Zorla ərə verilən məktəbli qız danışdı: - VİDEO
Xəyallarda yaşayan ŞƏHİD – Mirxəyal Kazımzadə
Səs yazısı yayılan direktora şiddətli töhmət
“Tərtər işi“ ilə bağlı istintaq hərəkətləri davam etdirilir“
Narkotiklə məşğul olan 222 nəfər saxlanılıb
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb
Oktyabrın havası necə olacaq?
Orduya növbəti çağırış başladı
Baş nazirdən Media Reyestri ilə bağlı QƏRAR
Putin Kiyevə və Qərbə müraciət edib


14.08.2022  11:05 

Belə cəsarətlisinizsə... - BAHAÇILIĞA etiraz edək





A+  A-

Məncə, cəsarətimiz varsa, od-tutub yanan bazarlara etiraz edək e, avara-avara hadisələrə mövzulara yox!

Ölkənin rəhbəri olur ki, ara-sıra turizmin inkişafına təkan vermək niyyətilə müxtəlif otellərin açılışlarını edir, qırmızı lentlərini kəsir, ancaq cəmiyyət oteldə qalmağı urvatdan salmaqla məşğuldur. Ən son belə bir açılışı İsmayıllının Basqal qəsəbəsində etdi, "Basqal Resort & Spa" mərkəzinə xeyir-dua verdi. Orada, əlbəttə qadınlı-kişili azərbaycanlılar da qalacaq, gecələyəcək, əylənəcək, istirahət edəcək.

Oteldə qalmaq ayıb iş deyil, gəlin, mövzuya belə kobud və yersiz yanaşmayaq. Otel də bir mənzildir, sadəcə pullu-xidmətli mənzildir.

Adamlar tanıyıram, çox imkanlı uşaqlardır, aylarla oteldə yaşayırlar, çamaşırxanası əlinin altında, hazır ütülü əyinbaşları, yeməyi-içməyi hazır xüsusi xidmətlə önünə gəlir, iş görüşlərini orada edirlər, hamamı, saunası, hovuzu, idman zalı və massaj xidmətləri, puluna minnət.

Gördüm camaat yazır ki, stres atmaq üçün qalmağa qohum-əqrəba evi daha uyğun imiş! Adam bilmir gülsün, ya ağlasın. Bəlkə adam rahatlıq istəyir?! Qalmağa əlavə mənzilin olub-olmaması, ya qohum-əqrəba evinin olub-olmamasının nə dəxli var axı?!

Dünyanın hər səmtində normal yanaşılan məsələlərin Azərbaycanda qeyri-normal yanaşılmasının anormallığını yaşayırıq təəssüf ki! Hər bir insan, fərqi yoxdur, ailəli ya ailəsiz bir kənara çəkilib, hər şeydən və hər kəsdən uzaqda dinlənə, istirahət edə, qafa dağıda bilər. Şəxsi işidir, hesab-dəftəri də özünə, şəxsinə aiddir. Şəxsi həyatla ictimai həyatı ayırmağı bacarmalıyıq və bu dərəcədə müdaxilə yolverilməzdir.

Dünyanın hər yerinə səyahət edərkən harada qalırsınız, otellərdə qalmırsınız?! Yoxsa küçədə "skameyka"da gecələyirsiniz?! İstər xaricdə, istər ölkə daxilində, fərq etməz, bu bir seçimdir. Pulu olan adamlar var ki, Azərbaycanda da otellərdə istirahət edir, dinlənir, oradakı şəraitdən, gətir-götürdən, komfortdan hava atır. Normaldır..

Hünəriniz varsa, belə cəsarətlənibsinizsə, gəlin, cibimizi boşaldan, soyuducularımızı meyvə-tərəvəzsiz qoyan od tutub yanan bazarlara, marketlərə, alış-veriş nöqtələrindəki BAHAÇILIĞA etiraz edək, real ictimai təzyiq yaradaq.

Yoxsa kiminsə gecəsini harada, necə keçirməsinin sizə, bizə nə aidiyyatı var axı?! Fərqi yoxdur, kim olur olsun, hansı statusu daşıyır-daşısın, insanların şəxsi həyatı da var, bunu qəbul etməliyik...

Mirzə Rəşad Bakuvi

Xəbər 721 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2022  09:48 

Oktyabrın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +