Zorla ərə verilən məktəbli qız danışdı: - VİDEO
Xəyallarda yaşayan ŞƏHİD – Mirxəyal Kazımzadə
Səs yazısı yayılan direktora şiddətli töhmət
“Tərtər işi“ ilə bağlı istintaq hərəkətləri davam etdirilir“
Narkotiklə məşğul olan 222 nəfər saxlanılıb
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb
Oktyabrın havası necə olacaq?
Orduya növbəti çağırış başladı
Baş nazirdən Media Reyestri ilə bağlı QƏRAR
Putin Kiyevə və Qərbə müraciət edib


11.08.2022  22:10 

Elşən Xəzər “İran agenti”di? - İttihamlara CAVAB





A+  A-

Sosial şəbəkələrdə tənqid olunan paylaşımlar sırasıda bir zamanlar meyxanaları ilə yadda qalan Elşən Xəzərin mərsiyə dediyi görüntüləri də var.

Geniş izləyici kütləsi tərəfindən mənfi qarşılanan sözügedən vidolara gələn tənqid, hətta təhqirlərin sayı çoxdur. Hətta şərhlərdə onun İran agenti olduğuna da diqqət çəkənlər var. Meyxanaçının videolarına deputat Fazil Mustafadan da sosial şəbəkə üzərindən sərt təpki gəlib.

Meyxanaçının onu tənqid edənlərə cavabı belə olub:

“Boş adamlardır da, bilmədən boş – boş danışırlar. Deyiləsi sözüm yoxdur. Sosial şəbəkələrə marağım yoxdur. Camaatdır da, hərə bir söz deyər. Gərək bir şeyi biləsən. Baxıram ki, bilməyərək danışırlar”.

10 ildən çoxdur ki, meyxana demədiyini bildirən Elşən Xəzər hazırda şer- qəzəl yazmaqla məşğul olduğunu deyib: “Şeirlərimin hamısı Allaha bağlanır. Cavanlığımdan qəzəl yazıram”.

Meyxanaçı həmçinin meyxananın “qalıcı sənət” olmadığını deyib, şeir, qəzəlin isə daha uzunömürlü olduğunu, gələcəyə qaldığını vurğulayıb. Bununla da meyxana deməməyinə belə aydınlıq gətirmiş olub. Elşən Xəzər dini tədbirlərə dəvət olunan zaman şeirlərini ifa etdiyini, mərsiyəni isə az dediyini açıqlayıb:

“Mən dini məclislərdə şeir- qəzəl deyirəm, mərsiyəni demək olar ki, az deyərəm. Xoşum gələr ki, getdiyim məclislərdə şeir oxuyam. Allah, peyğəmbərlər, imamlar barəsində şeirlərim var”./cebhe.info

Xəbər 887 dəfə oxunub.




01.10.2022  09:48 

Oktyabrın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +