Zorla ərə verilən məktəbli qız danışdı: - VİDEO
Xəyallarda yaşayan ŞƏHİD – Mirxəyal Kazımzadə
Səs yazısı yayılan direktora şiddətli töhmət
“Tərtər işi“ ilə bağlı istintaq hərəkətləri davam etdirilir“
Narkotiklə məşğul olan 222 nəfər saxlanılıb
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb
Oktyabrın havası necə olacaq?
Orduya növbəti çağırış başladı
Baş nazirdən Media Reyestri ilə bağlı QƏRAR
Putin Kiyevə və Qərbə müraciət edib


13.08.2022  11:17 

Vergi borcu var, amma 6 milyonluq tenderi udub





A+  A-

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi "Albatros Heltkeyr" MMC olub.

Mərkəz müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər proqramları üçün nəzərdə tutulmuş dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması xidmətinə görə MMC-yə 6 milyon 134 min 126 manat 68 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 10 min ABŞ dolları nizamnamə kapitalı olan "Albatros Heltkeyr" MMC-nin qanuni təmsilçisi Ağalarov Anar Fazil oğludur. Şirkət 8 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, 12 avqust tarixinə olan məlumata görə, "Albatros Heltkeyr" MMC-nin dövlət büdcəsinə 28 min 486 manat 97 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır./Yeniavaz.com

Xəbər 720 dəfə oxunub.




01.10.2022  09:48 

Oktyabrın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +