İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


17.07.2022  22:13 

Şəhid Rəvan Quliyevin ən böyük arzusu...





A+  A-

O, müharibə başa çatandan sonra Bakı şəhərində kirayədə qalan anasına ev almaq istəyirdi. Yaşasaydı Rəvan Quliyevin bu gün– iyulun 17-də 21 yaşı tamam olacaqdı. Yaşasaydı hərbi xidmətini başa vurub ailəsinin güzaranını yaxşılaşdırmaq üçün çalışmaq, mənzil sahibi olmaq, ailə qurmaq və daha nə qədər arzularına həyata keçirəcəkdi Rəvan. Lakin, deyir,– sən saydığını say, gör fələk nə sayır?

Cəmi 19 il yaşayan Rəvan Mərdan oğlu Quliyev İkinci Qarabağ müharibəsi başlayana kimi adi Vətən oğullarından biri idi. O, 17 iyul 2001-ci ildə Şirvan şəhərində anadan olub. Əslən Neftçala rayonundan olan Rəvan 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Həmin il paytaxtın Səbail rayonundakı 51 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2013-cü ildə isə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçmüş və orada orta məktəbin 7-ci sinfinə gedib. Bir il kənd məktəbində oxuduqdan sonra yenidən Bakı şəhərinə qayıdan Rəvan, 9-cu sinfi paytaxtın Səbail rayonundakı 51 saylı məktəbində bitirir. Ailəsinin dolanışığının çətin olması Rəvanı erkən yaşlarından zəhmətə qatlaşmağa, valideynlərinə kömək etməyə sövq edir. Müxtəlif sahələrdə çalışır, sonra bərbərlik sənətinə yiyələnir. Ən böyük arzusu isə məşhur futbolçu olmaq idi. Ona görə də, boş vaxtlarında həmişə dostlarını başına yığaraq yarışlara qatılır, öz üzərində daim çalışırdı.

Rəvan kirayə qaldığı evin yaxınlığında yeni tikilən Jurnalistlərin binasındakı mini-futbol meydançasına tez-tez gəlir, dostları ilə komanda yaradıb futbol oynayırdı. Onun sürətli oyunu, təkrarsız texnikası hamını valeh edirdi. Yaşıdları ilə oynayan zaman uşaqların əksəriyyəti Rəvanın komandasına düşməyə can atırdı. Çünki Rəvan öz oyunu, inadkar mübarizəsi ilə komandanı arxasınca aparmağı bacarırdı. Rəvan həm də özündən kiçik uşaqlara qayğı göstərir, onların futbola həvəsini görüb həmişə komandasına cəlb edir, oynamalarına şərait yaradır, dəstək olurdu.

Rəvan Quliyev boy-buxununa, xarici görkəminə görə yaşıdlarından bir o qədər də fərqlənməsə də, ədəb-ərkanı, nümunəvi tərbiyəsi ilə çoxla¬rından seçilirdi. Mərdliyi, mübarizliyi, dürüstlüyü ilə tay-tuşlarına nümunə olan Rəvan hər zaman böyüklərin, ağsaqqal¬ların hörmətini saxlayır, özündən kiçik yaşlı uşaqlara qayğı göstərirdi. Küçədə yanından yaşlı insanların ağır zənbillərlə keçdiyini görəndə o, bir qayda olaraq öz köməyini təklif edər, yardım göstərərdi.

2020-ci il yanvar 7-də Rəvan Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Ağcabədi rayonundakı “N” saylı hərbi hissəyə göndərilib. Üç ay orada xidmət etdikdən sonra Füzuli rayonundakı “N” saylı hərbi hissədə xidmətini davam etdirib. Hərbi xidmət yoldaşları Rəvan Quliyevi qorxmaz əsgər, komandirlərin tapşırığını layiqincə yerinə yetirən cəsur Vətən oğlu kimi xarakterizə edirlər.

O, 27 sentyabrda başlayan Vətən müharibəsinə könüllü qatılmış və Cəbrayıl, Füzuli, Zəngilan, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Bu qorxmaz və cəsur əsgər 2020-ci il oktyabrın 24-də Füzuli uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 25-də Neftçala rayonunun Astanlı kəndində dəfn olunub.

Rəvan Mərdan oğlu Quliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Rəvan Quliyevin əsgər yoldaşı Elmin Cəfərlinin dediklərindən:

– Sentyabrın 27-dən bizim hərbi hissəmiz Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Rəvan digər yoldaşlarımızdan fərqli idi, onun böyük ürəyi vardı. Özü danışırdı ki, dəfələrlə ermənilərlə yaxın məsafədə döyüşüb, neçə-neçə düşmənin həyatına son qoyub, qorxu nədir, bilməyib. Boş vaxtlarımızda mənə danışırdı ki, hərbi xidmətə gəlməmişdən sevdiyi qız varmış. Deyirdi ki, tərxis olunandan sonra onunla evlənəcəyəm. Lakin digər arzuları kimi sevgisi də ya¬rımçıq qaldı, onu özü ilə cənnətə – Allah dərgahına apardı şəhid qardaşımız.

Rəvanın daha birəsgər yoldaşı Ümid Cahangirov isə onun şəhadət zirvəsinə ucaldığı günü belə xatırlayır: – Füzulinin Karyer yüksəkliyində, Xocavənd rayonunun yaxınlığında şəhid oldu Rəvan. Həmin vaxt mən bir neçə əsgərlə komandirin əmri ilə irəlidə vuruşurdum. Geri qayıdanda eşitdik ki, yaxınlıqda partlayan minam¬yot mərmisi altı əsgərimizdən dördünün həyatına son qoyub, ikisini isə ağır yaralayıb.



İkinci Qarabağ müharibəsi veteranı Rəşad Hacıyevin təəssüratları:

– Rəvanla 2020-ci ilin aprelindən Füzuli rayonundakı “N” saylı hərbi hissədə xidmətdə olmuşuq. Bizim hərbi hissə də döyüşə ilk başlayanlardan olub. Rəvan həmişə düşməndən qisas almaq üçün bizi mübarizəyə səsləyirdi. Cılız bədəni olmasına baxmayaraq qorxu nədir bilmirdi. Sanki neçə illər torpaqlarımızın azad olunacağı günü gözləyirmiş.

Ailəsini, anasını çox sevirdi. Boş vaxtlarımızda kiçik qarda¬şı Hüseynin yazdığı şeirlərdən danışırdı. Ailələri imkansız olduğundan Bakıda kirayədə qalırdılar. Mən hərbi xidmətdən əvvəl Rusiyada yaşamışdım. Tərxis olu¬nandan sonra mənimlə Rusiyaya gedib bir-iki il orada işləyib pul toplamaq, anası üçün Bakıda ev almaq istəyirdi.

51 nömrəli məktəbin ibtidai sinif müəllimi Məsumə Musayeva Rəvan Quliyevin çox sakit, tərbiyəli bir uşaq olduğunu bildirdi:

– Birinci sinifdə oxuyanda hansı məktəbdə tədbirə hazırlaşırdıq. Uşaqların hərəsinə əzbərləmək üçün bir bənd şeir ver¬mişdim. Anası Aybəniz xanım səhəri gün yanıma gəlib xahiş etdi ki, Rəvan verilən şeiri əzbərləyə bilmir, mümkündürsə, dəyişdirin. Mən də ona başqa şeirdən aşağıdakı bəndi verdim və əzbərləyib söylədi:

Vətən adlı ocaqda
Hər gün isinmək şərəf.
Bu torpağın yolunda
Torpağa dönmək şərəf.


Bəli, “bu torpağın yolunda torpağa dönən” Rəvanın ölümü, yəqin ki, hamıdan daha çox anası Aybəniz xanımı, qardaşı Hüseyni ağrıtsa da, bu gün Azərbaycan xalqı şəhidlik zirvəsinə yüksələn bü¬tün qəhrəman övladları ilə fəxr edir. Vətən torpağı uğrunda canlarını qurban verənlər– şəhidlər ölmür, onlar dini kita¬bımız olan “Qurani-Kərim”də vəd edilən Cənnətdədirlər. Şəhidlər bizlərdən cismən ayrılsalar da, göstərdikləri igidlikləri heç zaman yaddaşlardan silinməyəcək, onla¬rın qəhrəmanlıqları xalqımız var olduqca, dillərdə dastana dönəcək. Zaman keçdikcə bizlər də yaşa dolub ömrümüzü başa vuracağıq. Lakin şəhidlərin hamısı elə şəhadətə qovuşduqları yaşda qalacaq, heç vaxt qocalmayacaqlar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qabil YUSİFOĞLU

Xəbər 1092 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +