Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


16.07.2022  09:10 

ALLAH KİMDİR, YAXUD NƏDİR?!





A+  A-

Allah şəxs deyil. Diktator, xüsusi xidmət orqanı başçısı da deyil. Allah heç kəslə fərdi şəkildə məşğul olmur. O, kaninatın nizamı, qanunauyğunluğu, harmoniyasıdır. Quranda da belə yazılıb...

Amma bir çox ruhanilərimiz onu bilərəkdən və ya bilməyərəkdən şəxsləşdirir, fövqəlinsan, supermen kimi təqdim edirlər. Guya ki, onun hamını hər yerdə, hər saniyə insan gözüylə izləmək, insan kimi cəzalandırmaq və ya mükafatlandırmaq imkanı var.

Yox, əzizlərim. Allaha sadəcə kainatın özü, qanunları, düzəni, nizamı kimi baxmaq lazımdır. O bütün bunların fövqündə, yəni üstündə deyil, sadəcə bunların özüdür.

Bizi o mənada izləyir, "görür", "eşidir" ki, nə etsək də, danışsaq da, bu azman nizamın içində, daxilində edirik. Yəni misal üçün təxminən belə anlamaq olar: otaqda etdiyimiz bütün hərəkətləri otaq görür, çünki onun içərisindəyik. "Allahın altında" etdiyimiz hər şeyi də o görür və eşidir.

Ancaq burada kiçik bir düzəlişə ehtiyac var. Biz əslində "allahın altında" yox, içindəyik. O həm də bizim içimizdədir. Allah kənarda, yuxarıda, aşağıda, sağda, solda deyil. O hər yerdə və hər şeydədir.

Bütün bunlara Quranda və digər dini kitablarda açıq işarələr var. Sadəcə, din xadimləri bunları açıqlamaq istəmir, Allahı şəxsləşdirməyə yönəlik moizələr, cəhdlər edir, əsl mahiyyəti bilərəkdən gizlədirlər. Qəsdən elə danışırlar ki, insanlar allahı məhz şəxs kimi təsəvvür etsinlər, ondan şəxs kimi qorxsunlar və onun "vəkillərinə", "nümayəndələrinə", "xəlifələrinə" itaət etsinlər.

Onlar "Allahdan qorxun" deyəndə bizi sanki hər hansı despotla qorxudurlar. Guya ki, o bizi öldürə, yandıra, asa, kəsə bilər. Əslində isə belə deyil. Allahdan qorxmaq əslində pis hərəkətlər etməkdən, pis sözlər danışmaqdan, pis işlər görməkdən qorxmaq deməkdir. Çünki bütün pisliklər özümüzə dönür. Çünki bu dünyanın, kainatın nizamı belədir.

Yaxşılıqdan yaxşılıq, pislikdən də pislik doğur. Özü də bu məsələyə mümkün qədər geniş baxmaq lazımdır. Yəni o şəkildə yox ki, filankəs hamıya pislik elədi, amma keflə yaşadı və heç nə də olmadı. Əvvəldə qeyd etdiyim kimi, Allahın, yəni böyük nizamın cəzası, bəlası fərdi deyil, ümumidir. Etdiyimiz pisliklər bir yerə toplanaraq ümumi nizama xələl gətirir və bizə də ümumi bəla, cəza şəklində dönür. Yəni tutaq ki, küçəyə atdığımız zibili külək məhz öz pəncərəmizdən gətirib evimizə salmaya bilər, amma o zibillər toplanıb ekoloji fəlakət yaradar və bundan zibil atmayan da zərər görər. Ona görə də, allah bizi təkcə özümüzün yox, başqalarının pis əməllərinə görə məsuliyyət daşımağa, haqsızlığa susmamağa çağırır.

Zənnimcə, dinin tərbiyəvi, islahedici rolunun çox az olması, hətta bir çox hallarda ziyan verməsi onun tezislərinin düzgün izah olunmaması ilə bağlıdır. İnsanlar çox şeyi düzgün anlamadıqları üçün yanlış qərarlar verir, yanlış hərəkətlər edirlər.

Onlar Allaha şəxs kimi baxaraq, ona qurbanlar, ziyarətlər, ianələr şəklində rüşvətlər verməklə günahlarını yumağa, Cənnəti qazanmağa çalışırlar. Amma bunlar hamısı xurafatdır və əbəsdir. "Cənnəti" qazanmağın bircə yolu var, yaxşı işlər görməklə bu dünyanı Cənnətə çevirmək. Zatən "cənnət" sözü ərəbcə güllü-çiçəkli, meyvəli, çeşməli "bağça" deməkdir.

Nadir Qocabəyli

Xəbər 2642 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +