Sabir Rüstəmxanlı ilə görüş keçirilib
Səlim Müslümov ziyanın 20 milyon manatını ödədi
Məktəbli formaları bu qiymətə satılacaq
Sabah bəzi yerlərdə 41-42° isti olacaq
Pensiyalar bu tarixdə ödəniləcək
Vəzifəli şəxslərə cinayət işi açılıb, həbs edilən var
Hərbçi qəza törətdi, ölən var...
Sabahdan İXTİSAS seçimi başlayır
Qazini öldürən həbs edildi - Bakıda
Deputatlarımız niyə “xoruz“ buraxır?


03.08.2022  17:46 

Azərbaycan antiterror əməliyyatı keçirdi... - Şəhidimizin qisası alındı





A+  A-

Azərbaycan Ordusu bu gün keçirdiyi cavab tədbirləri ilə şəhidimizin qisasını alıb.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib.

Terrorçuların artilleriya hərbi hissəsi və bir postu darmadağın edilib. Erməni tərəfində ölən və yaralananlar var.

Son günlər baş verənlər, eləcə də Ermənistan tərəfinin açıqlamaları və provokasiyaları gərginliyin baş verəcəyinə dəlalət edirdi. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Laçın dəhlizi ilə bağlı Ermənistan ərazisi haqda danışırmış kimi açıqlamalar verirdi.

Qeyd edək ki, bu gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

***

Haqqin.az nəşri isə bu gün Azərbaycan Ordusu tərəfindən keçirilən antiterror əməliyyatının “Qisas” adlandırıldığını yazıb.

***

Azərbaycan Ordusunun bu gün keçirdiyi antiterror əməliyyatında qanunsuz erməni silahlı dəstələri itkilər verib.

Artıq separatçı rejim əməliyyat nəticəsində itkilərini açıqlamağa başlayıb.

Belə ki, erməni mənbələrinin yaydığı məlumatda qeyd olunur ki, 4 separatçı ölüb, 15-i yaralanıb.



Xəbər 629 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.08.2022  10:10 

Rayonlardan un qıtlığı var?


BÜTÜN XƏBƏRLƏR +