Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri
“Diaspor təşkilatlarına vergi, gömrük güzəşti baş ağrı ola bilər”


27.07.2022  08:44 

“Layk“ım xarab deyil, amma bəyənmirəm...





A+  A-

Facebookla, ümumən sosial şəbəkələrlə bağlı bəzi müşahidələrimi diqqətinizə çatdırmaq istərdim. Bu kontekstdə söyləyəcəklərim, yəni indi oxuyacaqlarınız subyektiv təsir bağışlaya bilər. Normaldır, mübahisə üçün yazmıram. Nəzərə alın.

Bəzən olur ki, kiminsə paylaşdığı postu görürəm, maraqlı da gəlir, amma reaksiya vermək istəmirəm. Sosial şəbəkələrdəki müxtəlif məqsədli qruplarda posta kimlər tərəfindən baxıldığı bilinir. Reaksiya verməyinləri müəyyənləşdirmək mümkündür. Yəni paylaşımı kimin görüb reaksiya vermədiyi agahdır. Amma bunu demək istəmirdim...

...bəyənib reaksiya vermədiyim postlar çoxdur. Bir qisminə ona görə reaksiya vermirəm ki, onu paylaşan şəxs haqqında az-çox təsəvvürüm var, onun xarakterini, müxtəlif vəziyyətlərdəki davranışını, cəmiyyətdəki, hətta yaxın ətrafındakı imicini qəbul etmirəm. Fikrimcə, belə insanın ağzından dür tökülsə belə söylədiklərinin ictimai obraz qazanması doğru deyil və buna görə "like"mi əsirgəyirəm. Çünki qəbul etmədiyim xarakter və davranışlı, imicli insan nə zamansa qazanmış olduğu ictimai obraza tüpürcək. Tüpürməsə də, "like" çoxluğunun verdiyi statusu boşuna xərcləyəcək. Hələ mən xəyanət kimi böyük durumları kənara qoyuram.

Postunu görüb bəyənmədiyim, yəni bəyənsəm də bəyənmədiyim digər qrup insanlar da var. Belələri adətən cəmiyyətdə nüfuzu olanlardır. Baxıram ki, bəyənmə sayı kifayət qədər yüksəkdir. Hamı yazır, rəğbətini bildirir (aşağılayıcı hallar da normaldır. Adam buna da hazır olmalı), təqdir edir (etməyənlərin də fikrini yazıb əks çıxması mümkündür), amma mən yazmıram, heç "like" da atmıram. Bu statusda olan şəxsin heç xoşum gəlməyən sözünə qarşı da münasibət bildirmirəm. Hər iki halda reaksiyamın onun cəmiyyətdəki mövqeyinə daha da təsir edəcəyini düşünürəm. Hər bir halda müsbət təsirdən gedir söhbət. Özü də söhbət məndən getmir. Dama-dama göl məsələsi. Dama olmaq istəmirəm. Çünki ümumən həddən artıq müsbət imic də şəxsin başını gicəlləndirə bilər. Axı onu cəmiyyət üçün qorumaq lazımdır.

Dövlət qurumlarının özlərinin fəaliyyətilə bağlı yaydıqları və müəyyən mənada müsbət imiclərinin formalaşmasına təsir göstərən paylaşımlarına reaksiya vermirəm. Burada xüsusi bir məqam var. Əlbəttə, hamı deyir ki, yaxşı işləri təqdir etmək lazımdır. Mən də o düşüncədəyəm. Amma yaxşı işlərini dövlət orqanları özləri də gen-bol təbliğ edirlər. İkincisi, onlar yaxşı işlər görməlidirlər, borclarıdır. Mən niyə bu işi bəyənim? Digər tərəfdən, çox az dövlət qurumu olar ki, öz fəaliyyətindəki nöqsanların təfərrüatı ilə əlaqədar sosial şəbəkədə paylaşım etsin. Adətən bir dövlət qurumundakı nöqsanı digəri aşkarlayır. Məsələn, Dövlət Təhlükəsizliyi Xidməti icra hakimiyyətlərində, nazirliklərdə, dövlət komitələrində əməliyyatlar aparır, tuthatut gedir. Mən bununla bağlı paylaşımın nəyinə "like" qoyum? Təəssüflənirəm, məyus olur, hətta sarsılıram ki, bu qədər dövlət qurumunda tuthatutdursa, gör, bizim həyatımız kimlərdən asılı olub? Yeri gəlmişkən, yeni səhiyyə naziri təyin olunduqdan sonra onun düz 5 müavini dəyişdirildi. Beş müavin deyirəm sizə. Yəni səhiyyə sahəsinə cavab verən 5 məsul şəxs işinin öhdəsindən gəlmirmişlərsə, görün bizim, orta statistik azərbaycanlının sağlamlığı nə vəziyyətdədir. Mən bununla bağlı face paylaşımındakı islahat zənguləsini necə bəyənim? Həm də axı haqqında danışdığım həbslər, kütləvi işdən çıxarılmalar dövlət ərkanının zədələnməsidir. Dövlət anlayışında müqəddəsliyin, hətta zəhmin vətəndaşın gözündən düşməsidir. Adam dövlət qulluğuna imtahan verir, gəlir düşür nazirliyə, nazir dəyişən kimi işdən çıxarılır və bu, facedə islahat kimi təqdim olunur. Bunu necə bəyənim? Daha bir məqam da var. Bir çox dövlət qurumlarında ictimai rəyin özləri ilə bağlı müsbətyönümlü məlumatlarla bəslənilməsi tendensiyası var. Yəni müsbətlər üzdə olsun, mənfilər it-bat düşsün. Düşünürəm, bu reallıq mənə məlum olduğu kimi, bir çoxlarına da agahdır. Yəni bunları söyləməklə yenilik etmirəm. Amma dövlət qurumlarının hamısının nə zamansa səmimi fəaliyyətə keçəcəklərinə inanmaqda yenilik edirəm. Xahiş edirəm, yeniliyimi sadəlövhlük kimi qiymətləndirməyin. Bilirəm gülürsünüz. Gülməyin, gəlin birlikdə inanaq. Amma təkcə inanmayaq.

Bir də bir qrup insanlar var ki, vəzifədədirlər, yaxud müəyyən ictimai çəkiyə malikdirlər və bu adamlar bəzən şəxsi həyatlarının bu və ya digər epizodu ilə bağlı paylaşımlar edirlər. Çox xoş olur, bəyənmək də istəyirəm. Amma dayanıram. Niyə? Düşünürəm ki, bu adamlarla tanış deyiləm, üz-üzə gəlməmişəm, söhbətləşməmişəm, niyə paylaşımına şərh yazım, ümumən reaksiya verim? Mənim reaksiyam ona lazımdırmı? Məncə yox.

Bunları yazdım, elə bilməyin ki, sosial şəbəkə hesablarımda "like" "knopkam" xarabdır. Yəni ümumən burda paylaşılan postlara reaksiya vermişliyim az deyil. Onlar, eləcə də haqqında söz açmadığım digər bəyənməmələr fərdi, çox az hallarda şəxsi səciyyə daşıdığından barələrində söz açmıram.

Əvəz Rüstəmli

Xəbər 1429 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +