Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


01.08.2022  21:30 

Şeyx Məhəmməd...





A+  A-

Yurdumuzun görkəmli din xadimləri: Şeyx Məhəmməd İbrahimov...

Şeyx Məhəmməd Şeyx Qüdrətullah oğlu İbrahimov. 1928-ci ilin iyul ayının 1-də keçmiş Astraxanbazar (indiki Cəlilabad şəhərində) bir ruhani ailəsində dünyaya göz açmışdır. Anası Şüşəxanım Dadaş qızı evdar qadın olub. Atası isə əhali arasında daha çox Şeyx Qüdrət kimi tanınan Şeyx Qüdrətullah əslən Masallı rayonunun Ərkivan kəndindəndir. O, Sovetlər dönəmində ağır təzyiqlərə məruz qalaraq Masallının Ərkivan kəndindən indiki Cəlilabad şəhərinə köçmüş və burada məskunlaşmışdır.

Məhəmməd ilk dünyəvi təhsilini kənddəki 2 saylı orta məktəbdə almış və onun ilk müəllimələri Leyla xanım Muğanlı, Nəsib müəllim və daha sonralar Məmmədtağı müəllim olmuşdur. İbtidai təhsilini başa vurduqdan sonra fəhlə-gənclər məktəbində təhsilini davam etdirmiş və həmin məktəbin VII sinifini bitirərək, orta təhsil haqqında şəhadətnamə almışdır.
İlk dini təhsilini isə atası müctehid-alim Şeyx Qüdrətdən almışdır. Bu da 1948-1960-cı illərdə həyata keçmişdir. Bundan sonra atasının məsləhəti ilə dini təhsilini davam etdirmək məqsədi ilə Lənkəranın Digah kəndində yaşayan Molla Baba Axundun yanına gedir.

Sonralar Lənkəranda Molla Baba Tahir Axunddan və Masallının Ərkivan kəndində yaşayan Şeyx Bəşir Axunddan dini təhsil almışdır. Amma uzun illər boyu sistemli və davamlı mütaliələrlə də məşğul olmuşdur. O, olduqca yüksək hafizəyə malik idi. Azərbaycan, ərəb və fars dillərini bilirdi.

Uzun illər boyu Lenin adına kolxozda sıravi işlərdə çalışmış və bütün təzyiqlər və çətinliklərə rəğmən din və şəriət elmləri ilə məşğul olmuşdur.

Şeyx Məhəmməd atasının vəfatından sonra öz dövründə keçmiş Sovetlər məkanında sayca az olan ən önəmli din xadimlərindən biri sayılırdı.

Sovetlər İttifaqı dağıldıqdan sonra Cəlilabad şəhərinin Came məscidində imam kimi fəaliyyət göstərir. O, həyatı boyu siyasətə qarışmasa da, müstəqillik illərdində hər zaman Azərbaycan Dövlətçiliyini müdafiə etmiş və bu yolda bəziləri tərəfindən bir sıra haqsızlıqlara məruz qalmışdır. Lakin buna rəğmən heç vaxt öz qəti mövqeindən əl çəkməmiş və nadanlar qarşısında təslim olmamışdır.

Zamanının dəyərli din xadimi olsa da hər kəsə din elmlərini öyrətmirdi. Bəziləri bunu Şeyxə irad tutsalar da o, bunun səbəbini belə açıqlayırdı: "Tərbiyəsi olmayana bilik vermək körpənin əlinə ülgüc vermək kimi bir şeydir..."

Şeyx Məhəmməd əmi heç bir zaman özünü kiməsə zorla qəbul etdirmək əzmində olmadı. İnsanlar ona üz tutub nəsə öyrənmək istədikdə, onları səmimiyyətlə qarşıladı. Lakin etinasızlıq görüncə bir kənara çəkilib öz həyatını yaşadı, həm də Sovetlər dönəmində olduğu tərzdə dini maarifləndirmə üsulundan istifadə etdi.

Bu görkəmli din xadimi Sovetlər dönəmi, istərsə də müstəqillik illərində insanlar və xalq üçün sanki böyük bir dağ kimi mənəvi sığınacaq sayılırdı. Bəzilərinin onun qədrini bilməməsi onun yüksək şəxsiyyəti və dəyərindən nəsə azaltmadı. Bu arada itirənlər əslində onun qədrini bilməyənlərin özləri idi. Çünki həqiqi din xadiminin hədəfi insanlara ağalıq etmək, öndə olmaq və şan-şöhrət qazanmaq deyil, əslində xalqı maarifləndirmək və doğru yola yönəltməkdən ibarətdir. O, hər zaman haqq bildiyi sözü qarşı tərəfin özünə söyləyir və bu sahədə kimsədən çəkinmir və ya qorxmurdu.

Doğma Cəlilabad, Cənub bölgəsi və bütövlükdə Azərbaycanın tanınmış və görkəmli din xadimlərindən sayılan Şeyx Məhəmməd Tükəzban xanımla ailə həyatı qurmuş və onların bu evliliyindən altı oğlu və iki qızı dünyaya gəlmişdir. Onlar Zaynal-abidin, Səkinə, Fatimə, Məhəmmədbağır, Sadıq, Kazım, Rza və Tağıdan ibarətdir.

Nəhayət, təkcə Cəlilabadın deyil, əslində bütün Azərbaycanın fəxarəti sayılan bu görkəmli din alimi və sevilən şəxsiyyət 09.09.2002-ci il tarixində dünyasını dəyişmiş və əbədiyyətə qovuşmuşdur. Onun məzarı Cəlilabad şəhərinin qədim qəbristanlığında atası mərhum Şeyx Qüdrətin məzarı kənarında yerləşir.

Ruhu şad, xatirəsi əziz olsun!

İlqar İsmayılzadə
Fəlsəfə üzrə fəlsəfə doktoru


Xəbər 2094 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +