Sabir Rüstəmxanlı ilə görüş keçirilib
Səlim Müslümov ziyanın 20 milyon manatını ödədi
Məktəbli formaları bu qiymətə satılacaq
Sabah bəzi yerlərdə 41-42° isti olacaq
Pensiyalar bu tarixdə ödəniləcək
Vəzifəli şəxslərə cinayət işi açılıb, həbs edilən var
Hərbçi qəza törətdi, ölən var...
Sabahdan İXTİSAS seçimi başlayır
Qazini öldürən həbs edildi - Bakıda
Deputatlarımız niyə “xoruz“ buraxır?


02.08.2022  12:44 

ABŞ, Rusiya və Çin yeni mərhələyə hazırlaşır - ŞƏRH





A+  A-

Dünya miqyasında üç proses böyük diqqətlə izlənilir və qlobal, eləcə də regional siyasi-iqtisadi qərarlar bu proseslərə əsasən tənzimlənir. Bunlar Tayvanda ABŞ və Çin qarşıdurması, Serbiya və Kosova qarşıdurması, Ukrayna müharibəsi fonunda Türkiyə üzərindən açılan “taxıl dəhlizi”dir.

Əslində üç adda şəkilləndirilən bu olaylar ümumilikdə bir prosesin tərkib hissəsidir: Qlobal güclərin maraq savaşı. ABŞ, Rusiya və Çin yeni perioda hazırlaşır.

Yaxın keçmişə kimi qlobal güclər II Dünya müharibəsindən sonrakı şəkilləndirmələrlə və 90-cı illərdə edilən müəyyən dəyişikliklərlə razı idi. Ən azından buna qarşı çıxmaq cəhdi görünmürdü. Bu paylaşdırılmada ABŞ (Qərb) güclü, Rusiya zəif tərəf idi. Keçən 70 ildə yeni güc formalaşdı – Çin. Əslində meydanın əvvəlki oyunçuları – həm ABŞ, həm də Rusiya Çinin qarşısını almaqla bağlı yollar düşünürdü, lakin bu iki gücün rəqib olması onların Çinə qarşı birgə mübarizə aparmasına imkan vermədi. Belə olan təqdirdə supergüclərin hər biri ayrılıqda öz oyununu qurmağa başladı və partladılmaq üçün döşənmiş minalar işə salındı. Yəni Ukrayna müharibəsi, Tayvan konflikti, Serbiya-Kosova qarşıdurması zamanında döşənmiş minalardır.

Hesab edirəm ki, bu minaların indi olmasa da, nə vaxtsa partladılması versiyası mütləq şəkildə qalır. Bu, hətta supergüclərin belə mane ola bilməyəcəyi bir gedişatdır.

Biz nə etməliyik? Bu proseslər necə qiymətləndirilməli və hansı yol əsas götürülməlidir?

Bizim üçün əsas olan bu sualların cavabıdır. Bu məqamda Türkiyənin Ukrayna müharibəsi ilə bağlı tutduğu mövqeyi nümunə göstərmək tam yerinə düşər. Rusiya və Avropa Ukraynadakı savaş bataqlığına sürükləndikdən sonra Türkiyənin məharətlə oynadığı barışdırıcı ölkə rolu öz töhfəsini verdi.

Faktiki olaraq, Rusiya və Ukrayna bir masa arxasında, birgə işçi qrup şəklində İstanbulda oturub. “Taxıl dəhlizi”nin açılmasına nail olan Türkiyə de-fakto tənzimləyici və taxıl paylayan ölkə statusu qazandı.

Bu proses Türkiyənin beynəlxalq nüfuzunu və geosiyasi proseslərə təsir imkanını xeyli artırdı. Belə olan təqdirdə burnunun dibindəki Serbiyada baş verənlər Türkiyənin nəzarətindən qaça bilməz. NATO ölkəsi olan Türkiyənin ən çox ət ixrac etdiyi ölkə Serbiyadır. Yəni Serbiyayla ticari əlaqələri kifayət qədər genişdir. Çavuşoğlunun “Türkiyə barışdırıcı ölkə missiyasını üzərinə götürə bilər”, – deməsi təsadüfi replika deyildi.

Aİ də Avropa qitəsində yeni savaşın başlamasında qətiyyən maraqlı deyil. Öz növbəsində ABŞ üçün Serbiya kiçik hədəfdir. Əsl istədiyi Ukrayna savaşı idi ki, Rusiyanı və Avropanı o bataqlığa Putinin” parlaq dühası” ilə sala bildi. ABŞ üçün Serbiya kiçik oyundur. Əzmək üçün bir neçə saat belə kifayət edər. Yəni Serbiya-Kosova qarşıdurmasında tək maraqlı tərəf Rusiya görünür ki, onun da bu savaşın alovlanmasında nə qədər başarılı ola biləcəyi şübhə doğurur. “Serbiyanın yanındayıq” kimi bəyanat səmimi səslənmir.

Bu zəncirvari siyasi çəkişmələrin əsas halqası ABŞ-Çin qarşıdurmasının pərdəarxası və soyuq məkandan çıxıb, qaynar xəttə keçid almasıdır. Əlbəttə söhbət savaşdan getmir, amma Tayvanda baş verənlərin ardının olacağı şübhə doğurmur.

Anar Əsədli
AY Partiya Başqanı


Xəbər 558 dəfə oxunub.



12.08.2022  10:10 

Rayonlardan un qıtlığı var?


BÜTÜN XƏBƏRLƏR +