Ərdoğanın Azərbaycana səfəri gözlənilir
Bakıda 16 yaşlı qız zorlanıb... - Oteldə
Transmilli dəstənin daha 49 nəfər üzvü saxlanıldı
Rusiya Polşanı vura bilər
Onun ilk və son döyüşü… - Şəhid kapitan Vüsal Quliyev
Nazirlər arasında ikitərəfli görüş keçirilib
Qızlara pornoqrafik videolar göstərən şəxs cəzalandı
Zorla ərə verilən məktəbli qız danışdı: - VİDEO
Xəyallarda yaşayan ŞƏHİD – Mirxəyal Kazımzadə
Səs yazısı yayılan direktora şiddətli töhmət


30.07.2022  15:33 

Qısası, mövcud durum heç də xoşagələn deyil...





A+  A-

Jurnalistikanın missiyası məlumatlandırmaqdır. Bir vaxtlar maarifləndirmək də deyirdilər, amma artıq kimsə maariflənmək istəmir. Heç məsləhət də istəyən yoxdur. Bu səbəbdən də indi məlumat verməklə kifayətlənməliyik.

Lakin deyəsən, Dövlət Baba bir az fərqli mövqedədir. Deyir ki, məlumatlandır, bilgiləndir, amma dövlətin dediyi kimi. Əslində, elə indi hamı dövlətin dediyi kimi işləyir. Nə olar? Öz dövlətimizdir də…

Məsələ odur ki, biz bizdən nə istənildiyini bilmirik, ya da bizə yaxşı anlatmırlar. Şəxsən mən mənə barmaq silkələyən kimsəni sevmərəm, hətta Dövlət Babam olsa belə. Çünki barmaq silkələnəcək hərəkət edən deyiləm, etmərəm də. Bu səs-küy də məncə elə bu səbəbdəndir. Barmağı heç kim sevmir. Bəlkə daha uyğun, daha yumşaq, daha səmimi yol tapaq.

Bu ölkədə əli qələm, dili söz tutanların deyərdim hamısı bu dövləti, bu milləti, bu vətəni çox sevir. Sevməyən yoxdurmu, əlbəttə olmamış deyil.

Amma yenə nəsə bir orta yol tapmaq lazımdır. Qurunun oduna yaşı yandırmaq, həqiqi sevənin, ədalətin, haqqın yanında olanları gözümçıxdıya salmaq da bir iş deyil.

Bir dəfə Dövlət ərkanından biri mənə dövlətçilik dərsi keçməyə cəhd elədi. Oturduğu kürsünün verdiyi gücə arxalanaraq üstümə gəlirdi. Dedim, içi sən qarışıq bu binada dövlətini, millətini məndən çox sevən olmaz. Kimi nədə ittiham etdiyinizə diqqət et.

Mən bu millət, bu dövlət, bu vətən uğruna can vermişəm, o canın, qanın hesabına dik duran dövlət hər kəsdən çox mənimdir.

Mənim olanı məndən çoxmu sevəcəksiz?

Biz bəziləri kimi dövlətin gücündən güc almırıq, gücümüzün mənbəyi sevgimizin dərinliyindədir.

Qısası, mövcud durum heç də xoşagələn deyil. Ağzımızı güdənlər də bilsinlər ki, bizim narazılığımız, sitəmimiz sevgimizdəndir. Biz Dövlət Babamıza sitəm edərik, amma əsla asi düşmərik.

P.S. Bəlkə də bizim bilmədiyimiz məsələlər var, bəlkə də ən doğru yol elə budur. Amma bəlkə…

Zaur Əhməd

Xəbər 702 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.10.2022  12:09 

Rusiya Polşanı vura bilər

01.10.2022  09:48 

Oktyabrın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +