. İndi Rusiyanın qərb sərhədi tamamilə bağlıdır, belə olduqda Türkiyə marşrutu əsas təchizat kanalı olaraq qalır. Moskva Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasında da çox maraqlıdır ki, bu da öz növbəsində Rusiya ilə Fars körfəzi arasında fasiləsiz dəmir yolu əlaqəsini təmin edəcək. Rusiya üçün, bu, strateji əhəmiyyət kəsb edən məsələdir.

Yəni, bir tərəfdən Rusiyanın Türkiyə-Azərbaycan tandeminin qeyri-qanuni tələblərinə qarşı durmağa real resursları yoxdur, digər tərəfdən isə, dəmir yolunun tikintisi və istismarında maraqlıdır. Belə bir şəraitdə çox güman ki, nə vaxtsa Moskva üçün Üçtərəfli Bəyannamənin müddəalarının əhəmiyyəti aradan qalxacaq, çünki ortalıqda onun Bəyannamədən irəli gələn reputasiyası və qarant statusundan daha ciddi məsələlər və risklər mövcuddur. Belə olduğu halda, "Ermənistanın suveren ərazisi", "gömrük və sərhəd nəzarəti" kimi, Moskvanın nöqteyi-nəzərindən “xırda” görünən məsələləri arxa plana keçirmək olar.

Görünən odur ki, bu şəraitdə Ermənistan Türkiyə-Azərbaycan maksimalizmi və Rusiya demarşı qarşısında tək qalacaq. Eyni zamanda, biz indi elə bir vəziyyəti nəzərdən keçiririk ki, Moskva dəhlizi təmin etmək üçün İrəvana birbaşa təzyiq göstərməsə də, sadəcə olaraq, susacaq. Təsvir edilən ssenaridə Ermənistan Türkiyə və Azərbaycanla qarşı-qarşıya TƏK qalmaqla (bu, sonda yeni itkilər bahasına tələblərin yerinə yetirilməsi ilə nəticələnəcək), əlavə itkilər olmadan yaradılmış konfiqurasiyaya uyğunlaşmaq arasında seçim etməli olacaq.

Başqa real, ağlabatan, rasional ssenari yoxdur!

Xüsusi olaraq vurğulayırıq ki, bu təhlil günahı Rusiyanın üzərinə atmaq cəhdi deyil, mövcud reallıqlara ayıq başla qiymət verməkdir.

Kommunikasiyalar üzərində məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar Rusiyanın mümkün demarşının nəticəsi olaraq Ermənistan növbəti güzəştlərə getməli olacaq. Düşdüyü vəziyyətə uyğun olaraq Ermənistan hakimiyyəti bu faktı bütün səviyyələrdə səsləndirməyə borcludur. Müttəfiqlər üçün bəzi narahatçılığa səbəb olsa belə, öz maraqlarını qorumaq təbii və məntiqli bir davranışdır, heç kim qurban olmağı arzulamır.

Və bu siyasi xətdə rusların əleyhinəlik axtarmaq lazım deyil. Əgər Ermənistan öz maraqlarını qorumağa çalışırsa və ya müttəfiqinin hərəkətlərinin mümkün nəticələri barədə fikir bildirirsə, bu, heç də Ermənistanın “Rusiyadan uzaqlaşmağa” çalışdığı anlamına gəlmir. Hər kəs onu da anlamalıdır ki, ola bilsin ki, Ermənistanın maraqları Moskvanın gözündə kiçik sikkələrdir, lakin erməni xalqı üçün bu maraqlar həyati əhəmiyyət kəsb edir".

P.S. Güman edirəm, istər erməni əhalisinin, istərsə də oradakı ciddi dairələrin ən çox izlədiyi telegram-kanalın bu məzmunda müəllif yazısı təsadüfi deyil və baş verənlərlə bağlı Ermənistanda ictimai rəyin necə olması barədə ilkin fikir formalaşdırır. Hər nə qədər də həyasız bir qövm olsalar da, mövcud reallıqları doğru təhlil edib nəticə çıxaran fikir adamlarının olması sevindirməyə bilməz. Nəticə etibarilə hər şey Azərbaycan dövlətinin qardaş Türkiyə ilə birlikdə regionda yaratdığı yeni reallıqlar fonunda cərəyan edir.

Mirzə Rəşad Bakuvi
AY Partiya Başqanının müavini


Xəbər 987 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +