İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


02.08.2022  14:50 

Bir daha “Qarabağ” və üç futbolçunun yoxluğu haqda...





A+  A-

Çempionlar Liqasında "Qarabağ" - "Ferentsvaroş" cütünün qalibi pley-offda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə görüşəcək. Əvvəla bizim azarkeşlər əvvəlki iki mərhələdəki qələbənin eyforiyasına qapılmadan, tələsik fikir yürütmədən "Qarabağ"ın macarlarla oyunlarının yekununu gözləməlidir. Hər şey Budepeştdəki final fiti səslənəndə bilinəcək. Çünki "Ferentsvaroş" çox təhlükəli rəqibdir. Amma "Qarabağ" da təhlükəlidir və mənim fikrimcə, tarixinin ən güclü dönəminə qədəm qoyub.

Kadi, Almeyda və Medinanın yoxluğu narahatlıq üçün haqlı səbəblər yaradır. Amma unutmayaq ki, “Sürix”lə ağır cavab oyununda mərkəz müdafiəçisi Bədavi Hüseynov zədəli Medinanı layiqincə əvəzləyə bildi. Etibarlı və səhvsiz oyunu ilə diqqət çəkdi. Qələbə qolunun vurulmasında da hücumu o başlatdı. Bu, zədədən qayıdan bir oyunçu üçün yüksək psixoloji üstünlükdür. Eləcə də Qara Qarayev də etibarlı oynadı.

Düzdür, “Sürix”lə oyunlarda əsasən müdafiənin mərkəz və sol cinahlarında boşluqlar oldu. Amma biz futbola, futbolçuya bir matçla deyil, bütün mövsüm boyu ortaya qoyduğu oyunu ilə qiymət verməliyik. Maksim səhv edərək avtoqol vurub. Dünya futbolunda onlarla məşhur ulduz adı çəkmək olar öz qapısına qol vuran. Heç bir mərkəz müdafiəçisi belə səhvlərdən sığortalanmayıb. Amma bir səhv, Maksimin yenə eyni səhvi edəcəyi demək deyil. Mən onun oyununu 2008-ci ildən, düz 14 ildir yaxından izləyirəm. O, “Qarabağ” tarixinin ən sabit və uğurlu oyunçularından olub. Yəni adam uşaq deyil, yüksək təcrübəsi olan oyunçudur. Boşluqlarını özü də, Qurban Qurbanov da yaxşı görür. Yəni bir balaca səbr...

“Sürix”lə oyunda Ramil Şeydayev də yersiz top itkilərinə yol verdi, tənqidlə qarşılandı. Amma gəlin obyektiv yanaşaq. Bu futbolçu əlavə olunmuş dəqiqələri də hesablasaq, düz 140 dəqiqəyə yaxın meydanda yorulduğunu hiss edirmədən can qoydu, rəqibin müdafiəçilərinə narahatlıq yaratdı, komanda yoldaşları üçün boş zonalar açdı. Mən son illər, bəlkə də heç vaxt hansısa azərbaycanlı futbolçunun belə güclü fiziki göstəricinə rast gəlməmişdim. Şeydayev yerli liqada da “Qarabağ”a çox kömək edir.

Bəli, Kadinin də yoxluğu ciddi itkidir. Amma gəlin, “Sürix”lə Bakıdakı oyunu xatırlayaq. Ozobiç meydanın mərkəzində böyük işlər gördü, əla ötürmələri oldu. Hansı ki, həmin görüşdə Kadi cinahda oynayırdı. Cavab matçında isə Ozobiçin ehtiyatda qalıb, Kadinin ortada oynaması, Şeydayevin isə cinahda Kadinin yerində oynaması Qurban Qurbanov rəqib məşqçinin taktiki cəhətdən aldatması ilə bağlı idi...

Bacardı da.

Yəni itkilərə görə narahatlığı anlamaq olar. Amma ümidsizliyə qapılmaq da lazım deyil. Mənə görə 51 faiz qələbə üstünlüyü "Qarabağ"dadır. Bu mərhələni keçəcəyi halda Ağdam klubunun qrupa düşmək ehtimalı isə qat-qat çox olacaq. Çünki ilk üç mərhələdəki rəqiblər “Şerif” (Moldova) – “Vuktoriya” (Çexiya) cütünün qalibindən də güclü olub.

Aydın Bağırov

Xəbər 1549 dəfə oxunub.



24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +