Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


15.07.2022  18:19 

QARA BAZARDAN “JAVELİN” SƏSLƏRİ GƏLİR





A+  A-

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan dərhal sonra rəsmi Kiyev Qərbdən silah tələb etməyə başlamışdı.

Qeyd edək ki, Ukraynaya silah tədarükü hələ xüsusi hərbi əməliyyatdan öncə başlamışdı və ilkin mərhələdə Qərb artıq Ukraynaya piyada silahları - portativ tank əleyhinə və zenit-raket kompleksləri, eləcə də müxtəlif hərbi təchizat - ilk növbədə, hərbi sursatlar, tibbi dəstlər, gecə görmə cihazları göndərirdi. Lakin artıq hərbi əməliyyatlar başlayandan, xüsusən də, rus qoşunlarına irəliləmək müyəssər olmadıqdan sonra Ukrayna Qərbdən daha ağır silahlar tələb etməyə başladı. Bundan sonra Ukraynanın raket və top artilleriyasına, dəqiq idarə olunan hərbi sursatlara, zirehli maşınlara və zenit sistemlərinə, pilotsuz təyyarələrə, gəmi əleyhinə raketlərə, Ukrayna Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinə və helikopterlərə ehtiyac yarandı. İş o yerə çatıb ki, artıq Kiyev hakimiyyəti kollektiv Qərbdən getdikcə daha çox yeni silah təchizatı tələb etməyə başlayıb. Bu arada hətta ABŞ administrasiyası etiraf edir ki, Ukraynaya göndərilən silahlarla nə baş verdiyini heç özləri də bilmir. Həqiqətən də, ABŞ-ın Ukraynaya göndərdiyi tank əleyhinə, zenit və digər silahların əhəmiyyətli tədarüklərini izləmək üçün praktiki olaraq heç bir aləti yoxdur.

Yeri gəlmişkən, Kiyev də etiraf edib ki, millətçi rejimə rəğbət bəsləyən Qərbin verdiyi silahlar təkrar satılır. Bunu ölkənin iqtisadi təhlükəsizlik bürosunun rəhbəri Vadim Melnik deyib. O, bəyan edib ki, Ukrayna hakimiyyəti həm humanitar, həm də hərbi yardımların tədarükü və paylanmasına nəzarət etmir. Belə çıxır ki, bu silahlar sadəcə istehlak edilir. Üstəlik, belə halların və dələduzluğun miqyasını müəyyən etmək də çətindir.

“Hətta hərbi mallar da nağd pula satılır. Biz belə faktları müəyyən etmişik, aktivlərə artıq həbs qoyulub və indi əldə olunan vəsaitin Ukrayna silahlı qüvvələrinə qaytarılması proseduru davam edir”, - deyə Ukraynanın İqtisadi Təhlükəsizlik Bürosunun direktoru Vadim Melnik bildirib.

Son vaxtlar Avropa və Amerika siyasətçiləri də çox təhlükəli ssenarilərin olması ilə bağlı mübahisəni dayandırıblar. Bu ssenarilər barədə əvvəldən xəbərdarlıq edilmişdi. İndi isə hər şey reallığa çevrilir. Ukraynaya təqdim edilən müasir silahlar getdikcə daha çox qara bazarda, ticarət meydançalarında və “darknet” deyilən şəbəkələrdə görünməyə başlayıb.

Diqqətəlayiq hal odur ki, fransızların “Sezar” adlı silahı rusların əlinə hərbi kubok kimi düşməyib, sadəcə olaraq hərbi dilerlərdən müasir hərbi texnika modeli kimi alınıb və Rusiya hərbi-sənaye kompleksinin inkişafı üçün istifadə olunacaq. Qərbin indiyədək öz hərbi inkişafını rusiyalı rəqiblərindən diqqətlə qorumasına baxmayaraq Ukraynada kobud səhvə yol verilib.

Məsələn, qeyri-qanuni internet platformalarında Amerikanın “Javelin” tank əleyhinə sistemlərinin 30 min dollara alınması təklif edilir, Britaniyanın NLAW sistemləri isə yarı qiymətə başa gələcək. Böyük sayda tüfənglər, qumbaralar və zirehlərlə yanaşı, ABŞ istehsalı PUA-lar da var. Əlbəttə ki, bunlara tələbat var. Artıq onlarla satış əməliyyatlarını görmək olar və şübhə yoxdur ki, bunlar elə həmin silahlardır. Bu mənada NATO ölkələrinin Ukraynaya ötürdüyü silahların siyahısını xatırlatmaq kifayətdir. Bəzi mallar Kiyevdədir, amma satıcılar ölkə daxilində çatdırılma da vəd edirlər.

Hətta İnterpol rəhbəri də bundan bir qədər əvvəl xəbərdarlıq etmişdi ki, silah tədarükünə nəzarət praktiki olaraq sıfıra bərabərdir və nəhəng silah arsenalı mafiya və ya terror qruplarının əlində cəmlənəcək. Həm hazırkı ABŞ rəsmilərinin, həm də hərbi analitiklərin fikrincə, risk ondan ibarətdir ki, uzunmüddətli perspektivdə bu silahların bir hissəsi ABŞ-ın silahlandırmaq niyyətində olmadığı digər silahlı qüvvələrin və qrupların əlinə keçə bilər.



ABŞ kəşfiyyatının fəaliyyətindən xəbərdar olan bir mənbənin sözlərinə görə, Vaşinqtonun silahlarla bağlı qısamüddətli əminliyi var, lakin bu əminlik “müharibə dumanı”na girən kimi seyrəlir və silahlar “böyük qara dəliyə” düşür. Odlu silahlar, döyüş sursatları, Javelin və Stinger raketlərini izləmək, təbii ki, dəmir yolu ilə gətirilən S-300 kimi böyük sistemləri müşahidə etməkdən daha çətindir. Məsələ ilə tanış olan mənbələrin fikrincə, javelinlərin seriya nömrələri olsa da, onların ötürülməsini və istifadəsini real vaxtda izləməyin bir neçə yolu var. Pentaqonun sözçüsü Con Kirbinin sözlərinə görə isə, ABŞ Müdafiə Nazirliyi tərəfindən verilən TIR dolu silahlar Ukrayna hərbçiləri tərəfindən əsasən Polşadan mənimsənilir və daha sonra Ukraynaya ötürülür, “bu zaman ukraynalılar silahların hara getdiklərini və onların ölkə daxilində necə paylanacağını özləri müəyyənləşdirirlər”.

Digər bir avropalı məmur da Qərb mediasına müsahibəsində bildirib ki, Ukraynaya gətirilən silahlar Polşanın cənub hissəsinə daxil olur, sərhədə çatdırılır və sonra onu keçmək üçün maşınlara bölünür: yük maşınları, furqonlar, bəzən də şəxsi avtomobillər. Sonradan Ukrayna tərəfi tədarük edilən silahların yeri barədə məlumatı itirir. O, “bundan sonra onların harada olduqları barədə heç nə bilmirik, hara getdikləri, hara istifadə olunduqları və hətta ölkədə qalıb-qalmadıqları barədə heç bir məlumatımız yoxdur” – deyə bildirib.

ABŞ-ın onilliklər boyu silah göndərdiyi Əfqanıstanı yada salmaq kifayətdir: amerikalılar əvvəlcə sovet ordusuna qarşı mübarizədə mücahidləri, sonra isə Talibana qarşı mübarizədə əfqan qüvvələrini silahlandırmışdılar. Bu silahların bəzisi, o cümlədən, ABŞ-ın bu gün Ukraynaya göndərdiyi “Stinger” zenit-raketləri kimi silahlar qara bazara çıxarılırdı.

Məlumdur ki, ABŞ Əfqanıstanda SSRİ-yə qarşı müharibədən sonra “Stinger”ləri qaytarmağa çalışdı. Lakin onları tapmaq mümkün olmadı və ABŞ 2001-ci ildə Əfqanıstanı işğal edərkən bəzi rəsmilər qorxurdular ki, həmin sursatlar Taliban tərəfindən Amerika hərbi qüvvələrinə qarşı istifadə oluna bilər.

Digər silahlar bu dəfə ABŞ düşmənlərini silahlandırmağa başladı. ABŞ-ın Əfqanıstan hökumət qüvvələrinə yardım üçün geridə qoyduğu sursatların çoxu Kabildə ABŞ-yönlü hökumətin və hərbçilərin süqutundan sonra Talibanın arsenalının bir hissəsi oldu. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə satılan silahlar Əl-Qaidə və İranla əlaqəsi olan yaraqlıların əlinə keçdi. Pentaqonun sözçüsününü dediyinə görə, Ukraynada da oxşar ssenarinin təkrarlanması riski var. Hələ 2020-ci ildə ABŞ Müdafiə Nazirliyinin Baş Müfəttişi Ukraynaya göndərilən silahlara son istifadə nəzarəti ilə bağlı narahatlıqlarını ifadə edən bir hesabat yayımlamışdı. Odur ki, Ukrayna qüvvələrinin daha çox silah və döyüş sursatı üçün demək olar ki, doyumsuz təcili ehtiyaclarını nəzərə alsaq, silahların qara bazara və ya yanlış əllərə düşməsi riski həmişə var. Ona görə də Qərbin Ukraynaya verilən silahların başqa məqsədlər üçün istifadə olunması və hətta cəbhəyə belə çatmaması ilə bağlı qorxuları kifayət qədər əsaslıdır.

ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonnie Jenkins də Brüsseldə keçirilən vebinarda təsdiqləyib ki, Qərbin Ukraynaya tədarük etdiyi silahlar potensial olaraq qara bazara düşə bilər.

Xatırladaq ki, 1991-ci ildə müstəqillik əldə etdikdən 2014-cü ildə Donbasda müharibə başlayana qədər Ukrayna dünyanın ən böyük silah ixracatçılarının ilk onluğuna daxil olub. Silahlar əsasən Afrika və Yaxın Şərq ölkələrinə gedirdi. Lakin bu əməliyyatlar hər zaman qanuni olmamışdır: xaos və korrupsiyadan istifadə edən müstəqil silah baronları sovet texnikası ilə anbarları viran qoydular, daha sonra beynəlxalq embarqoları pozmağa belə hazır olan təhlükəsizlik qüvvələri və məmurlar qaçaqmalçılıq bazarını ləğv etdilər. İki il əvvəl, 2020-ci ilin noyabr ayının əvvəlində İspaniya təhlükəsizlik qüvvələri Aveopolun dəstəyi ilə silah alveri və çirkli pulların yuyulması ilə ilə çəşğul olan mütəşəkkil cinayətkar qrupu ləğv edərkən həbs olunanlar arasında ukraynalıların da olduğunu xatırlatmaq kifayətdir.

Avropolun məlumatına görə, latviyalıların və ispanların da daxil olduğu cinayətkar şəbəkə Rusiya silahlarını, o cümlədən tankları və partlayıcıları Ukraynadan kommersiya gəmilərində Aralıq dənizi üzərindən qanunsuz daşıyıb. Çatdırılma əsasən beynəlxalq embarqoya məruz qalan Şimali Afrika və Yaxın Şərqdəki münaqişə zonalarında həyata keçirilib. Bir sözlə, Ukrayna müstəqilliyini bərpa etdikdən sonra 30 illik tarixi ərzində silah qaçaqmalçılığı ilə bağlı dəfələrlə bir neçə beynəlxalq qalmaqala düşüb.

İndi Ukrayna Qərbi sakitləşdirmək üçün bu Qərb silahları üçün bir növ monitorinq sistemi qurmağa çalışır. Lakin birincisi, indi artıq gecdir, ikincisi, yalnız hər silahın başına bir NATO təlimatçısı təyin etsələr, ölkədəki korrupsiya şəraitində təhvil verilən silahların istifadəsinin məqsədyönlü xarakterini izləmək olar.

Əhməd Cahangir

Xəbər 1443 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +