Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


14.07.2022  17:16 

Rəis Bakıda binanın giriş-çıxışını hasarladı - VİDEO





A+  A-

Bakıda Binəqədi rayonu ərazisində, 22-ci Dağlı küçəsində “MAP MMC” şirkətinə məxsus olan binanın girişi polis müdaxiləsi nəticəsində bağlanıb.

XəzərNews.az xəbər verir ki, bina sakinləri Yenisabah.az-a bildiriblər ki, bir neçə gündür binanın həyətinə gedən piyada yolu tam bağlanıb, maşın yolunda isə hasarlama işi aparılır.

Sakinlərin iddiasına görə, binanın yaxınlığında Sumqayıt polis idarəsinin rəisi Fəqan Azadəliyevin atası Cəbrail Azadəliyevə məxsus 2.4 sot torpaq sahəsi mövcuddur. Lakin həmin ərazini polis rəisinin göstərişi ilə genişləndiriblər və nəticədə də binaya gedən bütün yollar bağlanıb.

Şikayətçilər F. Azadəliyevin tapşırığı ilə Binəqədi mühafizə polisinin əməkdaşlarının əraziyə cəlb olunduğunu və tikinti işinin də polisin mühafizəsi altında aparıldığını bildirirlər.

Tikinti işlərinə və həmçinin əraziyə cəlb olunmuş polis əməkdaşlarına isə F. Azadəliyevin qardaşı, vəkil Elxan Azadəliyev rəhbərlik edir: “Vəzifəsi sadəcə vəkil olan və polis orqanlarında heç bir məsul vəzifəyə sahib olmayan Elxan Azadəliyevin mühafizə polisinə rəhbərlik etməsinin qanuniliyi heç kəsə bəlli olmasa da görüntülərdən də göründüyü kimi həmin şəxs hazırda bu səlahiyyətə sahib şəxs kimi özünü aparmaqla məşğuldur”.

Binanın yeganə girişinə isə polisin mühafizə budkası qoyulub.

Şirkət baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, digər aidiyyəti qurumlara müraciət edib.



Xəbər 2322 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +