Zorla ərə verilən məktəbli qız danışdı: - VİDEO
Xəyallarda yaşayan ŞƏHİD – Mirxəyal Kazımzadə
Səs yazısı yayılan direktora şiddətli töhmət
“Tərtər işi“ ilə bağlı istintaq hərəkətləri davam etdirilir“
Narkotiklə məşğul olan 222 nəfər saxlanılıb
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb
Oktyabrın havası necə olacaq?
Orduya növbəti çağırış başladı
Baş nazirdən Media Reyestri ilə bağlı QƏRAR
Putin Kiyevə və Qərbə müraciət edib


07.08.2022  11:18 

Kürün sahilində narkotik yetişdirərkən tutuldu





A+  A-

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, RPŞ-nə Kür çayının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan rayonun Xıllı kənd sakini Ceyhun Həmzəyev çətənə bitkilərinə qulluq edən zaman "iş başında" saxlanılıb. Həmin əraziyə keçirilən baxış zamanı 42 kiloqram marixuana və yaş çəkisi 331 kiloqram olan 110 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Əvvəllər də narkotiklərə görə həbs olunan həmin şəxs izahatında narkotiklərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Aşkar olunan faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 674 dəfə oxunub.




01.10.2022  09:48 

Oktyabrın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +