Heydərov gömrüyün nə dünənində var, nə də bu günündə...
Ərdoğan Zelenski ilə görüşdü - FOTO
Deputat yanğınsöndürmə əməliyyatında - Fotolar
Müəllimlərin maaşı artdı - Fərman
İş adamı Rasim Salmanov biznesini niyə satır?
Ermənilər Laçını belə yandırır - Foto
“Qarabağ“ı qəzəbləndirmək istəyirdik“
“Qarabağ” - “Viktoriya”: İlk hissə heç-heçə
“Qarabağ“ “Viktoriya”ya qarşı - Yenilənir
FHN “Qalaaltı”nı qoruya biləcəkmi? - Yanğın


02.08.2022  14:33 

Mənzil fonduna daha 216 tam təmirli mənzil daxil edilib





A+  A-

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısı genişləndirilib və mənzil fonduna daha 216 tam təmirli mənzil daxil edilib.

XəzərNews.az Fondun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi üzrə vətəndaşlara 44 yaşayış sahəsi təklif olunur ki, bunlar da 2 və 3 otaqlı mənzillərdir. Kompleksdə yeni mənzillərin aylıq ödənişləri 557 manatdan başlayır.

Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 172 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 268 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərində sığorta da daxil olmaqla xərclər nəzərə alınmaqla hesablanır.

Yeni mənzillər elektron sistem üzərindən seçim üçün 8 avqust 2022-ci ildən açıq olacaq.

Xatırladaq ki, ötən ay sözügedən iki ünvanda kirayə mexanizmi çərçivəsində 211 tam təmirli mənzil vətəndaşların seçiminə verilmişdi. Ümumilikdə isə indiyədək bu mexanimzdən 1847 ailə faydalanıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, habelə EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Xəbər 534 dəfə oxunub.




18.08.2022  18:32 

COVID-19-a 545 yeni yoluxma

17.08.2022  18:05 

Eynulla Fətullayev Zabuxda - Foto

17.08.2022  17:55 

COVID-19-a 710 yeni yoluxma


BÜTÜN XƏBƏRLƏR +