Zorla ərə verilən məktəbli qız danışdı: - VİDEO
Xəyallarda yaşayan ŞƏHİD – Mirxəyal Kazımzadə
Səs yazısı yayılan direktora şiddətli töhmət
“Tərtər işi“ ilə bağlı istintaq hərəkətləri davam etdirilir“
Narkotiklə məşğul olan 222 nəfər saxlanılıb
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb
Oktyabrın havası necə olacaq?
Orduya növbəti çağırış başladı
Baş nazirdən Media Reyestri ilə bağlı QƏRAR
Putin Kiyevə və Qərbə müraciət edib


08.08.2022  20:44 

Ya Hüseyn!





A+  A-

Londonda bir qrup başıpozuğun Azərbaycan səfirliyinə basqın zamanı bayrağımıza qarşı etdikləri sayğısızlığa ən yaxşı cavabı azərbaycanlı şiələr verdi:məhərrəmlik ayinlərini bayrağımızla icra edildi. Göstərildi ki, bu bayraq bizə dinin ən ali ehkamı, müqəddəsatı qədər qüdsidir, qırmızı cizgimizdir.

Verilən mesaj alındı, 2016-cı il aprel döyüşlərindən sonraya təsadüf etmiş Ərbəin yürüşlərində şəhidlərimizin fotolarının və bayrağımızın azərbaycanlı dindarlar tərəfindən qaldırılmasına sancılı reaksiya verən, dini öz monopoliyası sayan xarici dairələr və sözçüləri (mediası) dərhal xoş jestlər etməyə başladı. Bu ilin iyun ayında Azərbaycan dövlət rəsmilərinin səfərini etiraz yürüşü ilə qarşılyan, Sarvan (Marnueli)nin Qum təsirindəki məscidində belə dünənki Tasua mərasimi bayrağımıza sayğı nümayişi ilə başladı. Halbuki 2016-cı ildən sonra cənub meridianlarından yönləndirilən bəzi səhifələr Azərbaycan bayrağının rəmzlərinə öz “əxlaqları” çərçivəsində yozum verir, “ingilis şiəliyi”nin rəmzi adlandırırdılar.

Məşədi Dadaş məscidində edilmiş təşəbbüs ilk deyildi, əlbəttə. Əvvəlki oxşar təşəbbüsləridən biri haqda yazının girişində də məlumat verdim. Amma məhz bu dəfə hədəfə dəydi; yerindəydi, mənəvi birliyimizin nümayiş etdirə bildik.

Baş verən faktın miqyası 20-ci əsrin əvvəllərində məscidlərimizdə qılınmış vəhdət namazları qədər mühümdür. Verilən mesajın məzmununa sahib çıxa bilsək, Azərbaycandakı dini mühiti bambaşqa bir miqyasa daşıya biləcək qədər taleyüklüdür.

20-ci əsrin əvvəllərində indi erməni-müsəlman və ya erməni –azərbaycanlı davaları kimi xatırladığımız toqquşmalar başlarkən hiyləgər düşmən bir məkrə əl atmış, sünni əhaliyə qarşı çıxış etmədiyi, yalnız əcəmlərə-qızılbaşlara (şiə əhali özünü belə identifaksiya edirdi) qarşı mübarizə apardıqları haqda şayiələr yayır, vahid mədəni ünsiyyət dili ətrafında konsildasiya olunaraq yeni siyasi etnos kimi meydana çıxmaqda olan Qafqaz müsəlmanları arasında beləcə rəxnə yaratmağa çalışırdılar.

Zərdabi də daxil olmaqla zamanın böyük ziyalıları bu fitnənin qarşısını aldılar, Qafqazın iri şəhərlərində vəhdət namazları qılındı, “düşmənimiz birdir” mesajı verildi.

Bu gün təəssüf ki, dünənki Qafqaz müsəlmanları-azərbaycanlıların dini vəhdətini pozmaq üçün daha böyük fitnlər törədilib. Həm də qardaş, doğma bildiyimiz ölkələrin-İranın, Türkiyənin, Səudiyyənin din dəllalları tərəfindən. Hər dəllalın arxasında ya Əhəməni, ya Əməvi, ya da Osmanlı xilafəti təşnəlililərin böyümə xülyaları quran mükəmməl sistemləri dururdu.

Amma Ukrayna hadisələri bir həqiqəti ortaya çıxırdı - dini çoxluq təmsilçilərinin beyinlərinə nüfuz edə biləcək istənilən xarici qüvvə günün birində təhlükəyə çevrilə bilər.

Təəssüf ki, bu günün ən böyük dini təfriqəsi ənənəvi Azərbaycan İslamı ilə 90-larda idxal etdiyimiz nurçu və sələfi ideolgiyaları adeptləri arasında bölünmə deyil. Hərçənd bu da var və yetərincə ağrıldır. 2000-ci illərin əvvəllərindən, xüsusən 2015-ci ilin hadisələrindən sonra ən böyük təfriqə dini çoxluq –cəfəri icması daxilindəki təfriqədir. Bilənlər bilir – İran dini sistemini qəbul edənlər, Ocaqnejaddan “Xameneyinin ətrini” alanlar özlərinə “vilayətçilər”, bu sistemi qəbul etməyib, ənənəvi cəfəri inancında qalanlara ziddoş (zedde-vilayete-fəqih) deyirlər. Birincilər bir xeyli səbəb üzündən, ən əsası, Azərbaycan cəmiyyətinin bütün strukturlarının səhlənkarlığı səbəbindən şiə icmasının əsas elitasına çevrilə biliblər. İkincilər - çoxluq isə ələ salınır, “ingilis şiəsi”, “sionist şiəsi” deyə təhqir olunurlar. 2018-2019-cu illərdə İranın bir neçə aparıcı nəşrində ziddoş (zeddosh) kəlməsi keçən 50–yə yaxın, 2021-ci ilə sərhəd gərginliyindən sonra 10-dan çox yazı getmişdi. Yəni təhqirin mənbəyi, təhqir edənləri yönəldənlər də uzaqda deyil.

Məşədi Dadaş məscidindəki mesaj buna görə mühümdü; ölkənin dini mühiti kənardan idarə oluna bilməz, olunmamalıdır. Həmin aksiyadan sonra ən dindar şiə kimi tanıdılqarımın belə dediklərinə, yazdıqlarına baxıram, az qala hamısı BİZİM DİNDARLIĞIN YAD ÖLKƏNİN TƏSİRİNDƏN ÇIXARILMASININ VACİBLİYİNİ vurğulayırlar. Burda geniş təfərrüata varmadan desək, dini çoxluq şərti olaraq AZƏRİ TOMOS-u deyə biləcəyimiz prsosesə hazırdır. İndi o mesajı verənlərə sahib çıxmaq, onları bir daha “viloş-ziddoş qarşıdurması” müstəvəsində aşağılanmasına yol verməmək lazımdır. Bunun üçün özümüz bizi “ziddoş” deyib ələ salanlara bəhanələr, arqumentlər verməməliyik.

Bu, məsələnin ideoloji siyasi tərəfi. Etiqad yönünə gəlincə, “sizin öz dininiz (dinsizliyiniz), bizim öz dinimiz” ayəsini xatırladıb mövzunu qapatmaq da olardı. Amma Hacı Şahinin II Qarabağ savaşında təkbirin əsgərlərimizi necə ruhlandırması, düşmənin canınına qorxu salması haqda açıqlmasına yazılmış çoxsaylı istehzalar rastıma çıxdığından bir neçə qeyd etmək istəyirəm.

ABŞ-da II dünya savaşında iştirak etsə də dini inancına görə (adventizm) əlinə silah götürməkdən imtina etmiş ilk şəxs Desmond Doss haqda Mel Gibsonun çəkdiyi “Xakso təpəliyi” adlı (başqa adla “Vicdanın hökmüylə”) yəqin ki, izlədiyiniz gözəl bir film var. Fillmin son epizodlarından birində Okinavanı tutmaq üçün Maeda yüksəkliyi uğrunda döyüş səhnəsi təsvir olunur. O döyüşə qədər bütün savaş boyunca xidmətdaşları, komandirləri Dossu ələ salır, Kitabi -Müqəddəsi oxumasına imkan vermir, yuxudaykən təpikləyir, yeməyini əlindən alır, kişiliyinə şübhə ilə yanaşırdılar.

Maeda yüksəkliyinin əhəmiyyəti isə böyük idi. “Əgər Maedanı alsaq - Okinava bizimdir, Okinavanı alsaq - Yaponiya”-deyə yüksək rütbəli zabit döyüşçüləri təşviq etməyə çalışır. Fəqət bu, yetərli motviasiya olmur; ilk toqquşmada ciddi müqavimətlə rastlaşan amerikalılar geri çəkilməli olurlar. Və Dossun möcüzəsi həmin vaxt baş verir. Gecə səhərəcən güllə yağışı altında tək canına dünənəcən onu qorxaq, kişiliyi çatmayan adlandıran əsgər yoldaşlarını gah çiynində daşıyaraq, gah xərəkdə sürütləyərək aşağı - keçiçkilərə sallayır. Səhər xilas edilmiş 80-ə yaxın döyüşçü sayırlar. Xilas edilmişlər Desmondun gecəki rəşadəti haqda artıq əfsanələr danışırdılar. Orduya yenidən hücum etmək əmri gələndə əsgərli -zabitli hər kəsin nəzəri Desmonda dikilir, hamı döyüşə Allahın möcüzəsi kimi baxdıqları o qəhrəmanın xeyir-dua verməsini istəyirdi... Və amerikalılar Maedanı da, Okinavanı da, Yaponiyanı da fəth etdilər.

....İstiqlal ideyamız haçan beyinlərə hakim oldu? İlk vəhdət namazları qılınıb nicatımzın yalnız birliyimizdə olduğunu dərk edəndəmi, Zərdabinin dəfnindəmi, ilk müəllimlər qurultayındamı? Yeva Mariya Auxun azərbaycanlıların 31 mart soyqırımını Kərbəla müsibəti kimi qeyd etməsi ilə Fələstindəki analoji aksiyalar arasında çox maraqlı paralelləri, müstəqillik fikrinin hakim ideya çevrilməsi haqda maraqlı qeydləri vardı. Düşmənin məkri baş tusaydı, o ilk vəhdət namazları qılınmasaydı, Qafqaz müsəlmanalrının vahid müstəqil dövlət olma qənaəti neçə konfessional ya etnik icma arasında ortalıqlarda yiyəsiz, ardıcılsız, lidersiz qalcaqdı?

...Bəs, 44 günlük savaşda Zəfərə gedən yolumuz haçan başladı? Qazi Qarabağ azanı yenidən yada salınandamı? Seyyid Mübariz tək başına 10-larla düşmən döyüşçüsünü cəhənnəmə vasil edib erməni hərbi gücü haqda mifi ilk dəfə darmadağın edəndəmi? Ya hər qəsəbəmiz, hər obamız azad ediləndə əsgərimizin yüksəliklərə çıxıb azan verməsi, təkbir gətirməsi, bismillahla qurban kəsməsi iləmi? Yenidən vəhdət namazları qılınması ilə, sinaqoqda, kirxada, ortodoks ya protestan kilsələrində hər dindən, hər məzhəbdən olan vətndaşlarımızın etdiyi dualarlamı? Nə təkbirdən, nə bəsmələdən, nə “Ya Hüseyn” sədalarından hürkmək lazım deyil.

Əlbəttə, ordu quruculuğu naminə misilsiz işlər görülüb, dünyanın nəbzini əliylə ölçə bilən, çağdaş hərbin necə aparılmalı olduğunu aydın təsəvvür edən bir Ali Baş Komandanımız var. Amma o çağdaş hərbin texnikasını işlədənlərin qəlbində imanla bərkimiş Vətən sevgisi olmadan o qələbə mümkünsüz olardı.

...Özünü Zərdabinin varisi sayanlar arasında Məhərrəmlikdə meyə artan meyillərini reklam edib dindarları ələ salanlar yuxarıda yazılanlara təkrar baxsınlar. Özünü ideoloji olaraq ya Məhəmməd Əmin Rəsulzadənin, ya da Heydər Əliyevin ardıcılı hesab edənlərsə “dahi” və “lider” deyə ünvan verdiklərimizin fikirlərinə sayğılı olsunlar. Bəy(lider) dediyiniz nədir, bəyənmədiyiniz nə?

- “Böyük Aşuranın müəzzəm şəhidinə imtisal edərək ruhi-qəhrəmanlığını dərk edəlim ki, ən böyük əcri də ancaq bundan ala biləriz!” (Məhəmməd Əmin Rəsulzadə)

- “Bu gün Həzrəti Məhəmməd peyğəmbərin nəvəsi Həzrəti imam Hüseynin qətlə yetirildiyi gündür. Biz ulu babalarımızın Vətən, torpaq, haqq, ədalət yolunda şəhid olduğu günü yad edirik...Bütün müsəlmanlar, o cümlədən biz Azərbaycanlılar həmin faciəli günü hər il yada salmaqla Vətənə, torpağa, dinimizə, məsləkimizə sədaqətimizi bir daha nümayiş etdiririk. Biz bundan sonra da Qurani-Şərifin, Həzrəti Məhəmməd Peyğəmbərin qoyduğu yol ilə gedəcək və haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş Həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq.( Heydər Əliyev)

Tanrı şəhidlər seyyidinin məsumluğuna bağışlasın bizi!

P.S. Yazını günün sonunda paylaşmamın səbəbi yersiz mübahisələrdə tərəf olmaq istəməməyim və səhər qanvermə aksiyasına qatılmağımla bağlıdır.

Cəmaləddin Quliyev

Xəbər 1041 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2022  09:48 

Oktyabrın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +